Doğuşdan sonrakı depresiyanı necə aradan qaldırmaq olar

Doğuşdan sonrakı depresiyanı necə aradan qaldırmaq olarArtıq ANA olmusunuz, amma sanki nə isə çatışmır, hər şeyə narahat olur, acıqlanır, hər dəqiqə ağlamaq və özünə güvənsizlik hissi yaranır. Hətta elə anlar olur ki, dünyaya min bir əziyyətlə gətirdiyin uşağı günahlandırmağa başlayırsınız ki, hər şeyin günahkarı heç bir günahı olmayan balaca körpənizdir. Bu doğuşdan sonrakı depressiyadır. Bunu demək olar ki, ana olan qadınların çoxu yaşayır, lakin cəmiyyətimizdə qınanılacağından qorxaraq əksəriyyət qadınlar bunu özü-özünə belə etiraf etməyə çəkinir. Əslində yeni ana olmuş qadını hər cürə mənəvi dəstəkləmək əvəzinə qınamağa başlayırlar, amma bu 9 ay gözlədiyi körpəsinin dünyaya gəlməyini hamıdan çox istəyir və ona canla-başla baxır, lakin artıq aylardır yüklənmiş bədən və üstəlik doğuş zamanı keçirdiyi stress ananın uşağa istədiyi kimi baxmağa mane olur, yuxusuz gecələr, uşağın ağlamağı onu bu stress vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Evdə də ananın bu vəziyyətini başa düşülmürsə, qadın daha da özünə güvənini itirir, axı aylardır çəkdiyi əziyyət onu da yormuş və onun da qayğıya ehtiyacı vardır.

Əsasən doğuşdan sonrakı depressiyanın 3 tipi vardır:

1) Doğuş qurtarandan sonra bir neçə sutka ərzində olur. Bu zaman qadın özünü güvənsiz, aciz hiss edir, davamlı olaraq qadını ağlamaq və qorxu hisləri bürüyür.

2) Yüngül formalı depressiya - bu bir neçə gündən bir həftəyə qədər davam edə bilər, tənhalıq, köməksizlik və qorxu hissləri ilə müşahidə olunur.

3)Xroniki depressiya - bu doğuşdan sonrakı ilk 3 aydan 1 ilə qədər, hətta ağır hallarda 3-4 ilə qədər davam edə bilər. Bu zaman ən adi işlərin görülməsi mümkünsüz və dözülməz olur, qadın davamlı olaraq həyəcan və qorxu içində yaşayır.

Bəs nə etməliyik ki bu vəziyyətdən tez bir zamanda qurtulaq və uşağa lazımınca diqqət yetirək:

1. Deməli, ana olduğunuz andan başlayaraq siz əvvəllər öyrəşdiyiniz həyat tərzindən çox uzaqlaşırsınız, heç nə əvvəlki kimi olmur, məsələn ən sevdiyiniz filmi və yaxud verilişi izləyə bilmirsiniz, buna nə imkanınız, nə də vaxtınız çatır. Ən yaxşı iş görə-görə radionu açın və musiqiyə qulaq asın, xəbərləri dinləyin. Bu yolla ən azından dünyada baş verən hadisələrdən xəbərdar olarsınız. Həm musiqi dinlədikcə əsəbləriniz sakitləşər, eyni zamanda gördüyünüz işlər də əyləncəli olar.

2. Çalışın sizin üçün ən vacib olan işləri görəsiniz, çünki evinizdə əvvəlki ideal təmizliyinizi saxlamağa sizin sadəcə olaraq gücünüz çatmayacaq. Düşünün ki, evin bu vəziyyəti müvəqqətidir, indi siz bütün enerjinizi və gücünüzü uşaq üçün sərf etməlisiniz, çünki onun daha çox sizə ehtiyacı var, bunu unutmayın.

3. Unutmayın ki, hərdən siz də özünüzə vaxt ayırmalı, salona getməli, üzünüzə saçınıza qulluq etməli, mağazaları gəzib alış-veriş etməyə ehtiyacınız var. Bunun üçün yaxınlarınızın birindən kömək istəməkdən heç də çəkinməyin, onlar böyük məmnuniyyətlə 1-2 saatlıq körpəyə baxmaqdan zövq alacaqlar.

4. Sizin üçün ən vacibi həm də dincəlməkdir. Çalışın özünüz üçün yuxu saatları müəyyən edin, yaxşısı budur bu gündüz vaxtlarına təsadüf etsin. Körpə yatmışkən siz də yatın. Sadəcə olaraq gözünüzü yumun və heç kimlə söhbət etməməyə çalışın, dincəlin. Kofeyin tərkibli içkiləri içməyin bu əsəbililiyi artırır.

5. Uşaq yatmışikən kitab oxuyun, bu ananın fikrini yayındırıb və əsəbi vəziyyətdən çıxarmağa kömək edəcək.

6. Vanna qəbul edin, telefonu söndürün, gimnastikayla məşğul olun. Bu sizin hamiləlik və doğuşdan sonra korlanmış bədən formanızın yenidən bərpa olunmasına kömək edəcək.

7. Uşaqla gəzintiyə çıxan zaman yaxşı geyinin, saçlarınızı düzəldin, kosmetikadan istifadə edin. Bu sizə əvvəlki güvəninizi qaytarmağa kömək edəcək. Yolda dost-tanışlarla rastlaşdınız zaman sizi yaxşı vəziyyətdə görüb doğuşdan sonra gözəlləşdiyinizi söylədikləri zaman özünüzə güvəniniz yenidən bərpa olunmağa başlayacaq…

UNUTMAYİN!!!

ÖZÜNÜZÜ YAXŞI ƏHVAL-RUHİYYƏDƏ KÖKLƏYİN.
DÜŞÜNÜRSÜZ Kİ, UŞAQLARI OLMAYAN YAXINLARINIZIN HƏYATLARI ÇOX ASANDIR? AMMA ONLAR BAŞLARINI NE ILƏ QATACAQLARINI BİLMİRLƏR, AMMA SİZ BALACA KÖRPƏNİZLƏ HEÇ DARIXMIRSIZ. KÖRPƏNİZ SİZİN MÖCÜZƏNİZDİR, BUNU UNUTMAYIN VƏ ONUNLA ÖZÜNÜZÜ XOŞBƏXT HİSS ETMƏYƏ ÇALIŞIN VƏ BU SİZDƏ ALINACAQ GÖRƏCƏKSİNİZ!!!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4509   Tarix: 25 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

TOP MP3