Müdrik qoca və yalqız qız (İbrətamiz hekayə)

Müdrik qoca və yalqız qız (İbrətamiz hekayə)Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:
-Nə edim, mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
-Çılpaq soyun, şəhərin küçələrini belə gəz.
-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:
-Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.
Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.
Sənin qəlbin güzgü kimi əks etdirir.
Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
-Bəs mən nə edim?
-Gedək, mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.
Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.
Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9855   Tarix: 25 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571