20 Yanvarda təsadüfən ölən günahsız insanların və yox olmuş bir ailənin hekayəti

ANS PRESS bu dəfə məqaləni 20 Yanvar hadisələri zamanı özünü tankın, ordunun qarşısına verərək bilərəkdən ölümə gedənlərə yox, təsadüf nəticəsində ölən günahsız insanlara həsr etdik.

"22 il ötməsinə baxmayaraq, Ülvünün ölümünə indi də inana bilmirəm. Bəlkə də buna görə biz evdə Ülvinin şəkillərini divardan asmağa hələ də cürət etmirik. Güman edirik ki, onun şəkillərini divardan assaq, Ülvinin ölümünə inanacağıq, bu isə ailəmiz üçün təzə bir müsibət olacaq". Bu sözləri 20 Yanvar hadisələri zamanı şəhid olmuş Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə ANS PRESS-ə müsahibəsində bildirdi.

Ülvi Bünyadzadə 22 il bundan əvvəl 1990-cı il 20 Yanvar hadisələri zamanı öldürülmüş 134 mülki vətəndaşdan biridir. Oğlunun şəhid olması xəbərini atası Yusif Bünyadzadə 1990-cı il yanvarın 20-də yaşadığı Daşkəsən rayonunda alıb.

Atası deyir ki, oğlu barədə xəbəri qardaşından alıb və ona özünü təcili Bakıya çatdırması deyilib. Ancaq həmin vaxt Bakıya daxil olmaq çətin idi və Ülvinin şəhid olduğunu sonradan eşidib. Ülvini isə tələbə yoldaşları Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında (keçmiş Semaşko-red.) aşkar ediblər.

Dərdli ata şəhidlərimizin lazımınca təbliğ olunmamasından da gileylənir. Deyir, biz qəhrəmanlarımızı tanıtdırmaq üçün effektiv təbliğat yollarından istifadə emirik. Qəhrəmanlarımızın təbliğatını şablon üsulla aparırıq ki, bu da lazımi nəticə vermir.

***

20 Yanvarda təsadüfən ölən günahsız insanların və yox olmuş bir ailənin hekayəti20 Yanvar hadisələri zamanı şəhid olanlardan biri də İzzət Həmidovdur. İzzət Həmidovun qardaşı oğlu Ramiz Həmidovun sözlərinə görə, qanlı 20 Yanvar gecəsindən sonra İzzət Həmidov dözməyərək həyat yoldaşını da götürərək avtomobillə şəhərə çıxıb. O, yaralılara kömək etmək istəyirmiş. Amma şəhəri gəzərkən 20 Yanvar hadisələri zamanı ən qaynar nöqtələrdən hesab edilən Salyan kazarması ətrafına gəlib çıxır. Bu zaman Salyan kazarması yaxınlığında zirehli texnika tərəfindən əzilmiş avtomobildəkilərə yardım etmək üçün bayıra atılan İzzət Həmidov kazarmanın üzərində mövqe tutan snayperçi tərəfindən güllə ilə vurulur. Həyat yoldaşı yerə yıxılan İzzət Həmidovu ayaqüstə qaldırmaq istəyən zaman onun al-qan içində olduğunu görür. Bundan sonra İzzət Həmidov dərhal Semaşko adına xəstəxanaya çatdırılır, əməliyyat edilir. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur.

Ramiz Həmidovun sözlərinə görə, əmisi İzzət uzun müddət Şəki şəhərində kolxoz sədri və rayon partiya komitəsində 2-ci katib vəzifəsində çalışıb. 1990-ci il 20 Yanvar hadisələri zamanı isə İzzət Həmidov Bakı şəhərində 2 saylı texniki peşə məktəbinin direktoru vəzifəsində çalışırmış. Ancaq təəssüf ki, bu, Həmidovlar ailəsində baş verən son itki olmayıb. Şəhid İzzət Həmidovun oğlu, həyat yoldaşı və üç övladı ilə birlikdə Bakı metrosunda törədilən sonuncu terror aktı nəticəsində dünyasını dəyişib. Beləlik, bir ailənin işığı sönür, qapısı bağlı qalır.

Ramiz Həmidov əmisinin faciəvi şəkildə dünyasını dəyişməsinə baxmayaraq, onun bütün Həmidovlar nəsli üçün qürur mənbəyi olduğunu qeyd edir.

Qeyd edək ki, Şəkidə və Bakıda yaşadığı küçələr onun adını daşıyır.

***

20 Yanvarda təsadüfən ölən günahsız insanların və yox olmuş bir ailənin hekayəti1990-ci il 20 yanvar günü yaxını itirənlərdən biri də Rövşən Əliyevdir. 22 il bundan əvvəl 8 yaşı olan Rövşən həmin faciəvi gün babasını itirib. Babası Vəfadar Cəfərov 22 il bundan əvvəl Sovet qoşunları Bakıya soxulan zaman küçələrə çıxanlardan biri idi. O, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası ətrafında zirehli texnika üzərindən atılan pulemyot gülləsinə tuş gəlib. Nəvəsinin sözlərinə görə, Vəfadar baba xəstəxanaya çatdırılaraq əməliyyat edilib. Amma babasının həyatı əməliyyat nəticəsində xilas edilsə də o, ertəsi gün xəstəxanaya gələn hərbçilər tərəfindən süngü bıçağı ilə qətlə yetirilir.

Bütün bu hekayətlər əslində nəzərinizə çatdıra bildiyimiz cəmi bir neçə insan faciəsidir. Azərbaycan həmin hadisələr zamanı çox qeyrətli övladlarını itirdi. Ancaq həmin vaxt itirdiklərimizlə yanaşı qazandıqlarımız da çox oldu. 20 Yanvar gecəsi ölkəmizin qəhrəmanlıq salnaməsinə daha bir səhifə yazıldı. Bu səhifə 20 Yanvar şəhidlərinin qanı, canı bahasına başa gəldi. Başın sağ olsun Azərbaycan!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5709   Tarix: 20 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 244
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 436
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 181
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1015
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1571
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 283
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 388
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 726