• Sübh namazı 06:13
  • Gün çıxma vaxtı 07:23
  • Zöhr namazı 12:58
  • Əsr namazı 16:23
  • Axşam namazı 18:38
  • İşa namazı 19:55
 Bakı
  • Gündüz +6
  • Gecə +1
AZN məzənnəsi
USD
0.7864
EUR
1.0402
RUR
0.0264

Zirəddin Rzayev: "Fəlakətlər görürəm"



Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Ekstrasensin ötən ilin dekabrında Azərbaycan mətbuatına verdiyi 2012-ci illə bağlı "qanlı" proqnozlarla dolu olan son müsahibəsi də xüsusilə yaddaqalan oldu. Biz də həmin proqnozlardakı maraqlı məqamları nəzərə alaraq ondan qəzetimizə daha ətraflı danışmasını xahiş etdik. Beləliklə, yeni ildə ilk müsahibəsini "Ekspress"ə verən Z.Rzayevin nələrdən danışdığını bilmək istəyirsinizsə, müsahibəni oxumağınız yetər...

- Bu il üçün çox bədbin proqnozlar səsləndirmisiniz. Doğrudanmı, dediyiniz kimi, "2012-ci il qanlı il" olacaq?

- Mən verdiyim proqnozlarla qorxu yaratmaq istəmirəm. Bəzən yanlış yanaşmalara görə ümumiyyətlə proqnoz vermək istəmirəm. Ancaq deməyəndə də haqqımda başqa cür düşünürlər. Bəli, mən yenə də deyirəm ki, bu il o qədər də rahat keçməyəcək, xoşməramlı olmayacaq. Daha başqaları kimi iddia etmirəm ki, "bu il dünyanın sonudur, qiyamət günü olacaq". Əslində, mən həmişə belə iddialara qarşı olmuşam. Mənim konkret gördüyüm, dediyim budur ki, 2012-ci il aqressiv ildir, çoxlu müharibələr, münaqişələr gözlənilir, böyük dağıntılara səbəb olacaq zəlzələlər, təbii fəlakətlər görürəm. Ona görə də bütövlükdə 2012-ci il qanlı il sayıla bilər, əsasən də, Cənubi Amerika, Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliyanı təbii fəlakətlər gözləyir. Şimali Amerikanın cənubunda qasırğa və izahını verə bilmədiyim qırmızı işıq görürəm.

Mənim gördüklərimin əksəriyyəti artıq öz təsdiqini tapır. Məsələn, Yaponiyada böyük fəlakətə səbəb olacaq sunaminin və bu ölkənin şərq hissəsində zəlzələlərin olacağı ilə bağlı verdiyim proqnozlar özünü çox gözlətmədi. Eləcə də proqnozlarımın birində İranın paytaxtında partlayış olacağını gördüyümü demişdim. Məlum olduğu kimi, bu yaxınlarda Tehranda törədilmiş qanlı terror nəticəsində İranın məşhur nüvə alimi Mustafa Əhmədi Rövşən və daha bir nəfər həlak oldu.

Mən bu siyahını uzatmaq istəmirəm, çünki artıq bu barədə mətbuatda dəfələrlə yazılıb. Amma onu bir daha təkrarlamaq istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.

- Ötən il noyabrın 10-da 30 yaşınız tamam oldu. Əgər xatirinizdədirsə, ad günündən bir gün əvvəl sizinlə Moskvada görüşmüşdük. Yubiley münasibətilə sizi təbrik edəndə yarızarafat, yarıciddi dediniz ki, "qanımı qaraldırsınız, ad günlərim mənimçün ən qəmli anlarımdan biridir". Amma bunun niyə belə olduğu barədə sualıma o zaman cavab verməmişdiniz. Bəlkə indi bu barədə danışasınız?

- Doğrudan da, mən öz ad günümü sevmirəm. Amma ötən il yubiley olduğu üçün məni ad günümü keçirməyə dostlarım məcbur elədilər. Mən də onların sözünü yerə salmadım, Moskvanın məşhur klublarının birində Rusiyanın tanınmış şou-biznes nümayəndələri ilə birlikdə və dostlarımın əhatəsində yubileyimi qeyd etdik.

- Eşitdiyimə görə, ad gününüzə 60-a yaxın xarici telejurnalist, KİV nümayəndəsi qatılıb. Onları özünüz dəvət eləmişdiniz, yoxsa özləri xəbər tutub gəlmişdilər?

