Fərhad Bədəlbəyli Longinesin dostu elan edildi

Fərhad Bədəlbəyli Longinesin dostu elan edildiTanınmış İsveçrə saat markası "Longines"in Azərbaycanda rəsmi təmsilçisi VMF şirkəti Xalq artisti, Dövlət Mükafatı Laureatı, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylini "Longines"in dostu" elan edib. ANS PRESS-in məlumatına görə, bununla bağlı bu gün Bakı Caz Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə tanınmış musiqiçilər, incəsənət xadimləri və fəxri qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan tanınmış şoumen Murad Dadaşov bildirdi ki, "Longines" nəinki Azərbaycanda, bütün dünyada sevilən və seçilən brenddir. Onun sözlərinə görə, bu brend bütün dünyanı fəth edib: "Bütün dünyada tanınmış, keyfiyyəti sevən və keyfiyyətli insanlar "Longines"i seçir. Mən çox şadam ki, 1932-ci ildən yüksək keyfiyyət və zərif dizaynla istehsal edilən və dünyanın aparıcı saat markası olan "Longines" məhz VMF-in sayəsində Azərbaycanda da var. 13 ildir ki, "Longines" Azərbaycanın ictimai həyatında fəal iştirak edir. Təbii ki, burada da VMF-in olduqca böyük və əvəzsiz rolu var".

Sonra tədbir iştirakçılarına Fərhad Bədəlbəylinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Ardınca söz alan F.Bədəlbəyli bunu heç gözləmədiyini bildirdi: "Mən heç gözləmirdim ki, VMF məni seçəcək. Amma seçdilər və mənə "Longines" saatı hədiyyə etdilər, sağ olsunlar. Söz verirəm ki, bundan sonra ancaq "Longines" saatını taxacam".

F.Bəbəlbəyli VMF-ə bir təkliflə də çıxış etdi. Əslən qarabağlı, şuşalı olan F.Bədəlbəyli Şuşanın azad olacağı zaman Şuşanın mərkəzi meydanlarının birində "Longines" saatının quraşdırılmasını istədi: "Bu gün Azərbaycanda 9 milyon nəfər əhali var. Hər bir Azərbaycan vətəndaşı 1 manat pul versə, İnşallah, Şuşada belə bir böyük "Longines" saatını quraşdırmaq mümkün olacaq. Mən əminəm ki, VMF Şuşa azad olanda, mənim bu təklifimi nəzərə alacaq. VMF şirkəti nəinki Şuşada, Xankəndi də böyük "Longines" saatlarını quraşdırar. Bu tədbirin keçirilməsi bir daha sübut etdi ki, bu gün vaxt bizə işləyir. Tezlikə hər bir şey öz yerini tapacaq. Şuşa azad olunarkən, ".

Sonra F.Bədəlbəyliyə VMF şirkəti tərəfindən iki "Longines" saatı hədiyyə edildi. Tanınmış pianoçu tədbirin bədii hissəsini pianoda öz "Dəniz" kompozisiyası ilə zənginləşdirdi.

Qonaqların alqışları ilə müşaiyət olunan çıxışdan sonra tədbirdə qonaq qismində iştirak edən məşhur caz ifaçıları və digər tanınmış müsiqiçilər çıxışları ilə təbriklərini çatdırdılar.

Tədbirdə çıxış edən VMF şirkətinin baş direktoru Ağahüseyn Hüseynov isə qeyd etdi ki, Fərhad Bədəlbəylinin "Longines"in dostu olmasına çox sevinir.

Sonda incəlik və zəriflik nümünəsi olan "Longines" saatlarının xüsusi endirimlərlə satışı təşkil edildi.

Məlumat üçün bildirək ki, vaxtı ilə fəaliyyətinə tanınmış "Longines" saat markası ilə əməkdaşlıqdan başlayan VMF 13 ildir ki, "Longines" şirkətini Azərbaycanda təmsil edir. Son dərəcə eleqant, dəqiq və etibarlı mexanizmə görə, "Longines" bütün dünyada olduğu kimi Azərbaycanda da sevilir. Xatırladaq ki, 2009-cu ilin dekabrında Bakıda "Longines" saat markasını təqdim edən butik açılıb. Bununla əlaqədar "Longines" şirkətinin prezidenti Valter Fon Könel İsveçrədən paytaxtımıza təşrif buyurmuşdu.

"Longines" İsveçrənin fəxri hesab olunan saatlarından biridir. Bu saatların tarixçəsi 1832-ci ildən başlayır. Ticarət markası kimi ilk dəfə olaraq "Longines" 1889-cu ildə qeydiyyatdan keçib. Bu illər ərzində "Longines" dəfələrlə beynəlxalq sərgilərdə və saat şirkətləri arasında keçirilən müsabiqələrin qalibi olub, 10 Qran-Pri mükafatına və 28 qızıl medala layiq görülüb. Bundan əlavə, 1960-cı illərdə İsvecrənin fəxri zinət əşyaları sahəsində "Diamond Award" nüfuzlu mükafatın sahibi olub.

Vaxt ötdükcə və dəb dəyişdikcə, "Longines" saatlarının görünüşü də bir neçə dəfə dəyişib. Cib saatlarından qol saatına çevrilən "Longines" hər zaman öz eleqant görünüşü ilə seçilib.

Məhz "Longines" şirkəti 1905-ci ildə qol saatlarının seriyalı buraxılışına başlayıb. 1912-ci ildən başlayaraq isə "Longines" novatorluğu üzərinə götürüb. Bu dəfə dairəvi saatları deyil, düzbucaqlı, dördbucaq və kəpənək şəklində saatlar istehsal etməyə başlayıb.

1960-cı ildə şirkət ən nazik kvars saatını, 1979-cu ildə isə 2 mm-lik maneəni aşaraq 1.98 mm qalınlığında saat istehsal etməklə rekord vurub və 1983-cü ildə qadınlar üçün 1.75 mm-lik mexanizm yaradıb. Amma buna baxmayaraq, "Longines" şirkəti heç vaxt öz tarixini unutmur və hər zaman keçmişə boylanaraq hər hansı bir elementi məhz oradan götürüb istifadə edir.

Bir çoxları bu şirkəti Olimpiya oyunlarının rəsmi xronometri kimi tanıyır. 1989-cu ildən "Longines" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi tərəfdaşı və xronometristidir. Onu da qeyd edək ki, bir çox məşhur insanlar bu saat markasının reklam simalarıdır. Onların arasında Bədii Gimnastika üzrə Azərbaycanın 4 qat çempionu Dinara Gimatova, tanınmış hind aktrisası və fotomodeli Ayşvariya Ray, Rusiyanın xalq artisti Oleq Menşikov və digər tanınmış şəxlər var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3105   Tarix: 30 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 199
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 702
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 103
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 323
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 239
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 226
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 377
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 83
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 975