![]() Big.az-ın Day.Az saytına istinadən bildirir ki, bu dəfə müğənnilər Rəqsanə İsmayılova və Xuraman Şuşalının sözləri çəp gəlib. Mübahisəyə səbəb isə Rəqsanənin Rostovda verdiyi, amma pulunu ala bilmədiyi konsert barədə gedən söz-söhbətlər olub. Belə ki, tədbirin təşkilatçıları Rəqsanənin hamının gözü qarşısında sevgilisilə öpüşməsini əsas gətirərək ona pul ödəməkdən imtina ediblər. Bu faktı Xuraman Şuşalı da təsdiqləyib: “Axı bunu insanların gözü qarşısında etmək olmaz. Bəli, istənilən kəs sevə, öpüşə bilər. Amma ölçünü gözləmək lazımdır. Əgər bunu mən etsəydim, bu barədə ancaq mən bilərdim. Mən Rostovda olanda mənə həmin şəkilləri göstərdilər. Başa düşmürəm, nəyə görə belə hərəkət etmək lazım idi ki, indi də onu hamı müzakirə eləsin? Mən də orada konsert verdim, mənə 8 min ödədilər, çünki çıxışım hamının xoşuna gəldi. Mən həmişə özümü xanım kimi aparmışam, ona görə də öz pullarımı almışam. İndi Rəqsanənin reklamı o qədər aşağı səviyyədədir ki, mən o həddə enmək istəmirəm. Çünki indi onun haqqında hamı pis danışır. Xalq hər şeyi görür və bilir”. Rəqsanə də öz növbəsində həmkarının sözlərini cavabsız qoymayıb və iddia edib ki, “əgər Xuraman o şəkilləri görübsə, qoy göstərsin”: “Hətta öpüşmüşəmsə də, yaxşı eləmişəm, kimə nə? Guya ki, o özü ömründə heç kimlə öpüşməyib? Mən konsertdə çıxış etmişəm və mənə qonorarımı ödəməyiblər. Bu səbəbdən də haqqımda xoşagəlməz şayiələr uydurublar. Xuraman mənim hesabıma özünü reklam edir. Əgər mən bir belə pis idimsə, niyə mənimlə birlikdə efirə çıxırdı? İmtina edərdi də. Mən heç bir pis iş görməmişəm, qızımı müdafiə etmişəm. Kim bilir, sabah Xuramanın başına nə gələcək? Səviyyəcə mən ondan üstünəm, çünki mən oxuyan səhnələrə o heç vaxt çıxmayıb”. |














USD: 0.7858
EUR: 1.0053
RUR: 0.0252
GBP: 1.2441
GEL: 0.4848
IRR: 0.0064