- Onlar məni öz verilişlərinə dəvət eləmiş şəxslər idi, televiziya işçiləriydi. Yəni məni tanıyanlardı, xəbər tutmuşdular ki, ad günümdür, gəlmişdilər. Həmin gün onların gəlişinə görə içimdə böyük bir həyəcan yaşadım, görəsən, qonaqları yerləşdirə biləcəyəmmi. Şükürlər ilsun ki, hər şey ürəyimcə oldu. Sualınızın əsas mabədinə - ad günümlə bağlı qanımın qaralması məsələsinə gəlincə, bunun səbəbi var. Mən hər günümə, dəqiqəmə qiymət verən, yaşamağı ürəkdən sevən insanam. Həyatda baş verən proseslərə yanaşmada mənim özümün şəxsi fəlsəfəm var: ad günüm məni həm qocaldır, həm də ölümə bir addım yaxınlaşdırır. Ona görə qanım qaralır, sevmirəm ad günümü.

- Deməli, 30 yaşı qocalıq hesab edirsiniz?

- Mənimçün hə, qocalıq saymaq olar.

- Belə qərara gəlməyinizin səbəbi nədir?

- Çətin sualdır. Bu suala cavab vermək istəmirəm.

- Bir vaxtlar uzun yaşamayacağınızı demişdiniz. Bəlkə ad günlərinizdə qəmgin olmağınız bundan dolayıdır?

- Açıq desəm hə, onunla bağlıdı. Ancaq bu barədə danışanda anam həddən artıq narahat olur, ağlayır. Ona görə bunu dilimə gətirmirəm.

- Deməli, siz öz gələcəyinizi görürsünüz?

- "Gələcəyimi görə bilmirəm" demək ekstrasens üçün acizlikdir. O sözü şarlatanlar ortaya atıblar ki, elmin qınağına tuş olmasınlar. Amma əslinə qalsa, Vanqa, Nostradamus və başqaları da öz gələcəklərini bilmişlər. Təbii ki, hər şeyi bilmək mümkün deyil. Bu, Tanrının istədiyi qədər mümkündür.

- Adama öz həyatının sonunu əvvəlcədən görməsi çox dəhşətli gəlir...

- Təbii ki, ağırdır. Amma mən sizə demədim ki, öz həyatımı bütünlüklə görürəm. Bir insanın həyatını tamlığıyla görmək mümkün deyil. Taleyimə aid müəyyən nüanslar var ki, onları görürəm. Bəziləri deyirlər ki, mən hər şeyi bilirəm: yerin altını da, üstünü də. Bu iddiadır, günahdır, haramdır. Bəyənilməyən bir fikirdir, insanda ikrah hissi doğurur. Ancaq elə şeylər var ki... Məsələn, həkimə demək olmaz ki, o, ölünü dirildir. Həkim hər şeyi edə bilir, amma çox şeyi edə bilmir. Bu nöqteyi-nəzərdən yanaşıram. Ona görə də mən öz taleyimlə bağlı hər şeyi yox, çox şeyi bilirəm.

- Bu mənada bəzən başqalarının da taleyini demək çətin olar, yəqin. Yəni elə şeylər olur ki, onu demək olmur adama...

- Məni fəaliyyətimdə ən çox incidən bu nüanslardır. Bəzən görürsən elə adamlar olur ki, hətta doğru olsa belə, onların barəsindəki ürəkaçmayan fikirləri deyə bilmirəm. Bəzən görürəm ki, insan hazır deyil bu cavabı eşitməyə, məcbur olub onu müxtəlif formalarda çatdırıram.

- Son aylar işlərinizdə, həyatınızda nə kimi dəyişikliklər baş verib?

- Oğlum Ruslanın 2 yaşına adlamasını saymasaq, həyatımda elə bir ciddi dəyişikliklər olmayıb. Ancaq şükür Allahın verdiyinə, ekstrasens kimi kömək elədiyim insanların duaları mənimçün yenilikdir, dəyişiklikdir. Bunlar məni sevindirir. Hər gün daha bir sevindirici xəbər almaq mənimçün xoşdur. İşimdə isə uğurlarım çoxdur...

- Bir ara ekstrasensliklə məşğul olmaq istəmədiyinizi, başqa sahə seçəcəyinizi bildirmişdiniz. Amma hələ də ekstrasens kimi fəaliyyət göstərirsiniz...

