Özü də şəfadır, çəyirdəyi də

Özü də şəfadır, çəyirdəyi dəMüxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolunu yəqin ki,geniş izah etməyə ehtiyac yoxdur.Üzüm təkcə fiziki əməklə məşğul olanlar üçün yox,zehni əməklə məşğul olanlar üçün də faydalıdır.İmmunitet sisteminin möhkəmlənməsi,böyrək və qaraciyərin fəaliyyətinin yaxşılaşması və qanazlığının müalicəsində üzümün rolu böyükdür.Bundan başqa,üzüm qanın təmizlənməsində və orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində də böyük rol oynayır.Üzüm həmçinin ürək-damar sisteminin fəaliyyətini nizamlayır.Bu şəfa mənbəyi tərkibindəki resveratrol birləşməsi sayəsində orqanizmin xərçəngə qarşı müqavimətini artırır.

Üzüm özü şəfa mənbəyi olduğu kimi,çəyirdəyi də şəfa mənbəyidir.Üzüm çəyirdəyinin tərkibində katexin,epikatexin və prosianidin kimi müxtəlif təbii antioksidant birləşmələri mövcuddur.Antioksidantlar isə orqanizmdəki zərərli oksidantları (bunu başqa cür sərbəst radikallar da adlandırırlar) neytrallaşdıran çox mühüm müdafiə molekullarıdır.Üzüm çəyirdəyində kifayət qədər olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir,xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır.Digər tərəfdən,üzüm çəyirdəyində olan antioksidantlar C vitaminində olan antioksidantlardan 20 dəfə çoxdur.

Kliniki araşdırmalar üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyini göstərir.Üzüm çəyirdəyinin üstünlüklərindən biri də qocalıq və xəstəlik nəticəsində zəifləyən qan damarlarının divarlarını möhkəmləndirməsidir.Bundan əlavə, qan damarlarında varikoz genişlənməsinin də qarşısını alır.Üzüm çəyirdəyi qan damarlarını qoruduğu üçün infarkt ehtimalını da azaldır.Müsbət xolesterol miqdarını artırır.Damar çatışmasını aradan qaldırması və damarları elastikləşdirməsi baxımından da faydalıdır.Diş ətində qanama problemi olanlar üçün də məsləhətlidir.Üzüm çəyirdəyinin saçlara faydası da inkaredilməzdir.Belə ki,üzüm çəyirdəyi ilə bağlı aparılan son araşdırmalar onun saş hüceyrələrini artırdığını,orqanizmdə histamin ifrazının və "saman zökəmi" deyilən allergik reaksiyanın qarşısını aldığını göstərir.Üzüm çəyirdəyi həmçinin C vitamininin təsirini artıran vasitə kimi də çox məşhurdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5031   Tarix: 05 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960