Can Bonomo: "Qızlardan biri ayaqqabımı oğurlamaq istədi" (Müsahibə)

Can Bonomo: Türkiyənin "Eurovision-2012″ təmsilçisi Can Bonomonun ANN.Az portalına müsahibəsi

- Can, Siz öz ifa tərzinizi "İstanbul musiqisi" adlandırırsınız. Bəs mahnılarınızı necə adlandrımaq olar?

- Bizim musiqimiz İstanbul qədər rəngarəng və qarışıq olmasa da, o, özlüyündə başqa musiqilərdən seçilir. Bu musiqi özündə Qərbin və Şərqin elementlərini cəmləşdirir.

- İnternetdə belə bir fikrə tez-tez rast gəlirik ki, Sizin xarici görünüşünüz və musiqi üslubunuz "Duman" qrupunun solisti Kaan Tangezeyə bənzəyir. Bu cür açıqlamalara necə reaksiya verirsiniz?

- "Duman" - mənim uşaqlıqdan bəri dinlədiyim musiqidir və mən onların yaradıcılığını çox sevirəm. Xarici görünüşümü deyə bilmərəm, amma ifa tərzim ona heç cür oxşaya bilməz. Kaanın səsi mənimkindən iki oktava yüksəkdir. "Duman"dakı uşaqlar rok ifa edirlər, mənim musiqim isə tamam başqadır. Ümumiyyətlə isə, onlara istənilən cür bənzədilməyim mənə xoşdur (gülümsəyir).

- Sizin qeyri-adi geyim tərziniz var.

- Bəli, başqaları kimi geyinmirəm. Amma qeyd edə bilərəm ki, mən özümə rahat olan geyimləri seçirəm, çünki özümü səhnədə və həyatda rahat hiss etməyi sevirəm. Belədə özümü yaxşı hiss edirəm.

- Çoxlu tatuajlarınız var. Onlara sevgi nədən qaynaqlanır?

- Mürəkkəbi və həyatımda baş verənləri bədənimdə əks etdirməyi sevirəm.

- Siz bir zaman öz mahnılarınızı diskə yazıb, prodüsser Can Sabana göndərdiniz. Can Bonomonun uğurlu yaradıcılıq yolu belə başladı. Necə düşünürsünüz, onunla rastlaşmasaydınız, nə olacaqdı?

- Bilmirəm. Amma düşünürəm ki, kiminləsə rastlaşacaqdım və yenə də musiqiçi olacaqdım. Yəni istənilən halda yaradıcılıq yolunu seçəcəkdim…

- Başınıza maraqlı hadisələr tez-tez gəlir?

- Olur. Bir dəfə səhnədə oxuyanda qızlardan biri ayaqqabımı oğurlamaq istədi, elə bildi, görməyəcəyəm. Təsadüfən gördüm və onun cəhdi alınmadı (gülür).

- "Eurovision"da kimi özünüzə rəqib görürsünüz?

- Heç kəslə rəqabət aparmıram. Sadəcə, oxuyuram. Kimin qalib gələcəyini isə zaman göstərəcək.

- Şanslarınızı necə dəyərləndirirsiniz? Top onluğa və ya top beşliyə düşə biləcəksiniz?

- Özümü 6,5-ci yerdə görürəm (gülür). İndi bu barədə danışmağa dəyməz. Bu, müsabiqədir.

- "Eurovision"dan sonra nə ilə məşğul olacaqsınız?

- İstanbulda albom üzərində çalışıram və müsabiqədən sonra bu işləri davam etdirəcəyəm.

- Аzərbaycanda konsert verməyi düşünürsünüzmü?

- Bəli, bu barədə düşünürük. Tamamilə mümkündür ki, yaxın zamnalarda baş tutsun.

- Sizin ifanızda Azərbaycan mahnıları eşidəcəyikmi?

- Bu barədə də düşünmüşəm. Amma çətin ki, azərbaycanca oxuya bilim - bu mənim üçün çox çətindir. Yəqin ki, mən Azərbaycan mahnılarını türkcə oxuyacağam.

mənbə: ann.az


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 3278   Tarix: 20 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

TOP MP3