"Eurovision"nun 1 nömrəsi (Video)

Bu il paytaxtımızda keçiriləcək "Eurovision 2012″ mahnı müsabiqəsinin açılışını 75 yaşlı məşhur britaniyalı müğənni Enqelbert Hamperdink edəcək. Püşkətma nəticəsində Britaniyanın ilk mahnını ifa edəcəyi bəlli olub.

Müğənni etiraf edib ki, çox həyacanlıdır. Amma o hər şeyə rəğmən müvəffəqiyyətli olacağına inanır.

Hamperdink onu da etiraf edib ki, belə situasiyalarda həyacanlı olmaq heç də pis şey deyil: "Əgər belə bir hiss yoxdursa, onda hər şeyi itirə bilrəsən".

Müğənni bildirib ki, hər çıxış öncəsi həyacan insana bir az da kömək edir və belə bir hiss mübarizə aparmaq və uğur qazanmaq üçün mühüm faktordur.

45 illik musiqi karyerası olan müğənninin bütün dünyada 150 milyondan çox plastinkası satılıb. O, 4 dəfə "Qremmi" mükafatına layiq görülüb. Hamperdinkin "Release me" mahnısı isə 1967-ci ildə 56 həftə Britaniya hit-paradının zirvəsində yer alıb və bu nəticəylə o, "Ginnesin Rekordları Kitabı"na düşüb.

Hamperdink bildirib ki, "Eurovision 2012″dən sonra "Enqelbert və qadınlar" adlı yeni albomunu çıxaracaq. Bu albomdakı mahnılarda dünyanın bir çox məşhur qadın müğənniləri ilə onun duetləri yer alıb. Hamperdink təəssüf edir ki, albomdakı müğənnilər arasında son illərdə musiqi dünyasını heyran qoyan Adel yer almayıb.

Hamperdinkin dünyaca məşhur mahnısını oxucularımıza təqdim edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2596   Tarix: 24 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740