"Sarı Gəlin" sənədli filmi təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində "Ankaf" şirkətinin istehsal etdiyi "Sarı Gəlin" sənədli filminin təqdimatı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və "Güven Klinik"in dəstəyi ilə təşkil edilib. Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası və Qaqauz muxtar respublikasını (Moldova) təmsil edən folklor kollektivləri "Sarı gəlin" mahnısını öz dillərində, hər xalqın özünə məxsus musiqi alətində ifa edib.
Filmin təqdimatına sayt vasitəsilə ilə onlayn rejimdə də baxmaq mümkün olub.
Təqdimatda bir çox mədəniyyət xadimləri, KİV nümayəndələri, ziyalılar iştirak edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu cür layihələrin Azərbaycan mədəniyyətinə təcavüz edənlərə bir cavab olduğunu deyib: "Bu cür layihələr "Sarı gəlin"in məhz bizə məxsus olduğunu vurğulayır. Bundan sonra da mədəniyyətimizi oğurlayanlara deyiləsi sözümüz olacaq".
Qeyd edək ki, filmin baş prodüseri və layihənin rəhbəri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır. Film xeyriyyəçi Nazim Abdullayevin təşəbbüsü ilə çəkilib.
"Sarı Gəlin" tarixi sənədli bir filmdir. Filmdə əsas mövzu olaraq 10-cu və 20-ci yüzillikdə Şərqi Anadolu və Qafqaz regionunda baş verən tarixi hadisələrin paralelləri öz əksini tapır. Əsas məqsədlərdən biri tarixi faktlara əsaslanaraq erməni kimliyinin bir millət yox, bir din camaatı olduğunu sübut etməkdir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2118   Tarix: 14 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988