Yol polisi qaydanı pozmuş sürücüləri necə xəbərdar etməlidir?
Sürücülərə radarlar və kameralar vasitəsilə qeydə alınmış qayda pozuntuları ilə yol polisi tərəfindən zənglər edilir. Milli.Az-ın məlumatına görə, yol polisi tərəfindən edilmiş zənglərlə sürücülər yol verdiyi qayda pozuntuları ilə əlaqədar yol polisi orqanına çağırılır. Bəzi sürücülər isə həmin zənglərə məhəl qoymayaraq çağırışlara getmir, yaşadığı ünvana yazılı surətdə məktub gəlməsini gözləyirlər.
Yol polisi qayda pozuntusu ilə əlaqədar sürücüyə zəng edə bilərmi? Sürücüyə bildirişlər telefon vasitəsilə, yoxsa məktubla edilməlidir?
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, inzibati xəta törətmiş vətəndaşlara yol polisi tərəfindən telefon vasitəsilə xəbərdar edilməsi əsasən pasport qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərlqi olanda edilir.
Şöbə rəisi bunu vətəndaşın operativ şəkildə yol polisinə çağırılmasını təmin etmək üçün atılmış addım hesab edir: "Burada söhbət inzibati xətanın törədilməsi ilə bağlı vətəndaşı məlumatlandırmaqdan gedir. Bəzən vətəndaşın pasport qeydiyyatı başqa, yaşadığı yer isə başqa olur. Həmin vətəndaşın qeydiyyatda olduğu yerə bildiriş göndərilir. Ola bilsin ki, vətəndaş həmin ünvanda yaşamadığından bildirişi almır və ya bilərəkdən deyə bilər ki, ümumiyyətlə, bildiriş almamışam. Bu zaman vətəndaşın yaşadığı evin telefonuna və ya mobil telefonuna zəng edərək məlumat verilir. Xəbərdarlıq edilir ki, törətdiyi inzibati xətaya hansı yerdə baxılır. Vətəndaşın zəngə etiraz edib, yazılı bildiriş tələb etməsi düzgün deyil".
K.Əliyev xəbərdarlığın yazılı və ya telefonla olmasında heç bir fərq görmür: "Əgər vətəndaş edilən zəngdən şübhələnərsə, inanmırsa, ona zəng edən şəxsdən rəhbərliyin telefonunu alıb dəqiqləşdirə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5031 Tarix: 05 mart 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233