"Qalatasaray" Bakıda futbolçu axtarır (Fotolar)

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun gənclər üzrə seleksiya məşqçiləri Hakan Şimşək və Mehmet Kerim Alkasran Bakıya işgüzar səfərdədirlər.
ANN.Az-ın verdiyi xəbərə görə, artıq bir aydır Bakıda olan qonaqların məqsədi Azərbaycanda istedadlı gənc futbolçuları üzə çıxarmaq və "Qalatasaray" futbol məktəbini açmaqdır.
Məşqçi Hakan Şimşək ANN.Az-a bildirib ki, bizim məqsədimiz, həm "Qalatasaray" futbol kulubuna, həm də Azərbaycan futboluna yeni oyunçular verməkdir: "Biz artıq bir aya yaxın olar ki, Bakıdayıq. Məqsədimiz ölkədə olan gənc istedadlı futbolçuları üzə çıxarıb, onları gələcəkdə tanınmış futbolçu etməkdir. İndiyə kimi "Qalatasaray" klubu dünyanın beş ölkəsində futbol məktəbi açıb. Bakıda işlərimiz yerində gedəcəksə, burda da "Qalatasaray"ın məktəbini açmaq istəyirik. Bu həm Azərbaycan futbolunun inkişafına, həm də gənc futbolçuların dünya çapında tanınmasına hesablanmış bir addımdır".
Digər məşqçi Mehmet Kerim Alkasran isə qeyd etdi ki, gənclərin seçimi sərbəstdir: "Hər bir gənc gəlib bizə müraciət edə bilər. Fərqi yoxdu hansı klubda oynayır, ya da heç oynamır. Əsas odur istedadlı, bacarıqlı, futbolu sevən bir yeniyetmə olsun. Amma bir məsələni gənclərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bizə müraciət edən yeniyetmələr yalnız 5-16 yaş arasında olmalıdır. Bu yaş qrupundan yuxarı olan gəncləri biz məktəbimizə götürmürük".
"Qalatasaray-Azərbaycan" fan klubunun başçısı Rəsul Doğan isə bildirib ki, onlar artıq bir neçə dəfə Bakının "Vətən" uşaq futbol məktəbində olublar: "Mən 20 ilə yaxın olar ki, Azərbaycandayam və sizlərin futbola olan sevginizin nə qədər olduğunu bilirəm. Hətta deyərdim ki, sizdə futbola olan sevgi bizdəkindən çoxdur. Bu üzdən mən seleksiyaçı məşqçilərimizi Bakıya dəvət etdim. Azərbaycanda bir çox gənc var ki, çox istedadlı, bacarıqlıdır. Sadəcə onları yönəltmək lazımdır. Biz də "Qalatasaray" olaraq burdayıq və əlimizdən gələn köməkliyi etməyə hazırıq".
Qeyd edək ki, özünü sınamaq, yoxlamaq istəyən hər bir gənc səhər saat 09:00-dan, gecə saat 20:00-dək Əlizadə küşəsi 3-də yerləşən "Qalatasaray-Azərbaycan" fan klubunun ofisinə müraciət edib, qeydiyatdan keçə bilər. Həmçinin maraqlanan şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.
050- 637-81-11 ,
050- 637-91-11
012-493-99-05
"Qatasaray"lı məşqçilərlə Azərbaycan və Türkiyə futbolu haqqında geniş müsahibəni sabah portalımızdan oxuya bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5101   Tarix: 12 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 183
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 198
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 333
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 829
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 153
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 544
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 474
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 343
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 196