Ulvira Qarayeva ikinci dəfə bıçaqlanan əri haqqında danışdı
Yanvarın 10-dan 11-nə keçən gecə bıçaqlanan və ötən gecə yenidən eyni hadisə ilə üzləşən teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı, meyxanaçı Tərlan Dağlının (Mustafayev) başına gələnlər gündəmdə olan xəbərlərə başçılıq edir.
Ulvira, həyat yoldaşının hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə olduğunu təsdiqləyib, baş verənlərə belə münasibət bildirdi:
"Biz Tərlanla yanvarının 10-dan etibarən bir yerdə yaşamırıq. Onun aramsız xahişlərinə baxmayaraq, yenidən barışmaq kimi niyyətim yoxdur. Sadəcə, insani borcumu yerinə yetirdim və birinci dəfə bıçaqlananda yanında oldum. Olub ki, yarasının sarğısını belə özüm dəyişmişəm. Psixoloji dəstəyim də öz yerində. Həyatını davam etdirməsi üçün əlimdən gələni etmişəm. Hətta tikişləri sökülmüşdü və həkimlər təsdiqləyərlər ki, mən onu yenidən xəstəxanaya aparmışdım. Ayaqüstə qalxması üçün bacardığımı etdim.
Bədənindəki tikişlər ötən həftənin dördüncü günü sökülməli idi. Dünən mənə zəng etdi ki, xəstəxanaya onunla gedim. Mən isə anamla bəzi işlərimizi həll etmək üçün gedəcəyimi deyib, razı olmadım. Hadisənin baş verməsini bu səhər işə gedəndə saytlardan oxudum. Nə deyim, əlimdən gələni etdim onun üçün. Təkrarçılıq kimi çıxmasın, o məni qaytarmaq üçün bütün yollara əl atmağa hazırdır. Başa düşmək istəmir ki, canına qəsd etməklə mənimlə barışa bilməyəcək".
Ağır vəziyyətdə xəstəxanaya gətirilmiş T.Mustafayevin bıçaqlanmasının ilkin səbəbi məlum olub. 1 saylı Şəhər Xəstəxanasından Milli.Az-a verilən məlumata görə, yaralı həkimlərə özünün özünə xəsarət yetirdiyini deyib.
Hazırda hüquq-mühafizə orqanları T.Mustafayevin ifadəsinin düzgün olub-olmamasını yoxlayır.
Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, meyxanaçı Tərlan Mustafayev (Dağlı) ötən gecə qarın nahiyəsindən bıçaqlanıb və xəstəxanaya gətirilib.
O, reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsindən Mustafayevin bıçaqlandığını təsdiqləyiblər.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Xatırladaq ki, Mustafayev iki həftə öncə də bıçaqlanmışdı.Bu hadisənin də kim tərəfindən törədildiyi hələlik məlum deyil.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 18357 Tarix: 23 yanvar 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızının ad gününü belə təbrik etdi
Müğənni İbrahim Borçalı qızı Aysu ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu deyib. Borçalı paylaşımına "Hər şeyim, ürəyim, yaşamaq həvəsim, ad günün mübarək. Həyatda xoşbəxt yaşa" sözlərini yazıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib
10:26 140 Zooparkla "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilir
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvana
10:57 82 İtaliyada bunları etmək olmaz - turistlər üçün vacib qaydalar
Bu yaxınlarda beynəlxalq mediada maraqlı bir hadisə geniş müzakirə olunub. Bir qadın restoranda yeməklə birlikdə ona pulsuz kran suyu verilmədiyi üçün İtaliyadakı bir oteli məhkəməyə verib. Lakin məhkəmə otelin xeyrinə qərar çıxarıb. xarici KİV-ə istinadən xəbər verir ki, qərarın ədalətli olub-olmamas
10.06.2026 238 Psixoloq: "Bizdə insanlar yuvadan uçmağı öyrənmirlər" - VİDEOMÜSAHİBƏ
Klinik psixoloq Şirin Məmmədli -ın "Həftənin qonağı" layihəsinə müsahibə verib. xəbər verir ki, psixoloq müsahibə zamanı cəmiyyətdə fərdin müstəqilliyi və ailədaxili münasibətlər barədə fikirlərini bölüşüb:. "Burada əsas məsələ odur ki, bizdə insanlar yuvadan uçmağı öyrənmir. Yəni si
10.06.2026 241 Məşhur müğənniyə 13 qadından təcavüz İTTİHAMI
Məşhur fransız müğənni və aktyor Patrik Bryuel 13 qadına təcavüzdə ittiham olunub. xarici KİV-ə istinadla xəbər verir ki, nhazırda Parisdə Patrik Bryuellə bağlı istintaq aparılır. Bildirilir ki, azı 13 qadın ifaçını cinsi xarakterli cinayətlərdə ittiham edib. İddialara əsasən, bu hadisələr 1997-2012-c
10.06.2026 352 Emiliano Martines "Yuventus"a keçəcək
Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək. -ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq. Emiliano Martines 2020-c
10.06.2026 220 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşını
10.06.2026 267 Hamıya MƏSLƏHƏT: Həftədə bir dəfə açıq havada yemək yeyin
Psixoloqların fikrincə, həftədə cəmi bir axşam yeməyini evdən kənarda keçirmək həddindən artıq yüklənmiş sinir sisteminin rahatlamasına, beynin isə daimi gərginlik və səfərbərlik rejimindən çıxaraq dərin sakitlik vəziyyətinə keçməsinə kömək edir. Burada söhbət ideal və filmlərdəki kimi piknik mənzərəs
10.06.2026 234 Brüsseldən Tbilisiyə ultimatum: "Rusiyaya qarşı sanksiya tətbiq edin!"
Avropa İttifaqı (Aİ) rəsmi Tbilisinin qarşısında Gürcüstan vətəndaşları üçün tətbiq edilən vizasız gediş-gəliş rejiminin qorunub saxlanılması müqabilində Rusiya Federasiyasına qarşı rəsmi sanksiyalar tətbiq etmək şərtini qoyub. Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalv
10.06.2026 226