Kərim oğul atası olmağa hazırlaşır

Kərim oğul atası olmağa hazırlaşır

"Təranə 2-3 gün əvvəl qız pərəstişkarlarımla, xanım həmkarlarımla olan şəkillərimi cırıb atdı"
Kərim oğul atası olmağa hazırlaşırBarəsində dedi-qodular səngimək bilməyən, sənəti ilə çoxlarına varlığını sübut etməyi bacaran gənc müğənni Kərim tezliklə ata olmağa hazırlaşır. O, ailədə çox xoşbəxt olduğunu bildirərək bunun sənətinə də sirayət etdiyini bildirir. Lakin başı çox müsibətlər çəkdiyindən gözdən-nəfsdən qorxduğunu dilə gətirir: "İnanın, gözdən-nəfsdən qorxuram. 2 dəfə bu barədə açıqlama verdim, müəyyən səbəblərə görə uşaq tələf oldu. İnşallah, oğlum olacaq. Allah qoysa, ilk dəfə sizə açıqlama verəcəm. Bizdə ancaq oğlan uşağı olur. Ona görə də oğul atası olacağıma əminəm". Oxumeni.az-a şəxsi həyatı barədə açıqlama verən Kərim bəzi sirlərini də bizimlə bölüşdü: "Təranə məni dəhşət qısqanır. Facebook-da qızların hamısını dostluqdan silib. Xanım pərəstişkarlarım zəng edəndə istər-istəməz menecerim cavab verməli olur. Qısqanclıq zəminində tez-tez aramızda söz-söhbət düşür. Çünki bir-birimizi çox sevirik. Subay olanda qızlarla səmimi şəkillər çəkdirirdim. İndi bunlara son qoymuşam, şəkildə rəsmi görünməyə çalışıram. 2-3 gün əvvəl qız pərəstişkarlarımla, xanım həmkarlarımla olan şəkillərimi cırıb atdı. Mən onu başa düşürəm, sevən mütləq qısqanmalıdır. Mən də onu qısqanıram. Həyat yoldaşım ali savadlıdır, evinin xanımıdır. Hələlik istəmirəm işləsin. İnşallah, uşağın 2-3 yaşı olar, işə düzəldərəm, işləyər". Həyat yoldaşının qayğıkeşliyindən ağızdolusu danışan müğənni bizim vasitəmizlə ona təşəkkür etməyi də unutmadı: "O, mənim qulluğumda durur, mən də onun. Təsəvvür edin ki, ayağımı yerə qoyan kimi həyat yoldaşım başmaq gətirir. Fürsətdən istifadə edib həyat yoldaşımı, həyatımın mənasını bayram münasibəti ilə təbrik edirəm, hər şeyə görə ona çox sağ ol deyirəm".

Sonda Təranə xanıma duyduğu məhəbbətini əməli surətdə sübut etdiyini deyən Kərim maraqlı bir hadisəyə toxundu: "7 ay nişanlı ola-ola bilərəkdən ANS-in "Toy olsun" verilişinə iştirakçı qismində çıxmışdım. Proqram ərzində 3800 qız mənə talib oldu. Çoxları anası ilə gəlmişdi. Mən də həyat yoldaşıma isbat etdim ki, başqasını yox, məhz onu sevirəm!"

Deyirlər: "kədər bölüşəndə azalır, sevinc paylaşanda artır". İnşallah, Kərimin evində də artım gözlənilir. Ümidvaram ki, bu artım onun sevinc silsiləsində ilk addım olacaq...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5626   Tarix: 20 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 601
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1244
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 4552
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 0
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 501
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 581
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1065
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 0
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1478