- Mənim belə bir iddiam var. İnşallah, müəyyən məqama çatandan sonra fikrim var ki, fəaliyyətimi məhdudlaşdırım. Ancaq tam imtina etmək fikrim yoxdur, fəaliyyətimi 90-95 faiz dayandırmaq istəyirəm. Ekstrasenslik mənimçün çox ağırdır, çətindir, həm mənəvi, həm də maddi cəhətdən. Ona görə də planlarım var, əgər o planları həyata keçirə bilsəm, ekstrasenslik fəaliyyətimi məhdudlaşdıracağam.

- Bəlkə bununla bağlı başqa səbəblər var? Məsələn, tutaq ki, ekstrasenslik eləməyə sizin daha əvvəlki enerjiniz qalmayıb...

- Əksinə, mən əvvəlki vaxtlarla müqayisədə özümü indi daha güclü, daha enerjili hiss edirəm. Əvvəllər çox müraciətlər olurdu, heç kimə imtina eləmirdim, hər yerə gedirdim. Amma indi elə deyil, artıq müəyyən qədər öz fəaliyyətimi qiymətləndirirəm, özümün qayğıma qalıram. Məhz bu baxımdan enerjim, istirahətim yerindədir. Bu da məni sevindirir.

- Demək, məşhur olandan sonra belə qərara gəlmisiniz?

- Deyərdim ki, ağıllanandan sonra belə bir qərara gəlmişəm. Çünki məşhurluq başqa şeydir. Ümumiyyətlə, hesab elədim ki, mənim ailəm var, uşaqlarım var, ona görə də özümü çox xərcləməməliyəm, məhv etməməliyəm. Hər bir şeyin bir həddi-hüdudu olduğu kimi, Zirəddin Rzayevin də özünün işləmə qabiliyyəti var. O, saat kimi bütün gecə və gündüzü fasiləsiz işləyə bilməz. Çalışıram ki, gecələr az təmasda olum, insanlarla az-az görüşüm. Amma əvvəllər elə olurdu ki, bəzən istirahət günləri də fəaliyyət göstərirdim, xahişlərə, müraciətlərə görə gecə saat 3-ə, 4-ə kimi işləyirdim. Artıq buna qadağa qoymuşam.

- Sizcə, ektrasenslik elmdir, yoxsa..?

- Ekstrasenslik əslində vergidir. Mənə görə, vergi insanın öz istəyi ilə əldə edə bilmədiyi bacarığa deyilir. Bu, şəxsən Zirəddin Rzayevin vergiyə verdiyi tərifdir. Vergi elm deyil, ancaq elm vergi deməkdir. Məsələn, Məhəmməd peyğəmbərin (s.ə.s) müəllimi, savadı olmamışdı. Ancaq gəlin görək, biz bu gün Peyğəmbəri alim adlandıra bilərikmi?

- Bildiklərinə görə, bəlkə də adlandırmaq olar...

- Təbii, çox məntiqi cavabdır. Peyğəmbərimizin müəllimi, savadı olmaya-olmaya, yetimliklə bu mərtəbəyə çatması, əlbəttə ki, ilahi vergiydi. Elm peyğəmbər deyil, ancaq peyğəmbər elmdir. Ona görə də, mən vergini elmdən kənar və elmin tərkibində məhdudlaşdıra bilmirəm. Fəlsəfi bir mübadilə var, elmlə ektrasensorikanın fəlsəfi mübadiləsi.

- Maraqlıdır, həyatınızın indiki mərhələsindən razısınız?

- Yox, konkret olaraq yox.

- Niyə?

- Çətin sualdır.

- Hər çətin sualın da bir cavabı var axı...

- Doğrudan, çətin sualdır, ümumiyyətlə, həyatımdan razı deyiləm. Məni bu həyata bağlayan, sevdirən təkcə ailəm, balalarımdır. Övladlarımı həyatımda nail olduğum ən böyük uğurlarım hesab edirəm.

- Bəs siz nəyi əldə etmək istəyirdiz ki, onu bu günədək əldə etmədiyinizdən belə narazısınız?

- Fəlsəfi bir cavab verəcəm sizə. Həyatda o zaman rahat olardım ki, indiki zamanədə yaşamazdım, başqa dünyada yaşayardım. Mən bir insan, bir Zirəddin kimi yaşadığımız bu dünyaya adaptasiya ola bilmirəm. Belə yaşamaq mənimçün çətindir.

- Demək istəyirsiniz ki, siz öz əsrinizdən tez doğulmusunuz, əslində 22-ci əsrdə doğulmalı idiniz?

- Nə deyim, bəlkə, doğrudan da belədir. Mən bu barədə daha heç nə demək istəmirəm.

- Sizin qabiliyyətinizə, ektrasenslik fəaliyyətinizə kölgə salan, əks fikirlər səsləndirən, sizə inanmayan, haqqınızda birmənalı düşünməyənlərə nə deyərdiniz?

- Sizə bir nümunə deyim: məsələn, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həm iqtidar, həm də müxalifət var və hər ikisi bir-birinin əksidirlər. Bu, normal haldır. Əgər bir ölkədə təkcə iqtidar olsaydı, müxalifət olmasaydı, yaxud da əksinə, bu, ədalətsizlik olardı. Bu mənada bu gün Zirəddin Rzayevə inananların olub, inanmayanların olmaması da ədalətsizlik, ilahi qanunauyğunluğa zidd olardı. Məni sevənlər də var, sevməyənlər də. Allah hamısının köməyi olsun. Axı, məni hamı ekstrasens kimi qəbul edə bilməz. Allahın özünə də inanmayanlar, inkar edənlər var.

Mən həmişə tənqidi normal, təhqiri aqressiya ilə qarşılayıram. Tənqid olmasa, inkişaf da olmaz. Həmişə tərif eşitsən, bu səni durğunluğa gətirib çıxarar. Ancaq söhbət Zirəddin Rzayevin şəxsiyyətindən, fəaliyyətindən gedirsə, mən məşğul olduğum sahədə öz sözümü demiş və möhürümü vurmuş olsam da, özümə, işimə kifayət qədər tənqidi yanaşan adamam. Hər gün öz-özümə tənqid dolu suallar ünvanlayıb, cavabını verirəm. Bir vaxtlar Lev Tolstoy da oxucularının adından özünə tənqidi məktublar yazarmış...

- Qarşıdakı illər üçün planlarınız nədir?

- Bir neçə ölkədən maraqlı təkliflər almışam, onların üzərində fikirləşirəm. Təkliflərdən biri Amerika şirkətlərindən gəlib. Həmin şirkət istəyir ki, gücümü onlara isbat eləyim, sonra birgə fəaliyyət göstərək. Bu yaxınlarda şirkətin nümayəndələri ilə növbəti dəfə görüşüb yekun qərar qəbul edəcəyəm.

- Maraqlı təklifdir, yəqin ki, təklif ekstrasenslik fəaliyyətinizlə bağlı olar?

- Bəli.

- Bir neçə il öncə sizə Almaniyadan da neftlə bağlı təklif eləmişdilər. Axırı necə oldu?

- Orada işlər çox yaxşı gedirdi, müsbət nəticələr də vardı. Çox təəssüf edirəm ki, 2 şirkət arasında yaranan konflikt bu işimizi axıradək davam etməyə imkan vermədi.
Paylaş:
Bölmə: Tanınmışlar Müəllif: hurrem Oxunub: 4723 Tarix: 28.01.2012
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Təşəkkür edənlər (4) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Şakira ispaniyalı futbolçu ilə sevişdiyini t.. Mehriban Əliyevanın bacısı qızının toyu
Penelope Cruz (Foto) Britney Spears və Rihannanın səhnə şousu
Fətəli Xan Xoyski Hürrem Sultan alış-verişdə
16 yaşında fırtına kimi əsdi Uitni Hyuston bu gün dəfn ediləcək
Ən seksual futbol azarkeşi - Fotosessiya Məşhurlar hansı məktəbdən məzun
Fikrini bildir !
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
kod1
Qısa məlumat
kod1
: qiymət: 0
Tarix: 15.02.2012 | # 60
Yalandı boş şeydi inanmayin gopluyurlar adm aldadirlar





 
angel787
Qısa məlumat
angel787
: qiymət: 0
Tarix: 03.02.2012 | # 59
sebrim catib axira qeder oxuya bilmedim.





