Azərbaycan təmsilçisi "Eurovision 2012"də birinci oldu (Foto, Video)

Səbinə Babayeva jurnalistlərin səsverməsi nəticəsində fərqləndi

"Eurovision 2012" mahnı müsabiqəsində 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada "Press Award" ( mətbuatın mükafatına ) layiq görülüb. ANS PRESS-in məlumatına görə, təmsilçimiz Eurovision Mətbuat Mərkəzində quraşdırılmış interaktiv səsvermə lövhəsində finalçılar arasında ən çox səs toplayan ifaçı olduğundan bu mükafata layiq görülüb. Səbinə Babayevanın "Bakı Kristal Zalı"n səhnəsində peşəkarcasına təqdim etdiyi "When the music dies" mahnısı media mənsublarının ən çox bəyəndiyi ifa olub.

"Eurovision 2012" mahnımız olan "When the music dies"in müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Krounlund'dur. İngilis dilində ifa olunacaq mahnı lirik janrdadır. Mahnı sevgi fəlakəti və onunla bağlı dərin ağır tәәssüratlar haqqında dramatik hekayədir. Mahnıda milli musiqi ilə sintez də var. "When the Music Dies" Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsidir.

Mahnıda Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval, zərb alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub.
Milli musiqi partiyalarının yazısında Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycanın əməkdar artisti Şirzad Fətəliyev və Yaşar Baxış cəlb edilib, muğam partiyasını isə Alim Qasımov ifa edir.

Qeyd edək ki, "Eurovision 2012 mahnı müsabiqəsinin "Ən yaxşı müğənni" (Artistic Award) mükafatı elə müsabiqənin qalibi, İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci Eurovision Mahnı Müsabiqəsində "Ən yaxşı bəstəkar" mükafatı müsabiqədə qalib mahnı "Euphoria"nın bəstəkarı Tomas Gison və Peter Bostroma verilib.

mənbə: anspress.com

Azərbaycan təmsilçisi Azərbaycan təmsilçisi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4468   Tarix: 29 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693