Avstriyalı turist Azərbaycanda İslamı qəbul etdi

Avstriyalı turist Azərbaycanda İslamı qəbul etdi"Eurovision"a gələn turistlərin Azərbaycan haqqında təəssüratları

"Eurovision-2012" müsabiqəsini izləmək üçün Azərbaycana gələn ispaniyalı turist Qorko yeni istifadəyə verilmiş Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasından görüncə heyrətini gizlədə bilmədi. Qorko Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ikimərtəbəli üstüaçıq avtobuslarda Bakı şəhər turunda səyahətə çıxan onlarla turistin arasında idi. Bakı şəhər turu Azadlıq meydanından başlayaraq paytaxtın ən gəzməli-görməli yerlərini əhatə edirdi.

Qorko Bakıya gəlməzdən əvvəl buranın təhlükəli olduğunu düşünürmüş. Amma şəhərimizə gəldikdən sonra onun fikirləri tamam dəyişib. Qorko Bakıda özünü çox rahat və təhlükəsiz hiss etdiyini bildirirdi.

Avtobus Heydər Əliyev adına Mərkəzin qarşısından keçdikdə Qorko həyəcandan nisbətən pis bildiyi ingilis dilini unudub mənə ispan dilində sözlər deməyə başladı. İspan dilini bilməsəm də Qorkonun əl işarəsindən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin memarı Zəha Hədid olduğunu anladım. Qorko ilə yanaşı digər turistlər də avtobusdayerlərindən durub fotoaparatları ilə mərkəzin şəklini çəkməyə başladılar.

Turistlərlə birgə yer alığımız Bakı şəhər turu 3 saat 50 dəqiqə davam etdi. Bu müddət ərzində Qorko ilə yanaşı digər turistlərin də ölkəmiz haqqında təssüratlarını öyrənə bildim.

Avstriyalı turist Tomas artıq Azərbaycanın bəzi regionlarını da gəzməyə macal tapıb. Tomas Şəki və Lahıcda gedərək oraların gözəlliyindən riqqətə gəlib. Tomasın diqqətini Şəkidəki Xan sarayı xüsusilə çəkib. Sarayın tikintisində heç bir mismardan istifadə olunmaması Toması bir xeyli düşündürüb. Tomas İsmayıllıda asma körpü görəcəyini ağlına belə gətirmədiyini dedi. Toması insanlarımızın qonaqpərvərliyi və gülərüzlülüyü xoş gəlib.

Tomas Azərbaycana gəldikdən sonra İslamı qəbul edib. Tomas seçimini azad şəkildə etdiyini deyir.

Turistlərin marşrut boyu diqqətini cəlb etdiyi digər tikili isə Alov Qüllələri oldu. Böyük Britaniyadan olan turist Maykl Alov Qüllələrinin gecəgörüntüsünü xüsusilə bəyəndyini deyir. Maykl deyir ki, "Eurovision-2012" mahnı müsabiqəsindən öncə ümumiyyətlə, Azərbaycan haqqında heç bir məlumatı olmadığını deyir: "Bu ölkə bizim üçün yeni idi, hətta kiçik bukletlər belə tapa bilmirdik. İlk olaraq vikipedia saytına girdik, düzdür, orda məlumatlar var, amma kifayət etmirdi".

Maykl və dostu Tom "Eurovision-2012"nin Azərbaycanda təşkil ediləcəyini öyrəndikdə sonra buranın İslam ölkəsi olduğunu məlumatını alıblar. İlkəvvəl onlar Azərbaycanın təhlükəsiz olub-olmamasını öyrənməyə çalışıblar. Ölkəmizə gəldikdən sonra buranın çox sakit bir yer olduğuna şahid olublar. Elə bu vaxt avobus Füzli meydanın qarşısından keçəndə Tom azərbaycanlı müğənni-bəstəkar EMİN-in iri plakatlarını gördü. Tom EMİN-i Londondakı konsertlərindən tanıdığını və ifasını çox bəyəndiyini dedi.

Mayklın Azərbaycanda xoşladığı digər bir məqam isə Azərbaycan dili və adlarıdır. Yanımda əyləşən azərbaycanlı Dünya adlı qızla tanış olarkən Maykl onun adını çox rahat şəkildə tələffüz etdi. Maykl gülümsəyərk "aaa, müğənni Araşın "Dunya" adlı mahnısı var, sizin də adınız elə ordandır?", - deyə Dünyadan soruşdu. Maykl azərbaycan dilinin çox şirin olduğunu dedi. Hələ bizim dilidə "salam, mən yaxşıyam, çox sağ ol" kəlmələrini də öyrənməyə çalışdı.

Turistlər bir ağızdan özlərini Bakıda çox rahat hiss eiklərini bildirirdilər. Onlar ölkəmizə getdikləri yerdə dillə bağlı problemlərinin olmadığını deyirdilər.

"The Washington Post" qəzetinin müxbiri Joshua Kucera Bakının çox dəyişdiyini deyir. O, Azərbaycanda ilk dəfə 5 il əvvəl olub, indi isə şəhərin yeniləndiyini, daha da müasirləşdiyini görüb. İnsanların sadəliyi, mehriban münasibəti və qonaqpərvərliyi amerikalı jurnalistin çox xoşuna gəlib. Joshuanın diqqətindən yayınmayan bir də azərbaycanlı qızlarla oğlanlar olub. O, deyir ki, buranın qızlar oğlanlarından daha müasir və irəli getmiş görünür.

Bakı şəhər turuna Qız Qalasının qarşısında fasilə verilir. Turistlər 15 dəqiqəlik avtobusu tərk edirlər. Mən İspaniyadan gələn digər bir turist Oskara yaxınlaşıram O, Qız Qalasına heyranlıqla baxır. Avropalı turistin bu tarixi abidənin şəhərin mərkəzində yerləşməsi xüsusilə xoşuna gəlib. "XII əsrə məxsus tikili və modern şəhər- ikisi bir yerdə gözəl həmahəng təşkil edir", - deyə Oskar qeyd etdi.

Bakı şəhər turu bitsə də turistlər paytaxtda gəzintilərini piyada davam etdirdilər. Düşünürəm ki, turislər paytaxtda piyada gəzintidən də Bakı şəhər turundan aldıqları gözəl təssüratlarla ayrılacaqlar.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7658   Tarix: 27 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179