Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)

Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)"Baku Crystal Hall"un bünovrəsinin tikintisinə avqustun ortalarında başladıq. Bu işlər sentyabrın sonunda başa çatdı və oktyabr ayında quraşdırma işlərinə başladıq. Hazırda zalın və damın quraşdırılması başa çatıb", - bunu Trend-ə müsahibəsində "Baku Crystal Hall"un tikintisini həyata keçirən "ALPINE Bau Germany AG" şirkətinin texniki direktoru Günter Vihinq deyib.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq. Yeni tikilən "Baku Crystal Hall" 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcək.

Vihinqin sözlərinə görə, hazırda şirkət kompleksin örtük işlərini həyata keçirir və fasadın işıqlandırılması üzərində işlərə başlayıb. O, həmçinin qeyd edib ki, zalın içərisində mexaniki və elektrik işləri, istilik və ventilyasiya sisteminin, kondisionerlərin quraşdırılması üzrə işlərə də başlanıb.

Vihinq bildirib ki, məkan may ayına qədər tam hazır olacaq. Əsas işlər mart ayının sonuna, qalan işlər isə aprelin ortalarına qədər başa çatacaq.

"Aprelin ortalarında "Brainpool GMBH" şirkəti işıqların və səhnənin quraşdırılmasına başlayacaq", - o deyib.

"ALPINE Bau Germany AG" şirkətinin layihə üzrə tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətinin planlaşdırma işləri üzrə direktoru Rayner Kventser isə bildirib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.
O, qeyd edib ki, "Baku Crystal Hall"un fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq.

"Fasad üzərində müxtəlif rənglərdə 45 minə yaxın işıq çalarları olacaq. Fasad özü də şou üçün istifadə olunacaq", - Kventser deyib.

O vurğulayıb ki, dizayn işləri Avropa Yayım Birliyinin tələblərinə uyğun həyata keçiriləcək.

Mayın 22-si və 24-də Bakıda "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6976   Tarix: 12 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsind

12.06.2026 263
.

Yeməkdən sonra oturmamaq lazımdır - endokrinoloq danışdı

Qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağın ən sadə yollarından biri yeməkdən sonra qısa gəzintiyə çıxmaqdır. Endokrinoloqlar bildirirlər ki, yeməkdən dərhal sonra hərəkət etmək qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir. xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ı

12.06.2026 268
.

Qızıl yeni rekord həddə yaxınlaşır

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 2,42% artaraq 4 213,4 ABŞ dollarına yüksəlib. Birjada gümü

12.06.2026 289
.

Yenidən barışdılar

Türkiyəli aktrisa Rabia Soytürk memar sevgilisi Samet Vuruşanla yenidən barışıb. Axşam.az xəbər verir ki, cütlük Bebekdə görüntülənib. Onların münasibətlərinə yenidən şans verdiyi ortaya çıxıb. Qeyd edək ki, Rabia hazırda "Teşkilat" serialında rol alır. Cütlük bir müddət əvvəl evlilik qərar

12.06.2026 348
.

Səfir: Azərbaycan 630 ukraynalı uşağa reabilitasiya xidmətləri göstərib

Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Qəhrəman uşaqlar" şüarı ad

16:30 0
.

Beren Saat və Kenan Doğulu barədə QƏRAR VERİLDİ

Türkiyədə narkotik istifadəsi şübhəsi ilə saxlanılan 23 məhşurdan 10-u bu gün hakim qarşısına çıxarılacaq. "Yeni Sabah" xəbər verir ki, bunlar Tolga Çam, Ferhan Kaya, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazerdir

12.06.2026 477
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

15:40 79
.

İsrailin şimalında dron hücumu siqnalizasiyası işə düşüb

Şənbə günü səhər Metula və Misqav Am şəhərlərində dron müdaxilələri barədə siqnalizasiya sistemi işə salınıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri hücumun təfərrüatlarının araşdırıldığını bildirib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:29 185
.

İsrail ordusu Hizbullahın 300-dən çox obyektinə zərbə endirib, beş Qəzza terrorçusunu öldürüb və Qərb Şəriyəsində 50 şübhəlini həbs edib

İsrail Müdafiə Qüvvələri İsrailin şərq və qərb sərhədləri boyunca qaçaqmalçılığa qarşı mübarizə aparır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, cümə günü ordu bildirib ki, son bir həftə ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah, Qəzza zolağı və Qərb sahilindən gələ

12.06.2026 227
.

TOP MP3