Evi sənədsiz olanlara şad xəbər!

Evi sənədsiz olanlara şad xəbər!Son illər paytaxt Bakı və şəhərətafı ərazilərdə kifayət qədər icazəsiz inşa edilən tikililərlə bağlı narazılıq olunurdu. Sözügedən tikililərin böyük əksəriyyəti yaşayış evləridir. Həmin evlərin sahibləri qeyri-qanuni inşa etdikləri evləri sənədləşdirmək məsələsində çətinliklərlə üzləşir və bir çox hallarda ona müvəffəq ola bilmirdilər.

Uzun müddət həll olunmayan problem, artıq həll oluna bilər. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən mexanizm hazırlanıb. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev açıqlamasında bildirdi ki, hazırlanan qanun layihəsinə təkliflər verilməsi üçün yerli icra hakimiyyətləri və bələdiyyələrə göndərilib.

Onun sözlərinə görə, qanunsuz evlərlə bağlı tədbir görülməli idi, çünki qanunsuz evlərlə bağlı bir neçə dəfə məsələ qaldırılmışdı: "Mili Məclisə müraciət olmuşdu ki, evlər uzun müddətdi tikilib, amma sakinlər bunu qeydiyyatdan keçirə bilmirlər. Məlumdur ki, həmin evlərin böyük hissəsi qanunsuz tikilib, amma göydən düşməyib. Onların bir qisminə icra hakimiyyəti və bələdiyyələrdən, bir qisminə müəyyən şirkətlərədən icazə verilib. Elə evlər var ki, 20-30 il əvvəl tikilib. Ona görə də məsələ qalxdı ki, sənədsiz evlər qeydiyyata alınsın, kimin hansı qurumdan sənədləri var, toplansın. Bundan sonra həmin evlərdən hansının sökülməsi daha vacibdirsə, ona kompensasiya verməklə, həyata keçirilsin. Sənədlər hazırda toplanır, bunun nəticəsi olacaq.

Hamı qanuna tabedir, indiki zamanda daşı daş üstünə qanunsuz qoymaq olmaz. Ev tikilən zaman, onu tikməyə icazə veriblər, sonra özlərini sığortalamaqdan ötrü deyirlər ki, qanunsuz tikilib. Bunu tikən zaman, inzibati orqanlar, hüquq-mühafizə orqanları var, orada tikməyə icazə verməyəydin".

Millət vəkilinin fikrincə, yeni hazırlanan mexanizm qəbul olunarsa, əlində mülkiyyəti ilə bağlı sənədi olan hər bir şəxsin evi sənədləşdirilə bilər: "Kimsə, 2 sot torpaq alıb ev tikir. O, bununla nə cinayət edir ki? Amma müəyyən yerlər var ki, orada ev tikmək olmaz. Həmin tikililər sökülməlidir. Amma bir şəxs azad zonalarda torpaq alıb ev tikibsə, ona icazə vermək lazımdır ki, evini sənədləşdirsin. Artıq bir neçə bələdiyyə ilə əlaqə saxlamışam, ən adi sənədlər də toplanır" - Tahir Rzayev deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6734   Tarix: 30 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 133
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 350
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 395
.

İsrailin Qəzzaya hücumları başlayandan bəri BMT-nin 171 işçisi həlak olub

İsrailin Qəzzaya hücumları başlayandan bəri BMT-nin işçiləri də ölüb. BİG.AZ xəbər verir ki, BMT-nin 171 işçisi həlak olub. BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər Agentliyi (UNRWA) Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜƏMT) məlumatına görə

16:47 69
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 411
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 176
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 259
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 135
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 206