İspaniya çempionatı: Messi Pele və Mülleri geridə qoydu (VİDEO)
Argentinalı bir mövsümdə ən çox qol vuran futbolçu oldu
İspaniya çempionatında 20-ci turun təxirə salınmış qarşılaşması keçirilib. ANS PRESS-in məlumatına görə, "Barselona" öz meydanında "Malaqa"nı məğlub edib - 4:1.
"Barselona" qarşılaşmaya inamla başlayıb və 13-cü dəqiqədə hesabı açıb. Lionel Messinin ötürməsi ilə başlayan hücumu Karles Puyol qolla tamamlayıb. Qonaqlara hesabı bərabərləşdirmək üçün cəmi 12 dəqiqə lazım olub. Venesuelalı futbolçu Salomon Rondon "Malaqa"nın bərabərlik qoluna imza atıb.
Amma bu, "Barselona"nı ruhdan salmayıb və kataloniyalılar daha üç dəfə fərqləniblər. Lionel Messi hazırkı mövsümdə sayca yeddinci het-trikini rəsmiləşdirib. Bu uğur sayəsində o, 68 qolla Gerd Müllerin əfsanəvi rekordunu təzələyib. Xatırladaq ki, 1972/73-cu il futbol mövsümündə Münhen "Bavariya"sının hücumçusu 67 qol vurmuşdu. Təbii ki, argentinalı futbolçu futbol kralı Pelenin Cənubi Amerika nailiyyətini də (1957/58-ci il mövsümündə 66 qol) geridə qoyub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



