Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)

Bu gün Bakıda əsl şou baş tutdu. Paytaxt əhli hələ belə şou görməmişdi. Məsələ burasındadır ki, bu gün "Harley-Davidson-Azerbaijan"ın ölkəmizdəki rəsmi nümayəndəsi olan "Azman Co" MMC-nin təşkilatçılığı ilə Bakıda motogəzinti təşkil olundu. Daha doğrusu, adıçəkilən şirkət yerli və xaricdən ölkəmizə qonaq gəlmiş motosiklsevərləri paytaxtımıza toplayaraq, onlara Bakının gəzməli, görməli yerləri göstərdi.

"Harley-Davidson-Azerbaijan"ın ölkəmizdəki rəsmi nümayəndəsi olan "Azman Co" MMC-nin baş direktoru Rüfət Məsimovun sözlərinə görə, belə motogəzintilərin təşkilində məqsəd "Harley-Davidson" sahiblərini Bakıda bir araya toplamaqdır. "Bundan başqa, məqsədimiz insanlarda motoidmana və ümumlikdə motosikla həvəsi artırmaqdır. Necə deyərlər, əsl real həyat tərzini paytaxt sakinlərinə nümayiş etdirməkdir".

Motoyürüş "Harley-Davidson-Azerbaijan"ın ölkəmizdəki rəsmi nümayəndəsi olan "Azman Co" MMC-nin qarşısından başladı. Motoyürüşə motosiklsevərlərlə birgə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də qatıldı. Paytaxtın mərkəzi küçələrində yürüş edən motosikllər paytaxt sakinlərinin diqqətini cəlb edirdi.

Təxminən 2 saata yaxın davam edən və adrenalinlə, macəra ilə dolu motoyürüş "Crescent Beach Hotel"in yanında yekunlaşdı.

Rusiyadan qonaq gəlmiş "Harley-Davidson" həvəskarı Olqa Serova bu motoyürüşdən sonra öz təəssüratlarını ANS PRESS-lə bölüşərkən bildirdi ki, bu yürüşün keçirilməsinə digər məqsəd Bakıda motosezonun açılışını etməkdir. Onun sözlərinə görə, ilk dəfə Bakıda olmasına baxmayaraq, Bakı haqqında olduqca yüksək əhval-rühiyyə və fikirlərlə ayrılacaq: "Mənim Bakıda ən xoşuma gələn o oldu ki, sizin avtomobil sürücüləriniz yolda bir motosikletçi görərkən, ona yol verirlər. Bu isə insan üçün olduqca xoşdur".

Digər rusiyalı qonaq Denis Yestaxeviç də təəssüratlarını gizlətmədi. O da ANS PRESS-in müxbiri ilə keçirdiyi hissləri və təəssüratları bölüşdü. Motosiklsevər ilk növbədə bütün bakılılara və paytaxt sakinlərinə isti qəbula görə öz minnətdarlağını bildirmək istədi: "Burada olmağıma çox şadam. Bakıdakı "Harley-Davidson"un dilerliyini çox bəyəndim. Onlar bizi yüksək səviyyədə qəbul etdi. Buna görə də biz Bakıya dəfələrlə gələcəyik".

Maraqlı və cəlbedici motoyürüşdən sonra qonaqlar başda olmaqla, bütün motosevərlər şam yeməyinə toplaşdılar. Çünki bu toplantıda maraqlı həvəskar söhbətləri ilə bərabər, "Harley-Davidson-Azerbaijan "un gələcək planları müzakirə olunacaqdı.

Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)Bakıda möhtəşəm motoyürüş təşkil olundu (FOTO)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4680   Tarix: 14 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 311
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 330
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 373
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 369
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 490
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 1036
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 799
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 307
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 192