Bukinqem sarayında dünya tarixində ən möhtəşəm anatomik rəsmlər sərgisi keçiriləcək (Fotolar)

Nümayiş olunan əlyazmalarda Da Vinçinin bu sahədə keçdiyi inkişaf yolunu xronoloji ardıcıllıqda izləmək olar

Nümayiş olunan əlyazmalarda Da Vinçinin bu sahədə keçdiyi inkişaf yolunu xronoloji ardıcıllıqda izləmək olar
Bu gün Londandakı Bukinqem sarayında dünya tarixində ən möhtəşəm anatomik rəsmlər sərgisi keçiriləcək. Sərgidə dahi rəssam Leonardo Da Vinçinin sağlığında dərc olunmayan yazıları və 87 anatomik eskizi nümaiş olunacaq. Maraqlısı odur ki, İntibah dövrünün görkəmli rəssam və alimi Leonardo Da Vinçinin anatomiya sahəsindəki xüsusi nailiyyətləri XX əsrə qədər elmə məlum deyildi.

Bukinqem sarayında nümaiş olunan əlyazmalarda Da Vinçinin bu sahədə keçdiyi inkişaf yolunu xronoloji ardıcıllıqda izləmək olar. 1480 – 1511-ci illərə aid eskizlər indi də elm adamarının böyük diqqətinə səbəb olur. İnsan bədəninin hədsiz imkanlarını nümaiş etdirən sərgi London Olimpiadası ruhunda olması bildirilir.

"Leonardo Da Vinci - Anatom" adlı sərgi Londonda oktyabrın 7-nə qədər davam edəcək.

Bukinqem sarayında dünya tarixində ən möhtəşəm anatomik rəsmlər sərgisi keçiriləcək (Fotolar)Bukinqem sarayında dünya tarixində ən möhtəşəm anatomik rəsmlər sərgisi keçiriləcək (Fotolar)Bukinqem sarayında dünya tarixində ən möhtəşəm anatomik rəsmlər sərgisi keçiriləcək (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 936   Tarix: 04 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş