II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandıTələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb. Imtahan nəticələri şənbə günü TQDK-nın internet saytında (tqdk.gov.az) yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Milli.Az xəbər portalına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 691 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 4144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

• IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

• Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

• Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Əczaçılıq (baytarlıqda);
- Baytarlıq.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

İmtahan nəticələri barədə məlumatı, həmçinin "Sim" və "Cin" nömrələrindən mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9623   Tarix: 24 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur cütlüyün restoran FOTOSU müzakirə mövzusu oldu

Hollivudun məşhur, eyni zamanda ən qeyri-adi cütlüklərindən olan Selena Qomes və Benni Blanko yenidən şou dünyasının diiqət mərkəzinə düşüb. xarici KİV-ə istinadla xəbər verir ki, 33 yaşlı məşhur sosial media hesabında həyat yoldaşı Blanko ilə münasibətlərindən görüntülərin yer aldığı rəngarəng fotola

11.06.2026 228
.

Donald Tramp: "ABŞ bu gecə İranı sərt şəkildə bombalayacaq"

ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton yaxın vaxtlarda İranın hərbi imkanlarına qarşı genişmiqyaslı addımlar ata bilər. Onun sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemləri, radar infrastrukturu və digər strateji hərbi potensialı artı

11.06.2026 160
.

"Space TV"də işə başladı

Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb

11.06.2026 211
.

ABŞ səfirliyi: "İraqı tərk edin"

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, səfirlik Yaxın Şərqdə artan gərginlik fonunda hava məkanının qəfil bağlanma ehtimalı barədə xəbərdarlıq edib. Bildirilib ki, bəzi əməkdaşların ölkədə

11.06.2026 153
.

Yayda çoxları bu səhvi edir: kondisioneriniz daha çox enerji "yeyir"

Yay mövsümünün yenidən rekord istilərlə yadda qalacağı gözlənilir. Bu səbəbdən bir çox evdə kondisionerlər demək olar ki, fasiləsiz işləyəcək. Elektrik xərclərini azaltmaq istəyən insanlar isə tez-tez istifadə olunmayan otaqlardakı hava çıxışlarını bağlamağa çalışırlar. Lakin mütəxəssislər xəbərdarlı

11.06.2026 201
.

Tükənmişliyə qarşı 5 qızıl tövsiyə

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın məsuliyyətləri bir çox insanın özünü tükənmiş hiss etməsinə səbəb olur. BİG.AZ xəbər verir ki, mütəxəssislər daha sakit və balanslı həyat tərzi üçün bir neçə vacib məsləhət veriblər. Bildirilib ki, son dövrlər xüsusilə yay aylarınd

11.06.2026 133
.

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

ABŞ-ın müharibə naziri Pit Heqset Vaşinqtonun Kuba Prezidenti Miguel Díaz-Canel ilə bağlı mümkün addımları istisna etmədiyini bildirib. Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, jurnalistlər Pentaqon rəhbərindən ABŞ-ın Kuba liderinin oğurlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyin

11.06.2026 149
.

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Bakı şəhərində fəaliyyət göstərən "Turan" klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb. XALQ-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur. Bu iddialar səhiyyə sistemində kad

11.06.2026 206
.

Bakcell "Signature Gala Night" tədbirinin tərəfdaşı olub

Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən "Signature Gala Night" tədbirinə tərəfdaşlıq edib. Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur "Th

11.06.2026 177
.

TOP MP3