![]() Bakıdakı avtodayanacaqların xəritəsi hazırlanır. Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtda nəqliyyatın hərəkətinin intellektual idarəedilməsi çərçivəsində bu xəritənin hazırlanmasına ehtiyac yaranıb. Hazırda paytaxtın müxtəlif yerlərində, xüsusi ilə də nəqliyyatın sıx olduğu ərazilərdə yeraltı qarajların tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi daha çox 20x20 ölçülü 400 kvadrat metr ərazisi olan dayanacaqların tikintisində maraqlıdır və artıq 100-dən çox belə dayanacağın tikintisinə başlanılıb. Xəritədə bu, həmçinin özəl şirkətlərə məxsus, binaların altında, ətrafında olan bütün dayanacaqlar qeyd olunacaq. Dayanacaqların xəritəsi hazırlandıqdan sonra proqramlaşdırma işlərinə başlanılacaq. Bundan sonra sürücülər dayanacaqların yeri istiqaməti və digər məlumatları həmin proqramı dəstəkləyən telefonlar və avtomobilin daxili monitorları vasitəsi ilə də əldə edə biləcəklər. menbəə: Lent.az |














qiymət: 0



USD: 0.7858
EUR: 1.0053
RUR: 0.0252
GBP: 1.2441
GEL: 0.4848
IRR: 0.0064

