Ermənilər Xankəndi aeroportunu işə sala bilmədi (Video)

Ermənilər Xankəndi aeroportunu işə sala bilmədi (Video)Onların planlarına rəsmi Bakının ciddi etirazları mane olub

Xankəndi hava limanını işə salmaq məqsədilə separatçı Dağlıq Qarabağ rejimi daha bir addım atıb. Bu məqsədlə Fransanın "Tales" firmasının Almaniya filialı aeronaviqasiya avadanlığını Ermənistana satıb, Ermənistan isə bunu Xankəndiyə ötürüb. Bunun ardınca Azərbaycanın Fransadakı səfirliyi "Tales" şirkətinin rəhbərliyi ilə görüşərək izahat tələb edib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası da öz növbəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, Avropa və Şimali Atlantika bürosuna və Avropa Mülki Aviasiya konfransının prezidentinə etiraz məktubu ilə müraciət edib və onların qarşısında avadanlığın Xankəndi aeroportunda quraşdırılmasının qadağan edilməsi tələbini qoyub. "Tales" şirkəti isə bu halın baş verməsinin Almaniya filialının səhvi olduğunu və avadanlığın işlək vəziyyətə gətirilmədiyini bildirib.

Xankəndi aeroportunda reyslər təxirə salınıb. Bununla da, ermənilərin Xankəndi aeroportundan hava reyslərinə başlamaq planları növbəti dəfə təxirə salınıb.

Xatırladaq ki, Xankəndi hava limanı Azərbaycanın nəzarətindən kənar ərazidə yerləşdiyindən Bakı bu uçuşlara imkan verməyəcəyi barədə bir neçə dəfə xəbərdarlıq edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın mövqeyini rəsmən müdafiə edir. Elə buna görə də qurum erməni tərəfini hava limanının işə düşməsi üçün müvafiq icazə almağa çağırıb.
Beynəlxalq Mülki Aviasiya Agentliyinin qanunlarına əsasən, Dağlıq Qarabağda hava limanının fəaliyyətə başlaması və hər hansı avadanlığın quraşdırılması üçün həm Azərbaycan tərəfinin , həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının icazəsi olmalıdır. Rəsmi Bakı isə bəyan edir ki, Dağlıq Qarabağ tanınmamış respublika olduğundan oradan uçan aviareyslər qanunsuz sayılacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5713   Tarix: 15 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152