İlham Əliyev: "Azərbaycanda hicaba qadağa yoxdur" (Video)

İlham Əliyev: " alt="İlham Əliyev: "Azərbaycanda hicaba qadağa yoxdur" (Video)" class="imgbcode" />Rusiyanın "Rossiya" telekanalının "Vesti v subbotu" proqramında Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi nümayiş etdirilib.

Verilişin əvvəlində Azərbaycanın dövlət başçısının 50 illik yubileyinin qeyd olunduğu bildirilir, onun barəsində məlumat verilir. Aparıcı Sergey Brilyov qeyd edir ki, həm İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva idman - dağ xizəyi, üzgüçülük, fitnes həvəskarıdırlar. "Onlar həm də elə etməyi sevirlər ki, tabeliyində olanlar məhz onların yolu ilə getsinlər", - verilişdə bildirilib.

"İdman turnirnikləri indi hər yer yerdə var. "Yaxşısı budur, kabab yəməkdənsə, dartınsınlar", - Azərbaycan prezidenti deyir. Onun həyat yoldaşı ixtisasca oftalmoloqdur və Azərbaycanın Gimnastika Federesiyasının rəhbəridir. O da həyat yoldaşı kimi 2020-ci ildə Olimpiadcanı Bakının qəbul etməsini arzulayır", - proqramda qeyd olunub.

Verilişdə bildirib ki, ingilislər və amerikalılar Bakı neftinin Avropaya Rusiya yox, Türkiyə və Gürcüstan vasitəsilə nəql olunmasında böyük rol oynayıblar. Azərbaycanın qonşularına gəldikdə isə Ermənistanla münaqişə var, İranda isə fundamental islamçılıq hökm sürür. "Vesti v subbotu"da Azərbaycanda keçirilən son möhtəşəm hərbi paraddan da söz açılır.

Müsahibə hicabla bağlı sualla başlayıb. Sergey Brilyov deyib ki, Azərbaycanın cənubunda hicab vacibdir, ölkədən şərndə isə məsələn işdə namaz qılınmasına qadağa tətbiq edilir. Aparıcı prezident İlham Əliyevdən bu barədə soruşub. "Biz heç bir yerdə qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur", - İlham Əliyev cavab verib.

Prezidentlə jurnalistin söhbəti Zağulbada davam etdirilir. Söhbət tikintilərdən düşür və Sergey Brilyov "Doğrudurmu ki, bütün əsas memarlıq layihələrini şəxsən Siz təsdiqləyirsiniz", - sualını verir və İlham Əliyev bunu təsdiqləyir.

İlham Əliyev mərhum atası Heydər Əliyev barədə də danışır və deyir ki, Heydər Əliyev üçün dekommunizasiya yox, Azərbaycanın müstəqillik qazanması daha vacib olub. "Mən düşünürəm ki, o, bu barədə əvvəllər də, Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını yaradanda - 70-ci illərdə düşünürmüş", - prezident İlham Əliyev bildirib.

İlham Əliyev oğlu Heydər Əliyev haqqında da fikirlərini bildirir. Onun sözlərinə görə, oğlu qarşı heç bir siyasi düşüncə ilə yanaşmır: "Mən istəyirəm ki, o, dəyərli insan kimi, insani baxımdan babasının və atasının davamçısı kimi yetişsin". Dövlət başçısı deyib ki, oğlunu heç nəyə, məsələn, qalstuk taxmağa məcbur etmir: "O, nadir hallarda qalstuk taxır. Təhsillə, xarici dilləri öyrənməklə, idmanla məşğul olur. Adi Bakı məktəbində oxuyur. Öz həmyaşıdlarından heç nə ilə fərqlənmir". Dövlət başçısının sözlərinə görə, Heydər Əliyev üçün rus dili də xarici dildir.

Siyasi məsələlərə gəldikdə isə, prezident İlham Əliyev Türkiyənin bölgədəki roluna toxunub: "Türkiyə regional fövqəldövlətdir, regional və dünya miqyasında çox möhkəmlənib. Türkiyə bizim yaxın müttəfiqimizdir. O, demokratik ənənələri olan müsəlman ölkəsi kimi demokratik prinsiplərin heç vaxt olmadığı Yaxın Şərq ölkələri üçün cəlbedicidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6067   Tarix: 29 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122