"Röya arxadan mənə yaxınlaşıb vurmaq istədi, lakin..."

Xalq artisti Aygün Kazımova və Röyanın teleaparıcı Kamilə Babayevanın toyundakı davasından hələ də danışılır. Onların "müharibəsinə" səbəb kimi hər dəfə müxtəlif versiyalar irəli sürülür. ANS PRESS-in məlumatına görə, Aygün Kazımova Röya ilə davalarının səbəblərini day.az-a açıqlayıb. Müğənni deyib ki, toyda Röyanın qəzəbinə səbəb ola biləcək heç bir hərəkət etməyib.
"Toyda olarkən mənim qulağıma söz çatdı ki, Röya mənim bostanıma daş atmağı tərgitməyib. O harada gəldi, söz atmaqla mənə sataşırdı. Mənim başım layihələrimə qarışdığına görə hadisələri izləyə bilmirdim. Buna görə də mənə xəbərlər ən axırda çatırdı. Bütün bunlar bizim barışmağımızı şübhə altına alırdı. Toyda isə o, yenidən mənə qarşı dırnaqarası sevgisini etiraf etmək istəyirdi."
A.Kazımova hesab edir ki, bütün bu hadisələrin səbəbi toyda dostcasına Röya ilə rəqs etmək cəhdi olub: "Biz hər ikimiz rəqs meydançasının ayrı-ayrı hissələrində rəqs edirdik. Mən ona yaxınlaşdım və birlikdə rəqs etməyi təklif etdim. Lakin qeyri-adekvat reaksiya ilə qarşılaşdım. O mənim əllərimi itələdi. Bu hərəkətində mən onun məqsədini tam anlaya bilmədim. Yenidən onunla birlikdə rəqs etməyi təklif etdim. Bu dəfə də o məni kobud şəkildə itələdi. Mən yenə də onunla rəqs etmək istəyəndə o, əlini qopardı və mənə güc tətbiq etməyə başladı. Bu zaman mən anladım ki, bütün bunlar zarafat deyil. Bu zaman qarşıdurma başladı və dostlarımız bizi ayırdılar", - o bildirib.
Müğənni bu hadisədən sonra yerinə gedib əyləşdiyini və artıq qalmaqal yaratmaq istəmədiyini deyib: "Məhz buna görə bütün qonaqlarla birlikdə toyun axırına qədər oturdum. Ancaq Röya üçün rəqs meydançasındakı qalmaqal azlıq edirdi. Röya arxadan mənə yaxınlaşıb vurmaq istəyirdi, lakin dostlarım məni xəbərdar etdilər və tez qalxıb özümü müdafiə etməyi bacardım. Onun zərbələrindən qaça bildim. Röya küçə söyüşləri söyməyə başladı. Bu onun adi danışıq tərzidir. O bu cür danışmağa öyrəşib. Mən də onun kimi söyüş söyə bilmədim, ona görə də qədəhi ona atdım, ancaq dəymədi. Mən keçmiş idmançı və qapıçıyam. İnanın ki, mən onu qədəhlə vurmaq istəsəydim, vurardım."
Bununla yanaşı Aygün Kazımova etiraf edir ki, Röya mənim onun həyat yoldaşına zəng vurub, ailə başçısı kimi arvadının danışıqlarına nəzarət etməsini xahiş etməyimdən də qəzəblənə bilər. Röya harda gəldi mənim bostanıma daş atır. Zəng eidb buna son qoyulmasını xahiş etdim"
Kazımova qeyd edib ki, bütün bu hadisələr insanların gözü önündə baş verib. Onun sözlərinə görə, bu hadisədən sonra hamı ona yaxınlaşaraq Röyanın hərəkətini qınamağa başlayıb.
"Röya isə məclisdə tək qaldığını görüb məclisi tərk etdi", - Kazımova əlavə edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 11389   Tarix: 11 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti