Bir qadın…və bir kişi: bir-birlərindən yorulmayan fərqli varlıqlar

Bir qadın…və bir kişi: bir-birlərindən yorulmayan fərqli varlıqlar

Ayrılıqda qadınlar və kişilər bir-birlərindən üstün cəhətlərinin olduğunu düşünərlər. Əslində isə qadın və kişi bərabər hüquqlu varlıqlardır, lakin onlar arasında cismi, psixoloji və bir-birlərinə olan münasibətlər baxımından inkarı mümkün olmayan ciddi fərqlər vardır. Kişinin dünyası ilə qadının dünyası bir-birindən tamamən fərqlənir. Əgər qadın kişi kimi fikirləşə, yaxud əməl edə bilmirsə, bu, ona görədir ki, onların dünyaları bir-birindən fərqlənir. Onlar bir-birlərini başa düşüb, bir-birlərini kamilləşdirə bilərlər, lakin bir-birlərinin eyni ola bilməzlər. Buna görədir ki, kişi və qadın bir yerdə yaşaya və bir-birlərinə aşiq ola bilir və bir-birlərinin xasiyyət və əxlaqından yorulmurlar. Bu yorulmazlığa səbəb olan fərqliliklərə nəzər salaq…

"Əzizim! Mən səni sevirəm"-"Mən səninlə fəxr edirəm"

Amerikalı professor Rik kişi və qadının ruhiyyəsi arasında müqayisə aparmış və fərqlilikləri ortaya çıxarmışdır. O belə yazır:

- Kişi üçün daim sevdiyi qadının yanında gün keçirmək yorucudur. Lakin qadın üçün əlaqədə olduğu kişinin yanında gün keçirməkdən böyük heç bir ləzzət ola bilməz.

- Kişinin qəlbi hər gün həmişə olduğu halətdə qalmaq istəyir. Lakin bir qadın həmişə təzə bir varlıq olmaq və hər gün tezdən yataqdan daha təzə qiyafə ilə qalxmaq istəyir.

- Bir kişinin bir qadına deyəcəyi ən yaxşı cümlə, "Əzizim! Mən səni sevirəm"
cümləsidir. Lakin bir qadının əlaqədə olduğu kişiyə deyəcəyi ən gözəl cümlə isə: "Mən səninlə fəxr edirəm" cümləsidir.

Kişiləri ucaldan, qadınları alçaldan şey…

- Əgər bir kişi öz həyatı boyu bir neçə məşuqə ilə gün keçirmişdirsə, başqa qadınlara görə o, diqqəti cəlb edən bir kişidir. Kişilərsə, öz həyatı boyu bir kişidən artığı ilə münasibətdə olmuş qadını xoşlamırlar.

- Kişilər qocaldıqda özlərini bədbəxt hiss etməyə başlayırlar. Çünki öz söykənəcəkləri yeri, yəni işlərini əldən vermiş olurlar. Yaşlı qadınlar isə razılıq hissi ilə yaşayırlar. Çünki öz baxışlarına görə ən yaxşı şeylərə malikdirlər: Bir ev və bir neçə nəvə.

Qadın və kişi üçün xoşbəxtlik…

- Kişilərə görə, xoşbəxtlik məqam və cəmiyyət arasında hörmətəlayiq şəxsiyyət əldə etməkdən ibarətdir. Qadına görə isə, xoşbəxtlik bir kişinin qəlbini ələ almaq və bütün ömrü boyu onu qoruyub saxlamaqdan ibarətdir.

- Bir kişi istədiyi qadını öz dini və milliyyətinə daxil etmək istəyir. Lakin qadın üçün izdivacdan sonra öz soyadını, dini və milliyyətini sevdiyi kişi xatirinə dəyişmək asandır.

Kişi ilə qadın arasında cismi fərqliliklər nədən ibarətdir?

1. Kişi iribədənlidir. Qadın isə bədəncə ondan kiçikdir.
2. Kişinin boyu ucadır, qadın isə kişiyə nisbətən kiçikboyludur.
3. Kişi sərt, qadın isə zərifdir.
4. Kişinin səsi qalın, qadının səsi isə nazikdir.
5. Qadının bədəninin inkişafı sürətlə gedir, kişidə isə bu proses yavaş gedir. Hətta deyilənlərə görə ana bətnində də qız uşağı oğlan uşağından daha sürətli inkişaf edir.
6. Kişidəki əzələ inkişafı və bədən qüvvəsi qadından daha çoxdur, lakin bir çox xəstəliklər müqabilində qadının müqaviməti və gücü kişinin müqavimətindən çoxdur.
7. Qadın yetkinlik həddinə kişidən daha tez çatır və övlad sahibi olma gücünü isə kişidən daha tez itirir.
8. Qız uşağı oğlan uşağından daha tez dil açır.
9. Kişinin ortaölçülü beyni, qadının ortaölçülü beynindən daha böyükdür, lakin beynin bütün bədənə olan nisbəti baxımından qadının beyni kişinin beynindən daha böyükdür.
10. Tənəffüs vaxtı kişinin ağ ciyəri qadının ağ ciyərindən daha çox hava udma qabiliyyətinə malikdir.
11. Qadının qəlbinin döyüntüsü kişinin qəlbinin döyüntüsündən daha sürətlidir.
12. Kişinin təzyiqi qadının təzyiqindən yüksəkdir.
13. Qadının sümüklərinin çəkisi kişiyə nisbətən azdır.
14. Kişinin ayağının alt pəncəsi enli, qadınlarda isə ensiz və yığcam olur.
15. Kişinin başının qafası, qadının başının qafasından böyükdür.
16. Qadının ürəyi, kişinin ürəyindən balaca olur.

