Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərləri, müxtəlif ölkələrin milli olimpiya komitələrinin (MOK) rəhbərləri, idman nazirləri, o cümlədən 2020-ci il olimpiadasına ev sahibliyinə namizəd olan 5 şəhərin – Madrid, Tokio, İstanbul, Qətərin paytaxtı Doha və Bakının idman rəhbərlərinin iştirak etdiyi Assambleya çərçivəsində Olimpiada-2020-nin keçirilməsinə Bakının namizədliyinin təqdimat mərasimi keçirilib

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Tədbiri Milli Olimpiya Komitələri Assambleyasının (MOKA) yeni seçilmiş prezidenti, Asiya Olimpiya Şurasının (AOŞ) vitse-prezidenti, Küveyt nümayəndəsi Şeyx Əhməd əl-Fəhad əl-Sabah açıb.

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Bakı-2020 layihəsinə həsr edilmiş 10 dəqiqəlik təqdimat mərasimi Olimpiada-2020-nin sifariş komitəsinin kommunikasiyalar departamentinin direktoru Nərgiz Birk Petersenin, AFFA-nın baş katibi Elxan Məmmədovun və sifariş komitəsinin məsləhətçisi Bob Elfinstonun çıxışları ilə başlayıb. Onlar Azərbaycanın Olimpiada-2020-ni qəbul etməyə hazır olması, ölkəmizin geniş potensial imkanları, habelə ölkə əhalisinin böyük əksəriyyətinin bu təşəbbüsü dəstəkləməsi barədə məlumat veriblər.

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Onun çıxışı Azərbaycanın uğurlarına və ölkəmizin idman nailiyyətlərinə həsr edilmiş videoçarxın nümayişi ilə müşayiət olunub

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Mehriban xanım Əliyeva çıxışında bildirib ki, Azərbaycan 2020-ci ilin Olimpiya Oyunlarını Bakıda keçirmək arzusundadır və ölkə əhalisinin 95 faizi bu təşəbbüsü dəstəkləyir. O deyib: "Biz bütün dünyadan gələn milyonlarla tamaşaçı və idmançını Xəzər dənizi sahillərində salamlamağa və qəbul etməyə hazırıq. Bizim paytaxtımız olduqca izdihamlı, tolerant şəhərdir, burada köhnəliklə yenilik üzvi şəkildə birləşir. Bizim çox zəngin tarixi irsimiz vardır. Məhz burada şərq ilə qərb görüşür, müxtəliflik və millətlərarası dözümlülük ab-havası bizim identikliyimizin özəyinə çevrilib".

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Birinci xanım Mehriban Əliyeva forum iştirakçılarının diqqətini Azərbaycanın zəngin idman tarixinə cəlb edib, tarixin ən qədim dövrlərində əcdadlarımızın Qobustanda qayaüstü rəsmlər çəkdiyini, qədim idman ənənələri barədə əfsanələrin yaddaşlarda saxlanmasını vurğulayıb. O bildirib ki, Azərbaycan müstəqil ölkə kimi Olimpiya Oyunlarında nisbətən yaxın vaxtlarda iştirak etməyə başladığına baxmayaraq çox fəal ölkədir. O deyib: "Biz beynəlxalq aləmdə müxtəlif yarışlarda iştirak edir, idman infrastrukturunun inkişafına sərmayə qoyuruq və bu, bizim olimpiya hərəkatını və idmanın inkişafını nə dərəcədə dəstəkləməyimizin göstəricisidir. Biz onu da başa düşürük ki, Olimpiya Oyunlarının keçirilməsi üçün siyasi və maliyyə resurslarının cəlb edilməsi zəruridir, lakin sizi əmin etmək istəyirəm ki, biz buna hazırıq, çünki biz bu oyunların bizim ölkədə keçirilməsini həqiqətən ürəkdən arzulayırıq".

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Ölkəmizin sürətli inkişafını qeyd edən Mehriban Əliyeva son illərdə adambaşına ÜDM-in davamlı artmasını, habelə praqmatik iqtisadi və maliyyə siyasətinin planauyğun şəkildə həyata keçirilməsini xüsusi vurğulayıb.

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Sonda Mehriban Əliyeva BOK üzvlərinə və konfransın iştirakçılarına onların olimpiya hərəkatına və ümumbəşəri dəyərlərə sədaqətinə görə səmimi təşəkkürünü bildirib. Mehriban Əliyeva çıxışının sonunda bildirib: "Azərbaycanda biz bütün bu dəyərləri tamamilə dəstəkləyirik və əgər Bakı Olimpiada-2020-ni keçirmək şərəfinə layiq görülərsə, biz bu olimpiadanı sülh, insaniyyət və dostluq naminə ədalətli yarış ruhunda keçirəcəyik. Bizim qədim şəhərin rəmzi əbədi məşəldir və əgər olimpiya məşəli Bakıda yandırılarsa, bizim işimiz və bu ideyaya sədaqətimiz sayəsində arzularımız reallığa çevriləcəkdir

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Azərbaycan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AFFA-nın baş katibi Elxan Məmmədov da daxil idi.

Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib (FOTO)Namizəd şəhərlərin birinci təqdimat mərasimi fevral ayında keçirilib. İki mərhələdən ibarət seçimdən sonra 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanın hansı şəhərdə keçiriləcəyini Argentinanın paytaxtı Buenos-Ayresdə elan edəcək.

Qeyd etmək lazımdır ki, iddiaçı şəhərlər arasında ən böyük ictimai dəstək alan məhz Bakı olub. Respublikamızın ərazisində Bakının namizədliyini dəstəkləyən imza toplanması kampaniyasında bu günə qədər 494 min imza toplanıb, bu imzaların 111 mini Bakının payına düşür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4116   Tarix: 15 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174