Şagirdlər buraxılış vərəqələrini məktəblərdən ala biləcək
Azərbaycanda şagirdlər İmtahana buraxılış vərəqələrini təhsil aldıqları məktəbdən əldə edə biləcəklər.Azərbaycanda buraxılış imtahanlarında iştirak edəcək şagirdlər İmtahana buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edə biləcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, həmin imtahanlarda iştirak edəcək şagirdlərə təqdim olunması üçün İmtahana buraxılış vərəqələri TQDK tərəfindən orta ümumtəhsil məktəblərinə verilib.
Adına İmtahana buraxılış vərəqəsi olmayan şagirdlər təhsil aldıqları orta ümumtəhsil müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.
TQDK tərəfindən şagirdlərə pulsuz olaraq verilməsi üçün "Yaddaş kitabçası" da təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayının 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində, iyunun 3-də isə IX siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Eyni vaxtda Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərinin rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər. İşğal olunmuş rayonların Bakı şəhərində yerləşən orta məktəblərinin şagirdləri də qeyd olunan tarixlərdə buraxılış imtahanı verəcəklər.
Mənbə: XezerXeber.Com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2553 Tarix: 19 may 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamıya MƏSLƏHƏT: Həftədə bir dəfə açıq havada yemək yeyin
Psixoloqların fikrincə, həftədə cəmi bir axşam yeməyini evdən kənarda keçirmək həddindən artıq yüklənmiş sinir sisteminin rahatlamasına, beynin isə daimi gərginlik və səfərbərlik rejimindən çıxaraq dərin sakitlik vəziyyətinə keçməsinə kömək edir. Burada söhbət ideal və filmlərdəki kimi piknik mənzərəs
10.06.2026 170 Bu ərazidə qaz OLMAYACAQ
Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin
10.06.2026 240 İsrail ordusu bir neçə Hizbullah terrorçusunu məhv etdi və hücumları davam etdirir
İsrail ordusu çərşənbə günü təsdiqləyib ki, İsrail ordusu Livanın cənubunda İsrail qoşunlarının yaxınlığında fəaliyyət göstərən bir neçə Hizbullah terrorçusunu vurub öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bundan əlavə, İsrail Müdafiə Qüvvələri Tirdə partlayıcı dron buraxılış məntəqəs
10.06.2026 186 "Qarabağ"ın rəqibləri müəyyənləşdi
"Qarabağ" bu gün Avropa Liqasını təsnifat mərhələsinin və növbəti mövsümün hazırlığına başlayacaq. Qaynarinfo xəbər verir ki, komanda Bakıda bir araya gələcək. Bu mərhələ iyunun 22-dək davam edəcək. "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsin
10.06.2026 255 Kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri
"Son illərdə kirayə mənzil bazarında, xüsusilə keyfiyyətli və tam təmirli mənzillərə tələbat təklifdən daha sürətlə artıb. Nəticədə kirayə qiymətlərində yüksəliş müşahidə olunur". Bunu BİG.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, xüsusilə metr
10.06.2026 236 Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev
10.06.2026 220 Yevlaxda körpə ölü doğulub
Yevlax rayonunda qadın ölü döl doğub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə iyunun 9-da saat bir radələrində baş verib. Rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Cəfərova hamiləliyi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə gətirilib. Doğuş zamanı dölü
10.06.2026 189 "Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər
İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir. Qaynarinfo xəbər verir ki, qlobal iqli
10.06.2026 134 Qızılın qiyməti 4250 dollardan aşağı düşdü
Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılı
10.06.2026 137