Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)

Günü gündən gözəlləşən və inkişaf edən paytaxtımızın sakinləri bu günlərdə daha bir yeniliklə tanış olublar. Bu yenilik də əsasən insanların istirahəti ilə bağlıdır. Belə ki, Dəniz kənarı da daha bir yenilik baş verdi. Dənizkənarı bulvarda insanların istirahəti üçün velovipedlər və velotaksilər icarəsinə start verilib.

Velosipedlərdən istifadənin qiymətinə gəlincə isə, birinci saat 2 manata, sonrakı saatlar isə 1 manata nəzərdə tutulub. Velotakslardan istifadənin bir saatı isə 5 manatdır. Onun əsas özəlliyi həm pedalla, həm də akkumulyator enerjisi ilə hərəkət etməsidir. Deyilənə görə, saatda 30 km sürətlə hərəkt edən bu üçtəkərərli nəqliyat vasitəsinin qiyməti 5000-7000 dollar arasında dəyişir.

Bulvara dincəlməyə gələn insanlar bu «velo-yeniliyə» böyük maraq göstərirlər. Bunu bizə velotaksiləri icarə verən Səyavuş Hüseynov dedi: "Velo taksilər parkda istifadəyə veriləndən sonra insanların bura axıını güclənib. Qiymətlər də onların ürəyincədir. Velotaksilər Almaniydan gətirilib.Birinci partiyada 48 velo taksi istismara buraxdıq. Tələbat çox olduğu üçün 30-nu əlavə etdik. Velotaksiləri istifadə etmək istəyənlər sənədsiz bizə yaxınlaşmasınlar. Şəxsiyyətini təsdiq edən sənədi olmayanlara biz velotaksi vermirik».

S.Hüseynovun sözünün həqiqət olduğunu gözümüzlə gördük. Uşaqlarını Bulvara gəzməyə gətirən Yeganə adlı bir xanım üsündə lazımi sənədi olmadığı üçün bu həzzdən kənarda qaldı. Yeqanə xanım bundan pəjmürdə olsa da, qaydalarla razılaşdığını bildirdi:

"Mən uşaqlarımla eşitdim ki, Bulvarda velotaksilər icarəyə verilirlər. Təssüf ki, gələndə özümüzlə şəxsiyyətimizi təsdiq edən sənəd gətirmədiyimizdən bu əyləncədən istifadə edə bilmədik. Amma mən bunu çox normal qarşılayıram. Çünki qanunlar hamı üçün birdir.

Evdar qadın olduğunu bildirn Səbinə Şahverdiyeva adlı digər həmsöhbətimiz də bu ypenilikdən razılığını bildirdi: "Mən oğlumu velotaksidə gəzdirməyə gətirmişəm. Oğlumun 12 yaşı var, bu maşınları çox sevdi».

Odlar Yurdu Unversitetinin tələbəsi Ağayev Murad velotaksilərdən istifadənin qiymətinin münasibliyindən bəhs etdi: " Biz elə bildik ki, velotaksilərin qiyməti baha olacaq. Lakin tələbə yoldaşlarımızla gəlib qiymətlərin cibimizə uyğun olduğunun şahidi olduq. Biz televizorda başqa ölkələrdən belə aparatların olduğunu görüb paxıllıq edirdik. Paytaxtımızda aparılan abadlıq işləri, Bulvarda insanların rahatlığı üçün yaradılan bu cür şəraiti görəndən sonra çox sevinirik ki, ölkəmiz günü-gündən inkişaf edir».

mənbə: merkez.az

Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)Dənizkənarı Bulvarın «velo yeniliyi» (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 6316   Tarix: 08 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti