Qız Qalasının uzunqanadları (Video)

Qız Qalasının uzunqanadları (Video)2011-ci ilin aprel ayından başlamış Qız Qalasının muzey konservasiyası işlərinin 2013-cü ilin ikinci yarısına qədər davam edəcəyi gözlənilir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, güclü küləklərin və atmosfer yağıntıların təsiri qədimabidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu.Yaranmış boşluqlarda isə uzunqanad adlı (latınca Apus apus-red.) quşlar yuva salıblar. Bu quşlar aprelin əvvəllərində Bakıya gəlir, burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər.

Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının mümkünsüz olacağını nəzərə alaraq Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla Əliyevanın təklifi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında alternativ yuva qurulmasına qərar verilib.

Prosesi elmi əsaslarla həyata keçirmək və beynəlxalq təcrübəni tətbiq edilməsi üçün bir sıra təşkilatlarla əməkdaşlıq edilib. Belə ki, "BirdLife" Avstriya Ornitoloqlar Cəmiyyəti ilə aparılmış müvafiq məsləhətləşmələrə əsasən xüsusilə uzunqanad quşları üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasınınyaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında yuva salmış uzunqanadların sayının təqribən 250-300 olmasına baxmayaraq süni yuvaların sayıtəxminən iki dəfəartıqdır. Bu, gələcəkdə uzunqanad quşlarının populyasiyasının artırmaq məqsədi ilə həyata keçirilib.

Eyni zamanda quşların alternativ yuvalara köçürülməsi ilə bağlı Böyük Britaniyada yerləşən uzunqanad quşlarının qorunması sahəsində ixtisaslaşmış "Swift Conservartion" (Uzunqanadların qorunması) beynəlxalq təşkilatı ilə əməkdaşlıq qurulub. Quşları yuvalara cəlb etmək üçün "Swift Conservartion"(Uzunqanadların qorunması) təşkilatı tərəfindən yazılı təlimatlar, uzunqanad quşlarınınsəs yazılarından ibarət olan CD disklər təqdim edilib. Qeyd olunan CD disklər bir neçə yuvaya qoşulmuş səsgücləndiricilər vasitəsi ilə uzunqanadların səsləri gün ərzində quşların ən çox yuva axtardığı zamanlarda səsləndirilir.

Uzunqanad quşları çox mühafizəkar quşlar hesab olunur və yuva quracaqları məkanları bir il əvvəlcədən müəyyənləşdirirlər. Bu səbəbdən "Swift Conservartion" şirkəti bildirmişdir ki, onların süni yuvalara cəlb edilməsi mürəkkəb, eyni zamanda vaxt aparan prosesdir və tam yuvalara cəlb edilmə 2-3 ilə yaxın zaman tələb edə bilər.

Buna baxmayaraq artıq quşların Bakıya gəldiyi ilk iki həftədən sonra yeni yuvalarına cəlb edilməsində müsbət nəticələr əldə olunmuş və bir neçə yuva quşlar tərəfindən istifadə edilməyə başlanılıb.

Bununla yanaşı artıq Qız Qalasının uzunqanadlarla vəhdət təşkil edən görüntüsünün dəyişməməsi üçün muzey konservasiyası zamanı Qız Qalasının fasadında abidəyə zərər təşkil etməmək şərti ilə 80-nə yaxın yuvanın saxlanacağı planlaşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4586   Tarix: 11 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 476
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876