"Jurnalist evi"nin 9-cu mərtəbəsi tikilir

Jurnalistlər üçün tikilən 16 mərtəbəli yaşayış binasının artıq 9-cu mərtəbəsi tikilir. Modern.az-ın əməkdaşının tikinti yerində olarkən apardığı müşahidələrə görə, ərazidə qızğın iş gedir. Böyük bir ərazidə tikilən binanın üzü magistral yola baxır. Artıq maşın saxlamaq üçün nəzərdə tutlmuş qaraj da hazırdır. Çoxmərtəbəli tikilinin yuxarı mərtəbələri ilə eyni zamanda birinci mərtəbdən başlayaraq kərpiclə hörgü işləri aparılır. Tikintidə işləyən fəhlələr söhbət zamanı bildiriblər ki, tikinti işi xüsusi nəzarətdədir və işlər sürətlə aparılır.
Xatırladaq ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli KİV-ə açıqlamasında tikinti işlərinin təsdiq olunmuş qrafikə əsasən aparıldığını və heç bir yubanma olmadığını deyib. Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq 2-3 otaqlı tam təmirli 150 mənzilin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
"Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər".
V.Səfərli bildirib ki, evlə bağlı jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilir və onlara müvafiq cavablar verilir.
"Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4051   Tarix: 26 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda FACİƏ: 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb ÖLDÜ

Bakıda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə Xətai rayonu, İ.İsmayılov küçəsi 52-də qeydə alınıb. Bakı şəhər sakini, 19 yaşlı Cavid Qabil oğlu Ağazadə həmin ünvanda yerləşən 9 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır

18:15 180
.

Bu ərazidə qaz OLMAYACAQ

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin

17:48 162
.

Sabah hava necə olacaq?

Azərbaycanda iyunun 11-də 33 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

14:27 156
.

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılı

20:45 1
.

ABŞ İranda təxminən 20 hədəfə zərbə endirib - rəsmilər bildirib

ABŞ rəsmisi çərşənbə günü ilkin qiymətləndirmələrə istinadən bildirib ki, ABŞ İranda təxminən 20 hədəfə zərbə endirib və atılan demək olar ki, bütün raket və dronları ələ keçirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, rəsmi şəxs əlavə edib ki, ABŞ personalına zərər dəyməsi və ya hər hansı bir yer

11:34 181
.

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib. -ın əldə etdiyi məlumata görə, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələ

11:28 229
.

İtaliyada bunları etmək olmaz - turistlər üçün vacib qaydalar

Bu yaxınlarda beynəlxalq mediada maraqlı bir hadisə geniş müzakirə olunub. Bir qadın restoranda yeməklə birlikdə ona pulsuz kran suyu verilmədiyi üçün İtaliyadakı bir oteli məhkəməyə verib. Lakin məhkəmə otelin xeyrinə qərar çıxarıb. xarici KİV-ə istinadən xəbər verir ki, qərarın ədalətli olub-olmamas

20:00 93
.

Paşinyanın qələbəsindən sonra Ermənistana maliyyə dəstəyi

Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin parlament seçkilərində qələbə qazanmasından sonra Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistan üçün təxminən 25 milyon dollar məbləğində vəsaitin ayrılmasını təsdiqləyib. xəbər verir ki, bu barədə BVF-nin yaydığı rəsmi məlumatda bildirilib. Bəyanata əsasən

11:23 195
.

Gənə və viruslar arıların sağ qalmasını çətinləşdirir

"Son illərdə arılarla qidalanan gənələrin (varroa və oxşar parazitlərin) bəzi müalicə vasitələrinə qarşı davamlılıq qazandığı müşahidə olunur. Nəticədə müalicə zamanı onların sayı arzuolunan minimum səviyyəyə düşmür, əksinə sürətlə çoxalmağa davam edir". Bunu BİG.AZ-a açıqlamasında arıçılı

15:31 177
.

TOP MP3