Yan Ola Sand: "Azərbaycandakı "Eurovision" layihəsinə dəstək daha çoxdur"
"Müsabiqənin qaydaları hər kəsə aydındır, Ermənistan da daxil olmaqla, hər bir ölkə bu qaydalara əməl etmədir"".Mən ümumiyyətlə, "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar istənilən siyasi ismarıcın əleyhinəyəm. "Eurovision" tamamilə musiqi və mədəniyyət yarışmasıdır. Danılmaz faktdır ki, Azərbaycan "Eurovision" müsabiqəsi ilə diqqəti çox cəlb elədi. Azərbaycanda keçiriləcək yarışmada 41 ölkənin iştirakı bu çağırışların heç bir nəticə vermədiyini təsdiqləyir. Azərbaycandakı "Eurovision" layihəsinə dəstək daha çoxdur».
Bu sözləri APA-nın sualına cavab olaraq, müsabiqənin icraçı rəhbəri (executive supervisor) Yan Ola Sand deyib. "Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» yarışmasının bəzi qurumlar tərəfindən boykot edilməsinə çağırış məqsədli addımlarını necə dəyərləndirirsiniz» sualına cavab verən icraçı rəhbər bildirib ki, həqiqətən də bəzi təşkilatlar boykota çağırış edib, lakin sonradan bunun nəticəsiz olduğunu görərək fikirlərindən daşınıb. Y.Ola Sand bu çağırışın kiçik təşkilatlar tərəfindən edildiyini sözlərinə əlavə edib. Avropa Yayımları Birliyinin (EBU) Ermənistanı iştirakdan imtina etdiyinə görə cərimələməsinə münasibət bildirən icraçı rəhbər qeyd edib ki, müsabiqənin qaydaları hər kəsə aydındır və bu qaydalar bütün ölkələrə şamil edilir: "Ermənistan da daxil olmaqla, hər bir ölkə bu qaydalara əməl etmədir».
Yan Ola Sand Azərbaycanda keçirilən müsabiqədə təhlükəsizliyin yüksək səviyyədə həyata keçirildiyini də əlavə edib: ""Baku Crystal Hall»ın içərisində də, ətrafında da tamamilə təhlükəsizlikdir və hər bir kəs Azərbaycanda gerçəkləşən bu layihədə rahatlıqla iştirak edə bilər".
Azərbaycanda «Eurovision-2012» hazırlığından da danışan icraçı rəhbər, iyundan başlayaraq mütəmadi olaraq Bakıya gəldiyini və hazırlıq prosesindən çox razı olduğunu qeyd edib: "Təşkilatçılar qarşısında bir neçə məsələ qoyulub və indiyə qədər hər şey vaxtında həyata keçirilib. Bakıda səhnə çox fərqlidir. İlk növbədə səhnənin həm forma, həm də görünüşü möhtəşəm və mükəmməl olacaq. "Green Room" da tamamilə fərqli olacaq. Bu səhnədə 3D effektlərindən istifadə olunması çox gözəl ideyadır və marağı daha da artırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1254 Tarix: 04 may 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870