Cırılıb xarab olmuş manatlarınızı atmayın çünki!

Cırılıb xarab olmuş manatlarınızı atmayın çünki!Bir çox vətəndaşlarımız cırılan, köhnələn pulları neyləyəcəklərini bilmirlər.
Bu səbəbdən əksər hallarda köhnə pullar ya atılır, ya da müxtəlif vasitələrlə (kley, "skoç" və s.) yararlı hala gətirilib, ictimai yerlərdə, necə deyərlər, basabas vaxtı kimlərəsə sırınır.

Dünyanın bir çox ölkələrində isə bununla bağlı rahat bir sistem formalaşdırılıb: vətəndaş köhnə pulunu təqdim edib, əvəzində eyni dəyərdə olan pul alır və onunla problemini həll edir. Avropa ölkələrinin çoxunda bununla bağlı əhali arasında aparılmış maarifləndirmə işləri də öz bəhrəsini verir.

Yəni vətəndaş bizdəki kimi köhnə pulunu sırımaq üçün müxtəlif variantlar fikirləşmir, köhnə pulunu haraya təqdim edəcəyini bilir. Bununla da problem həll olunur. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Bu işlə məşğul olan hansısa dövlət qurumu varmı? Əgər varsa, vətəndaşlardan köhnə əskinasların dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur? Mövzu ilə bağlı suallarımızı Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərinə ünvanladıq.

"Əskinasların dəyişdirilməsi üçün vətəndaşlardan sənəd tələb olunmur"

Departamentdən bildirildi ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanununa görə, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir: "Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Əks halda isə dəyişdirilmir və vətəndaşa bu haqda izahat verilir".

Vətəndaşların müraciətinə əsasən, pul nişanlarının dəyişdirilməsi əsasən kommersiya banklarında aparılır. Mərkəzi Bankda isə "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları" ilə Xəzinə Departamentinin kassa xidməti şöbəsində həyata keçirilir.

Araşdırmalarımız zamanı onu da öyrəndik ki, qeyd olunan tələblərə cavab verən əskinasların dəyişdirilməsi ilə bilavasitə Mərkəzi Bankın Xəzinə və Nağd Pul departamentləri məşğul olur. Qurumdan onu da bildirdilər ki, sözügedən pul nişanlarının dəyişdirilməsi üçün vətəndaşlardan heç bir sənəd tələb olunmur. Lakin ayrı-ayrı hallarda pulların ekspertizaya aparılması zərurəti yarandıqda şəxsiyyət vəsiqəsi məlumatlarının qeyd olunması tələb edilir.

"Pulun məbləği ilə bağlı heç bir məhdudiyyət yoxdur"

"Bir şəxs bir ay ərzində nə qədər cırılmış, xarab olmuş pul dəyişə bilər? Bununla bağlı hansısa məhdudiyyət varmı?" sualımıza cavab olaraq, Mərkəzi Bankın Kommunikasiya və Xəzinə departamentlərindən pul nişanlarının ümumi məbləği ilə bağlı məhdudiyyətin olmadığını bildirdilər. Lakin bununla yanaşı, vətəndaşlar pullarını dəyişərkən onlara pul nişanları ilə davranış mədəniyyətinin aşılanması baxımından maarifləndirmə işi aparılır. Bəzən pul nişanlarının hansı şəraitdə yararsız hala düşməsi barədə pul dəyişənlərdən məlumat alınmasına zərurət yaranır.

"Dövriyyəyə yararsız pul nişanları məhv edilir"

"Vətəndaşlardan yığılan xarab olmuş pulların sonda aqibəti necə olur?" sualımıza qurumdan belə cavab aldıq: "Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanları müəyyən edilmiş qaydalar əsasında məhv edilir. Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir. Bu isə o deməkdir ki, onlar təkrar istifadə oluna bilməz". Qurumdan onu da bildirdilər ki, 2011-ci ilin yanvar-avqust aylarında vətəndaşlardan qəbul olunan və dəyişdirilən dövriyyəyə yararsız pul nişanlarının məbləği 194 min 517 manat təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10447   Tarix: 22 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İrana yeni hücumun olmaması ABŞ-da müzakirələrə səbəb oldu

ABŞ prezidenti Donald Trampın Amerika helikopterinin vurulmasından sonra İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlamaqdan imtina etməsi ABŞ-da təəccübə səbəb olub. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Düzünü desəm, buna təəccübləndim. İranı bombalamay

10:46 148
.

"Qarabağ"ın rəqibləri müəyyənləşdi

"Qarabağ" bu gün Avropa Liqasını təsnifat mərhələsinin və növbəti mövsümün hazırlığına başlayacaq. Qaynarinfo xəbər verir ki, komanda Bakıda bir araya gələcək. Bu mərhələ iyunun 22-dək davam edəcək. "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsin

12:37 191
.

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır. Qaynarinfo "Discover Wildlife" nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath" (Əjdahanın Nəfəsi

09.06.2026 273
.

İxracın qarşısındakı maneələr: logistika və nəqliyyat xərcləri

"Azərbaycan iqtisadiyyatının daha sürətli inkişaf edə bilməməsinin əsas səbəblərindən biri ölkənin dünya okeanlarına birbaşa çıxışının olmamasıdır. Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri də məhz budur. Dünya təcrübəsi göstərir ki, iqtisadi baxımdan uğur qazanan ölkələrin əksəriyyət

14:36 136
.

"Son zəng"də bunlar qadağandır (RƏSMİ)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. BİG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirili

14:50 205
.

Ukraynadan Rusiyaya ZƏRBƏ - Krıma gedən yol bağlandı

Ukrayna Silahlı Qüvvələrinin logistik xətlərə endirdiyi silsilə zərbələr Krım yarımadasının təchizat zəncirində ciddi böhrana səbəb olub. Rusiya hərbi rəhbərliyi yaranmış təhlükəli vəziyyət fonunda strateji marşrutlardan birini bağlamaq barədə təcili qərar qəbul edib. Ukrayna mətbuatına istinadən xəbə

09.06.2026 269
.

Fironların mirası: Liviya səhrası şüşəsinin sirri açılır

Şimali Afrikanın quraq ərazilərində milyon illərdir sirrini qoruyan qeyri-adi material yenidən elmi araşdırmaların mərkəzinə düşüb. Misir ilə Liviya sərhədi arasında geniş ərazidə tapılan sarımtıl, şüşəvari bu maddə "Liviya səhrası şüşəsi" kimi tanınır. Qaynarinfo xəbər verir ki, təxminən 2

09.06.2026 286
.

Bu il 70 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2026-cı ilin ötən dövrü ərzində 70 uşağın övladlığa verilməsini təmin edib. Ölkə.az xəbər verir ki, onlardan 34-ü qız, 36-sı oğlandır. Bildirilib ki, övladlığa verilən uşaqların yeni ailələrdə vəziyyətinin öyrənilməs

09.06.2026 256
.

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev

16:14 107
.

TOP MP3