Dünya məşhurlarından ən son xəbərlər

Dünya məşhurlarından ən son xəbərlərİbrahim Tatlısəs axtarışa çıxıb

Ötən il məruz qaldığı sui-qəsddən sonra müalicəsini qismən başa vurmuş müğənni İbrahim Tatlısəs biznes fəaliyyətini bərpa edir.

Movqe.Az "Milliyet"ə istinadən bildirir ki, Türkiyənin tanınmış sənətçisi, "İmperator" kimi tanınan müğənni İstanbulun Cihangir səmtində "Tatlıses Kebap" restoranlar şəbəkəsinin yeni restoranı üçün yer axtarır.

"İmperator" artıq bir həftədir ki, Cihangir səmtini dolaşır.

Dünya məşhurlarından ən son xəbərlərTarkan yeni rekordlar vurur

Türkiyənin ən populyar müğənnisi olan Tarkan son iki ildə təkrarlanması və keçilməsi çox çətin rekordlar vurub.

Movqe.Az "Milliyet"ə istinadən bildirir ki, meqastar son iki ildə "Kral TV Müzik Ödülleri" mərasimində 12 mükafat alıb.

Tarkanın 425 min tirajla satılmış "Adımı Kalbine Yaz" albomu "Sevdanın Son Vuruşu" mahnısı ötən il 9 mükafata layiq görülmüşdü.

Bu il isə 18-ci "Kral TV Müzik Ödülleri"ndə Ajda Pekkanın oxuduğu "Yakar Geçerim" maşnısı "Ən yaxşı mahnı", "Ən yaxşı bəstə" və "Ən yaxşı mahnı sözləri" nominasiyalarında qalib gəlib.
Həmin mahının musiqisi və sözləri Tarkana məxsusdur.

Dünya məşhurlarından ən son xəbərlərOrxan Pamuk jurnalistlərin ağızlarından vurdu

Nobel ədəbiyyat mükafatlı türk yazıçı Orxan Pamuk Türkiyənin Muğla vilayətindəki Bodrum kurortundadır.

Movqe.Az "Milliyet"ə istinadən bildirir ki, Pamukun yanında aktrisa Pelin Batu olub.

Batu şəhərin Neyzen Tevfik Caddesi küçəsinə çatanda Pamuk və dostlarından ayrılaraq tək gəzişməyə başlayıb.

Pamuk isə onu görərək suallar vermək istəyən jurnalistlərə çox qısa cavab verib: "Təşəkkür edirəm, maraqlı deyiləm sizin suallarınıza. Sağ olun".

Dünya məşhurlarından ən son xəbərlərBred Pitt "Chanel"in siması oldu

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Bred Pitt əfsanəvi "Chanel No.5" ətrinin reklam siması olub.

TMZ-yə istinadən bildirir ki, ətrin yeni reklamının çəkilişləri gələn həftə Parisdə olacaq.
Pitt "Chanel" ətrinin reklamında çəkiləcək ilk kişi olacaq.

48 yaşıl Pittin 90 illik tarixə malik ətri istehsal edən şirkətlə imzaladığı anlaşmanın məbləği açıqlanmasa da, onun milyonlarla dollar olduğu bildirilir.
"Chanel No.5" ətrini atası rus, anası fransız olan parfümer Ernest Bo yaradıb və bu ətrin ilk reklam siması Koko Şanel olub.

Sonralar ətrin reklamlarına Merilin Monro, Katrin Denöv, Vanessa Paradi, Keyt Moss, Nikol Kidman, Karol Buke və Kira Naytli çəkiliblər.
Bred Pitt London yaxınlığındakı Riçmond şəhərində özünə yeni malikanə də alıb.

Dünya məşhurlarından ən son xəbərlərDünya məşhurlarından ən son xəbərlərDünya məşhurlarından ən son xəbərlərDünya məşhurlarından ən son xəbərlərMüğənni ən məşhur Hollivud ulduzlarına meydan oxuyur

«Eurovision 2010» mahnı müsabiqəsində Almaniyanı qalib etmiş Lena Mayer yeni imicilə pərəstişkarlarını sevindirib.

Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu günlərdə qatıldığı tədbirlərdən birində çoxları 20 yaşlı ifaçını tanıya bilməyiblər. Xeyli arıqlamış, saçının rəngini dəyişmiş, zövqlə geyinmiş Lena yeni görüntüsü ilə ən məşhur Hollivud ulduzlarına belə, meydan oxuyub

Dünya məşhurlarından ən son xəbərlərAjda Pekkan hər addımıyla diqqət çəkir

Movqe.Az xəbər verir ki, dünən axşam Türkiyənin "The Edition Otel" 1 yaşını təşkil edilən möhtəşəm qonaqlıqda qeyd edib. Bir çox məşhurların qatıldığı qonaqlığda səhnəyə çıxan Ajda Pekkan, mahnılarıyla hamını coşdurub. Müğənni tüllü paltarıyla da diqqət çəkib ki, bu da maraqla qarşılanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5268   Tarix: 12 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051