 
Inci_
Qısa məlumat
Inci_
: qiymət: 0
Tarix: 01.02.2012 | # 58
hec birine inanmaq lazim deyil EN DOGRUSUN UCA ALLAH BILIR


RoMaNTiK_aTaNWiK
Qısa məlumat
RoMaNTiK_aTaNWiK
: qiymət: 0
Tarix: 31.01.2012 | # 57
allah aqil versin





 
_EDWARD_
Qısa məlumat
_EDWARD_
: qiymət: 0
Tarix: 30.01.2012 | # 56
hamisi yalandir





 
hurrem
Qısa məlumat
hurrem
: qiymət: 0
Tarix: 30.01.2012 | # 55
hec ozumde inanmiram





 
SamirM
Qısa məlumat
SamirM
: qiymət: 1
Tarix: 30.01.2012 | # 54
Gunah iwler bunun kimilere ve onlara baw qowanlara qalib da...Qeybi bilen Allahdi,guya bu ozu bilmirki?sadece nefsi zeifdi bu yolnan servet sahibi olmaq tutub gozderini kafirlerin...





 
4_DiVaR_1_SiQaR
Qısa məlumat
4_DiVaR_1_SiQaR
: qiymət: 1
Tarix: 30.01.2012 | # 53
Ala bu Zireddindi nedi bu Sheytana Qulluq eden Adamdi Men Bunu Samalyotdan Duwende Gordum Ki Canavar balasi Baxib Guya nese Hiss alir.. Canavar balasi Weytan dimekdi bezileri biler... Sora And Icimiwem Bu Zireddindi Zaurdu Showmen bulari gorsem ayaqimi Medesine Soxacam



Meni Seveni Heyatima,Sevmiyenin Heyatina Soxaram..!!


 
musluman
Qısa məlumat
musluman
: qiymət: 2
Tarix: 30.01.2012 | # 52
ALLAH QURANDA ACIQ AYDIN BILDIRIB KI,KIM KI CADU,FALCILIQ VE BU KIMI ISLERLE MESGUL OLURSA ONLAR ALLAHIN LENETINE DUCAR OLUBLAR,ONLAR ALLAHA SHIRK QOSHURLAR.BU ZIREDDINDI KIMI SHARLATAN ,SIZOFREIK{ONUN GOZLERINE BAXSAZ GORERSIZ KI,BAXISLARI HEC VAXT BIR YERE FIKSASIYA OLMUR,BU RUHI XESTELIYIN ELAMETIDI}INSANLAR BIRCE DEFE QURANI ACIB OXUSUN:SHUERA SURESI ,AYE 221-222-223.BIR DAHA DA HZ.MUHAMMED{S.A.V]IN ADINI KIRLI AGZINA ALSA ALLAH ONU BILDIYI KIMI ETSIN INSHAALLAH.


seva01
Qısa məlumat
seva01
: qiymət: 1
Tarix: 29.01.2012 | # 51
ZIREDDIN KIMDI KI NEDE FELAKETLER GORSUN ESEBLEWIREM EEE ZIREDDINI MEN WEYTANIN ADAMI KIMI GORURERM ONUNCNDA BOW BOW DANIWIQLARA QULAQ ASMAYIN,,, ALLAH OZU BILEN MESLEHETDI ALLAHIN IWINE GELIN QARIWMAYIN,,,ZEHLEM GEDIR BU ZIREDDINDEN FELAKETLER GORUR INDONEZIYA DA BAWQA OLKEDELERDE HALBUKI ORALAR ELE FELAKETLI OLAN ZONALARDI HE4 DEMEYEDE EHTIYAC YOXDUR ,,,BIR SOZLE WEYTANA UYMAYIN



Şərhlərdə etik normalara riayət etməsəniz saytdan qovulacaqsınız!

 
agilli
Qısa məlumat
agilli
: qiymət: 0
Tarix: 29.01.2012 | # 50
her sey allahin elindedi ozde zireddin demisdiki 2012-ci lde 3 dunya muharibesinin temeli qoyulacaq qoyuldu amma irandao ise demisdiki hindistanda





 
azerin
Qısa məlumat
azerin
: qiymət: 0
Tarix: 29.01.2012 | # 49
sebrim catib axira qeder oxuya bilmedim.


vetenperver
Qısa məlumat
vetenperver
: qiymət: 0
Tarix: 29.01.2012 | # 48
bir sey deyil rufa.dido111 duz dediniz





 
Rufa
Qısa məlumat
Rufa
: qiymət: 1
Tarix: 29.01.2012 | # 47
Men o Zireddine inanmamisam hec vaxtda inanmayacam..twk ay Vetenperver!!!





