Masallıda Faiq Ağayev və Zaur Baxşəliyevə hücum çəkdilər ! (Video)

Masallıda Faiq Ağayev və Zaur Baxşəliyevə hücum çəkdilər ! (Video)ATV kanalı və bu kanalda yayımlanan "Tanıdım səni" şou proqramı dünən Masallıda qonaq olub.

Məlumata görə, Ağdamın işğalı günü böyük təm-təraqla hazırlanan şou proqrama Faiq Ağayev də daxil olmaqla Azərbaycanın şou biznes ulduzları qatılmışdı. Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olduğu üçün Masallı sakinlərinın əksəriyyəti bu şou proqramın Masallıda keçirilməsinə öz etirazlarını bildirmişdilər. Böyük etiraza səbəb olan "Tanıdım səni" proqramının başlamasından bir saat sonra keçirilən konsert proqramında böyük qalmaqal yaranıb. Hadisə şahidlərinin bildirdiklərinə görə, Masallı şəhəri Nizami parkında (Mədəniyyət evinin qarşısı) keçirilən "Tanıdım səni" şou proqramının aparıcısı Zaur Baxşəliyev və Faiq Ağayevin iyrənc hərəkətlərinə dözə bilməyən Masallı cavanları Zaur və Faiq Ağayevi döymək istəyiblər. Faiq və Zaura hücum çəkən sakinlər polis dəyənəyinə tuş gəliblər.

5-6 nəfər etirazçı polis maşınına mindirilərək Masallı rayon polis şöbəsinə aparılıb. Deyilənlərə görə aparılanlar arasında təqribən 12 yaşı olan azyaşlı uşaq da olub.
Dəqiqləşdirə bilmədiyimiz məlumatlardan biri də Faiq Ağayevi mühafizə edən cangüdənlərdən birinə bıçaqla xəsarət yetirilməsidir.

Baş verən olaydan sonra "şou proqram" nəzərdə tutulan iki günlük çəkilişi yarımçıq qoyaraq paytaxt Bakıya qayıdıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 15171   Tarix: 24 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740