Şəxsi avtomobillərdən AA seriyalı nömrələr yığışdırılacaq

Şəxsi avtomobillərdən AA seriyalı nömrələr yığışdırılacaqKasıblar bu cür nömrələri almaq imkanında olmasalar da, varlılar əksinə, dəridən-qabıqdan çıxır və buna görə kifayət qədər pul xərcləyirlər.

Məlumat üçün bildirək ki, son bir ilədək Azərbaycanda cüt, oxşarrəqəmli nömrələrin satışı qeyri-rəsmi aparılırdı. Yəni kimisi bu cür nömrələri ya dayday hesabına alırdı, ya da pul. Həmin nömrələrin əldə edilməsi üçün xərclənən pullar isə, belə demək mümkünsə, ciblərə gedirdi. Ancaq bu yaxınlarda təsdiq edilmiş qanunvericiliyə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyənləşdirilib. Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir. Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmləri ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Bu gün paytaxtda AA seriyalı dövlət nömrə nişanlı şəxsi nəqliyyat vasitələrinə də rast gəlinir. Bu cür nömrəli maşın sürənlər başqalarından fərqləndiklərini düşünür və bir çox hallarda bunu yollarda göstərdikləri "tamaşalarla" sübut da edirlər.

"Mülki şəxslər AA seriyalı dövlət nömrə nişanlarını öz adlarına ala bilməzlər"

Sürücülərin belə nömrələrə maraq göstərmələrinin bir səbəbi də yol polislərinin onları saxlamaması ilə bağlıdır. Yəni başqa vaxt yol hərəkəti qaydalarını pozanları anındaca yaxalayan yol polisləri AA seriyalı nömrə nişanı olan maşınlara bəzən güzəştə gedirlər.

Məlumat üçün qeyd edək ki, qanunvericiliyə əsasən, mülki şəxslər AA seriyalı dövlət nömrə nişanlarını öz adlarına ala bilməzlər. Elə AA seriyalı nömrələri olan maşınların çoxunun sahibi də bir zamanlar dövlət qulluğunda çalışanlardır.

AA seriyalı dövlət nömrə nişanlı avtomobilə sahib olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, artıq bu cür nömrələrin yığışdırılması nəzərdə tutulur. Hətta bununla bağlı avtomobil sahiblərinə xəbərdarlıq da edilib. Həmin şəxsə isə AA seriyalı dövlət nömrə nişanı bir zamanlar rəhbərlik etdiyi dövlət müəssisəsindən "yadigar" qalıb...

Yol polisi kimləri saxlaya bilməz?

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mətbuat xidmətinin rəhbəri Kamran Əliyev hazırda AA seriyalı nömrələrin satılmadığını söylədi. Onun sözlərinə görə, hətta istəsələr belə vətəndaşlar indi belə nömrələri ala bilməzlər. K. Əliyev bu seriyaların yalnız hüquqi şəxslərə məxsus olduğunu vurğuladı.

"Bəs elədirsə, paytaxtda AA seriyalı nömrələr şəxsi nəqliyyat vasitələrinə necə yol tapıb?"-sualına DYP rəsmisi belə cavab verdi: "AA seriyaları illər öncə verilib, hazırda isə bu seriyalar satışda yoxdur".

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, Azərbaycanda yol polisi yalnız Prezidentin, Baş Nazirin, məhkəmə hakimlərinin, deputatların xidməti və şəxsi avtomobillərini saxlaya bilməz.

K. Əliyev digər hallarda AA seriyalı dövlət nömrə nişanlarının heç bir üstünlüyünün olmadığını vurğuladı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7106   Tarix: 11 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278