 
dido1111
Qısa məlumat
dido1111
: qiymət: 1
Tarix: 29.01.2012 | # 46
dunenden burdaki serhlere baxiram,ne qeder istedim yazmayim doze bilmedim.ay insanlar birincisi bu ekstrasensdi ne bilim falcidi nedi.bos seylerdi.Qurandada var Allahu Teala cehennemin bir qatini fala inanan ve onunla mesgul olanlarcun yaradib.bu gunahdi,men hetta ulduz falimi bele hec vaxt oxumuram cunki bele isler mene gulunc gelir,ne bilim geride qalmisliq kimi.Allah(c.c)insani yaradib,ona heyvandan ferqli olaraq agil verib ve bu dunyada heyatini secme sansi verib.oturub falcinin dediyini gozleyince calisinda.
zireddine gelende ondan nifret edirem,en azi ona gore ki,comedy club verlisine cixib verlisin yiyesi ermeni murdariyla can ciyer kimi danisdigina gore.ikincisi her hefte ru.tvnin dusuk qizlariynan oturub televizorda fala baxir.Azerbaycanli kisisine yarasan hereketdi bu?





 
vetenperver
Qısa məlumat
vetenperver
: qiymət: 0
Tarix: 29.01.2012 | # 45
ALA HAZAR ZIRETDIN BELE PIZDESDISE QARABAGI NEVAXT NECE ALINACAQ BUTOV AZERBAYCAN NEVAXT BIRLESECEK ONU DEQIQ DESIN DUZ CIXSA/CANLI VERLISDE ONUN QABAGINDA DIZ COKUB AYAGINDAN OPEREM,Rufa men tarix ve cograiyani cox sevirem.esasda maraqli insanlari.men demedim vanqaya inaniram yada nastradamusa.onlarin mehsur praqnozlari var idi puc oldu,SONUNCUDA KECEN ILIN DEKABIRINDE KONCA SVET DEMISDI ODA PUS OLDU!!!SONYA OZ PAYIMA DEYIREM ZIREDDIN VE ONUNKIMILERE INANANIN VAR YOXNE LENET.HAZAR YAMAN BOMBALIGDAN DANISIRSAN SENIN O ZIRETDININ VERGILER NAZIRINDE ISLEYIR.MOSKVADA NE QELET EDIBKI VETENCUN HEE IRANDA PARTLAYIS BOYUK SEY OLUB.BELEDEKI ONUN NOMRESIN BILMIREM ALA MEN NOMREM VER ONA VZV ATSIN ZENG EDIM94077788,dinden anlayisin olsaydi quranda yazilibki ALLAH cc harutla marutu cin emelin oyredib uhud dagina gonderdiki camaata oyretsin ama dedi boyuk gunahdi geleceyi deqiq men bilirem.o meleklerde camaata oyredende dediki oyrenmeseniz yaxsidi.UCA TANRI BUNUNLA SIZI SINAGA CEKIR.





 
ATU_AMU
Qısa məlumat
ATU_AMU
: qiymət: 0
Tarix: 29.01.2012 | # 44
H_A_Z_A_R__ ,biz soz deyib qacanlardan deyilik,men qiz olsamda onun uzune deyerem,cox boyuk adamdiha





 
aRzUwKa
Qısa məlumat
aRzUwKa
: qiymət: 0
Tarix: 29.01.2012 | # 43
Duzu men hec bir ektrosense inanmiram!





 
ATU_AMU
Qısa məlumat
ATU_AMU
: qiymət: 4
Tarix: 29.01.2012 | # 42
birincisi burda ne heckim burda ne ozunu gostermir ne de ki inanir,men inanmiramsa bu menim sexsi fikrimi soyleyirem ve heckime ixtiyar vermemisemki menim fikrimde nese pricina tutsun,besdirinda oz fikrin var yazda senin yazdigin serhe nese deyirem ilismeyinde mene de.beledeki inanmiram eceb eliyirem inanirsan Zirredin orda sen orda ozun bilersen,ozun inanirsan bizden ne isteyirsen.





 
sonya
Qısa məlumat
sonya
: qiymət: 1
Tarix: 29.01.2012 | # 41
XAHIW EDIREM INANMIRAM DEMEYIN HAMIDA INANIRDA YERI GELENDE BURDA KI IWTIRAKCILARIN COXUDA GEDIB BAXTIRIRLARDA OZDERINE AMA YALANAN OZDERINI GOSTERIRLER KI INANMIRIQ...COXXX GOZEL INANIRSIZDA GEDIRSIZDE..





 
[ 1 | 2 | 3 ] [>>]
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.

SAYTA GİRİŞ
Bölmələr
DİLMANC
Reklam