"Oğlum təcridxanada özünü öldürmək istədi"

Polis vəhşiliyinin qurbanı olan Cəlilabad sakininin anası «Azadlıq»a danışdı

Azadlıq.info-nun verdiyi xəbərə görə Cəlilabad polisinin qanunsuz olaraq həbs etdiyi Əfqan Əsgərovun anası "Azadlıq"a danışıb. Solmaz Əsgərova bu il martın 10-da oğlunun mobil telefonuna polis əməkdaşlarının zəng vurduğunu deyir: "Polislər oğlumla görüşüb söhbət eləmək istəyində olduqlarını bildirdilər.
Həmin gün saat 14 radələrində Cəlilabad şəhər mərkəzi istirahət parkındakı çayxanada 2 polis əməkdaşı ilə görüşən Əfqandan şəxsi ov tüfəngi olub-olmamasını soruşublar. Oğlum onlara bildirib ki, ov tüfəngi var və işlədiyi kəndli-fermer təsərrüfatında saxlanılır. Polislər Əfqana tüfəngi gətirib şöbəyə təhvil verməyi deyiblər. Oğlum tüfəngi gətirib və könüllü olaraq polislərə təhvil verib. Polislərdən biri Əfqana deyib ki, özü şöbəyə gedib tüfəngi təhvil versin. Çünki orada tərtib olunmuş protokola imza atmalıdı. Polis şöbəsinə gələn Əfqanı orada Oktay Rəhimov adlı polis mayoru dərhal həbs edərək Müvəqqəti Saxlama Təcridxanasına salıb".
Ana məktubunda yazır ki, oğlu 5 gün ərzində ailəsi ilə də görüşməyə icazə verilməyərək işgəncələrə məruz qalıb: "Ona təzyiqlər edilir. Buna dözməyən Əfqan Əsgərov çıxılmaz vəziyyətə düşür və intihara məcbur edilir. Əfqanla birgə Polis Şöbəsinin 1 saylı kamerasında saxlanılan şəxslərin hüquq müdafiəçilərinə verdikləri məlumatda qeyd edirlər ki, Əfqan Əsgərov cibindən alışqan çıxarıb onun uc hissəsində olan metal parçası ilə qarın nahiyəsinə və qollarına xəsarət yetirib. Bunu görən polislər təcili tibbi yardım maşını çağırırlar. Polis şöbəsinə getmiş həkimlər elə təcridxanada da Əfqan Əsgərovun yırtılmış qarın yarasına tikiş qoyurlar. Heç bir tibbi müalicə göstərilmədən, antisanitariyanın baş alıb getdiyi və heç bir tibbi şəraiti olmayan təcridxana kamerasında yarasına tikiş vurulmuş Əfqan Əsgərov qarın nahiyyəsində kobud şəkildə aparılmış əməliyyatdan sonra dəhşətli ağrılardan əziyyət çəkir. Onun ağrısına biganə qalan polis əməkdaşlarının yenidən həkim çağırmamasına və davam edən təzyiqlərə tab gətirməyən Əfqan Əsgərov yarasından qanaxmanın dayanmadığını görüb özünü itirir. Stress vəziyyətinə düşən Əfqan təcridxana şəraitində kobud şəkildə aparılmış əməliyyat zamanı edilmiş tikişləri sökərək özünü öldürmək istəyir, ancaq kamera yoldaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınır".
Martın 17-də saat 10:00-da isə Əfqan Əsgərov Oqtay Rəhimovun rəhbərliyi altında Bakıya - Kürdəxanı istintaq təcridxanasına aparılıb. Ailəsi hazırda onun haqqında heç bir məlumat ala bilmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5166   Tarix: 21 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda 78 nəfər XII sinfi bitirir

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 22, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. Axşam.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb

14:43 69
.

Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilib

Bugün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilmişdir. Seminarda İctimai Birliyin Bakı şəhəri və rayonlardakı müxtəlif klub və filiallarından idmançılar iştirak etmişdir. Seminar Azərbaycanda Braziliya ciu-cits

11:26 150
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

11:59 195
.

Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayır

Ermənistanda parlament seçkiləri başa çatıb. Seçki bülletenlərinin 100 faizi hesablanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,81 faiz səslə qalib gəlib. Yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: "Vətəndaş Müqaviləsi", "Gücl

11:32 181
.

33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19 isti, gündüz 27-32 ist

13:20 124
.

Telefonuna zəng gəldi, kartından 7000 manat çıxarıldı (VİDEO)

Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduzlar vətəndaşın kredit kartından 6800 manat pul çıxarıblar. Hadisə Qobustan rayon sakini Şöhrət Zaidovun başına gəlib. "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, telefonuna zəng edilib və kart hesabına kənar müdaxil

12:36 171
.

"Yarqunat"ın aparıcı ilə ailə qurdu

"Soyuq günəş" filmindəki Yarqunat rolu ilə məşhurlaşan aktrisa İranə Kərimovanın toyu olub. Axşam.az xəbər verir ki, İranə teatrşünas, "Mədəniyyət TV"nin aparıcısı Dağlar Yusif Əfəndi ilə ailə qurub. Məclis şəhər restoranlarından birində keçirilib. Toydan görüntülər sosial şəbəkəd

11:37 246
.

Bank komissiyalarının azalması vətəndaşlar və biznes üçün nə vəd edir?

"İqtisadi məntiqə əsasən, banklararası köçürmələr üzrə komissiya haqlarının azalması həm vətəndaşlar, həm də sahibkarlar üçün müsbət hal hesab olunur. Çünki bank vasitəsilə həyata keçirilən əksər pul köçürmələri müəyyən xidmət haqqı ilə müşayiət olunur və bu ödənişlər maliyyə institutlarının mühü

15:02 0
.

İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib

İsrail Trampın xahişi ilə İrana hücumları dayandırıb. "Ynet"in xəbərinə görə, bu barədə məlumatı yüksək vəzifəli İsrail rəsmisi təsdiqləyib. Buna baxmayaraq, İsrail ordusu Livanda hərbi əməliyyatlara davam edəcək. "Əgər onlar ("Hizbullah") bizim icmalarımıza atəş açsalar, Dahiyən

08.06.2026 269
.

TOP MP3