Salyanda avtoqəzadan qurtulan 3 nəfəri digər avtomobil vurub
Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində avtomobil qəzası baş verib.
BDYP-dən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayon sakini, 45 yaşlı Tofiq Lətif oğlu Aslanov idarə etdiyi "VAZ" markalı maşınla hərəkətdə olarkən yolların buz bağlaması səbəbindən qəfil idarəetməni itirib. Avtomobil yuvarlanaraq yolun kənarındakı arxa düşüb. Sürücü və avtomobildəki daha 2 nəfər sərnişin xilas olaraq magistral yola çıxıb.
Elə bu zaman əks istiqamətdən gələn Maştağa qəsəbəsində yaşayan Laçın sakini Bəymurad Elşən oğlu Mustafayevin idarə etdiyi "BMV" markalı avtomobil sürüşərək qarşıdakı başqa bir "VAZ" markalı avtomobilə çırpılıb və birinci qəzadan qurtulmuş piyadaları vurub. Nəticədə sürücü Tofiq Aslanov, Biləsuvar sakini, 38 yaşlı Abbas Məmmədağa oğlu Məmiyev və onun bacısı 44 yaşlı Həqiqət Məmiyeva müxtəlif bədən xəsarətləri ilə yaralı vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4068 Tarix: 21 yanvar 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil. "Qafqazinfo" xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığort
13:05 185 BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU - "Mühazirələr kosmosdan yayımlanacaq?"
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb. Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illi
08.06.2026 383 ATƏT: Paşinyan seçki kampaniyasında müxalifətə qarşı təhdid xarakterli ifadələr işlədib
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkiləri kampaniyası dövründə müxalifətə qarşı sərt və təhdid xarakterli bəyanatlar verməkdə ittiham olunur. xəbər verir ki, bu barədə ATƏT-in seçki müşahidə missiyasının ilkin hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, baş nazir çıxışlarında
10:45 149 Dünyada ildə 1,5 milyon insan bu səbəbdən ölür
Bakteriyalar, viruslar, parazitlər və zəhərli kimyəvi maddələrlə çirklənmiş qidalar hər il dünyada təxminən 1,5 milyon insanın ölümünə səbəb olur. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri 194 ölkənin 200-2021-ci illəri əhatə edən məlumatlarını təhli
08.06.2026 270 NATO Rusiyanın yönləndirdiyi PUA-nı vurdu - Bu ölkənin səmasında
Bu gün səhər NATO aviasiyası Latviya ərazisinə daxil olan xarici dövlətə aid PUA-nı zərərsizləşdirib. "AzPolitika" xəbər verir ki, Latviya tərəfinin bu insidentlə bağlı açıqlaması xarici KİV-də yayımlanıb. Məlumatda deyilir ki, alyansın hava qüvvələri Rusiyanın elektron müharibə sistemlərində
08.06.2026 245 Telefonuna zəng gəldi, kartından 7000 manat çıxarıldı (VİDEO)
Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduzlar vətəndaşın kredit kartından 6800 manat pul çıxarıblar. Hadisə Qobustan rayon sakini Şöhrət Zaidovun başına gəlib. "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, telefonuna zəng edilib və kart hesabına kənar müdaxil
12:36 177 Mirzoyan: Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş gözləyirik
Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşacağına ümid edir. xəbər verir ki, bu barədə Ararat Mirzoyan parlamentdə keçirilən daimi komitələrin birgə iclasında çıxışı zamanı danışıb. Məlumatı Armenpress yayıb. Ermənistanın xarici işlər naziri bildirib ki, yaxın gələcəkdə Ankara ilə münasibətləri
10:37 142 İran İsrailə cavab zərbələri endirdiyini açıqlayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailin neft-kimya obyektlərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq zərbələr endirdiyini bəyan edib və İsraili İslam Respublikası ərazisinə yönələn hücumların ağır nəticələri barədə xəbərdar edib. xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bəyanatd
10:31 131 Məktəblərdə "TikTok"a məhdudiyyət: Təhsil mühitinin qorunmasına yönələn mühüm addım
"Azərbaycan təhsilinin və gənc nəslin mənəvi formalaşmasının qarşısında duran əsas vəzifələrdən biri məktəb mühitini zərərli və diqqəti yayındıran təsirlərdən qorumaqdır. Bu baxımdan, təhsil müəssisələrində ümumi internet şəbəkəsi üzərindən "TikTok" sosial platformasına girişin məhdudlaşdırılmas
12:12 150