Məhz buna görə, qadınların intiharı kişilərdən daha azdır…

İndi isə kişi ilə qadın arasında mövcud olan ruhi-psixoloji fərqləri nəzərdən keçirək:

1. Kişinin idmana, ova və çoxhərəkətli işlərə olan meyli qadının meylindən çoxdur.
2. Kişiyə mübarizanə hisslər hakimdir və müharibəyə meyllidir. Qadın isə sülhsevərdir və ziyafət məclislərinə daha çox meyllidir.
3. Kişi daha çox təcavüzkar və daha çox hay-küylüdür. Qadın isə daha çox aram və daha çox sakitdir.
4. Qadın özü və başqaları haqqında qabalıq etməkdən çəkinər. Buna görə də, qadınların intiharı kişilərdən daha azdır. Kişilər intiharın keyfiyyətində də qadınlardan daha sərtdirlər. Kişilər arasında tüfənglə vurmaq, asmaq, özünü hündür binaların üstündən atmaq kimi işlərə daha çox rast gəlinir. Qadınlar isə yuxugətirici yastı həb (asan udula bilmək üçün kiçik və yuvarlaq bir şəkildə hazırlanmış dərman), tiryək və bunlar kimi şeylərdən daha çox istifadə edirlər.

Kişilərin sirrin gizlədilməsindən doğan xəstəlikləri…

5. Qadının hissləri kişidən daha coşğundur. Qadın kişidən daha çox həyəcanlıdır. Yəni qadın onunla əlaqəli olan, yaxud onu qorxudan işlərdə öz hisslərinin təsiri altına daha tez düşür. Kişi isə soyuqtəbiətlidir.
6. Qadın kişinin əksinə olaraq, təbiətən zinətə, bəzəyə, özünü göstərməyə və müxtəlif şəkillərdə mədh olunmağa daha çox meyllidir.
7. Qadının hissləri kişinin hisslərindən dözümsüzdür, qadın kişidən daha çox ehtiyatlı, daha çox dindar, daha çox danışan, daha çox qorxaq və daha çox rəsmidir. Qadında analıq hissi vardır. Bu hiss onda uşaqlıq çağlarından görünməkdədir. Qadının ailəyə olan əlaqəsi və ailə ocağının əhəmiyyətinə diqqət etməsi kişidən daha çoxdur.
8. Qadın, elmi və əqli məsələlərdə kişiyə çata bilməz, lakin zövq və hissə bağlı olan ədəbiyyat, nəqqaşlıq və sair məsələlərdə heç də kişidən geri qalmır.
9. Kişinin sirr saxlama gücü qadının gücündən çoxdur və kişi narahatedici sirləri öz daxilində qoruyub saxlaya bilir. Elə buna görədir ki, kişilərin, sirrin gizlədilməsindən qaynaqlanan xəstəliklərə mübtəla olması qadınlara nisbətən daha çoxdur. Qadın kişidən daha yumşaqqəlblidir, dərhal ağlayar, bəzən isə ürəyi gedər.

Kişi qadının bədəninə, qadın isə kişinin qəlbinə sahib çıxmaq istər…

Kişi və qadının bir-birlərinə olan münasibətlərindəki fərqli cəhətlər isə bunlardır:
1. Kişi öz şəhvətinin quludur, qadın isə kişinin məhəbbətinə aşiqdir.
2. Kişi, onu bəyənən və onu seçən qadını istəyir, qadın isə onun dəyərini dərk edən və öz dostluğunu əvvəlcədən bildirən kişini istəyir.
3. Kişi, qadının şəxsinə, yəni bədəninə sahib çıxmaq və onu ixtiyarına gətirmək istəyir, qadın isə kişinin qəlbini ələ keçirmək və onun qəlbinin yolu ilə ona hakim olmaq istəyir.
4. Kişi, qadının başı üstündən ona hakim olmaq istəyir, qadın isə kişinin qəlbinin daxilindən ona nüfuz etmək istəyir.
5. Kişi qadını almaq istəyir, qadın isə istəyir ki, onu alsınlar.
6. Qadın kişidən şücaət və igidlik istəyir, kişi isə qadından gözəllik və eşq istəyir.
7. Qadın, kişinin onu himayə və müdafiə etməsini özü üçün ən qiymətli şey hesab
8. Qadın öz şəhvətinə hakim ola bilməkdə kişidən çox güclüdür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5596   Tarix: 09 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

TOP MP3