Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir.

Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərib, Gəncənin hava limanı isə – 127 min sərnişinlə üçüncü olub.

Sözügedən müddət ərzində milli aviadaşıyıcı – AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı, "Türk Hava Yolları" (Türkiyə, 418 min sərnişin), "FlyDubai" (BƏƏ, 207 min), "Aeroflot" (Rusiya, 167 min), "AirArabia" (BƏƏ, 141 min), "UIA" (Ukrayna, 107 min), "Qatar Airways" (Qətər, 90 min), "Lufthansa" (Almaniya, 59 min) və "SCAT" (Qazaxıstan, 52 min) daxil olub.

2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 4133   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub. "Report"un məlumatına görə, komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) v

18.09.2022 5546
.

Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb

Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib. K-44 kateqoriyasında mübariz

02.12.2023 1687
.

Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi olub, Şəhriyar Məmmədyarov üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən "Grand Prix Plus City" turnirinin blits mərhələsində qalib olub. "Report"un məlumatına görə, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub. Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xall

12.05.2024 275
.

Messinin komandasının oyununun biletləri 6 dəqiqəyə satılıb

Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun səfərdə "Los-Anceles Qalaksi" ilə oyununa böyük maraq olub. "Report" AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb. Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnı

13.01.2024 1385
.

Səyahət üçün ən münasib ölkələr hansıdır? - AÇIQLAMA

Qarşıdan yay tətili günləri gəlir. Hər il olduğu kimi bu il də Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənara səyahət etməyi planlaşdırırlar. Bəs gəlin görək yay istirahəti üçün ən münasib ölkələr hansıdır?. Biz də olaraq mövzu ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev ilə əlaqə saxlayaraq fikirlərin

23.05.2023 3859
.

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 598 197 031 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd olunur. Virusdan 6 463 879 xəstə ölüb, 572 188 998 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95 065 403), Hindistan (44 298 864 nəfər), Fransa (34 276 081 nəfər), Braziliya (34 22

18.08.2022 5361
.

Viza dəstəyi xidməti, viza almaq

Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir. Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimi

19.12.2021 6648
.

MMA döyüşçüsü beyin qanaxmasından ölüb

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə TASS-a idmançının komandası məlumat verib. "Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi. Dünən gec

19.03.2023 4121
.

Novruz bayramına özəl daxili turlar

Novruz Bayramı ərəfəsində bir çox insanlar Azərbaycanda gəzməli görməli yerlərinə gedirlər. Daxili turlar təşkil edən turizm şirkətləri bununla istirahət sevərlərə maraqlı, əyləncəli Novruz bayramına özəl daxili turlar təklif edilər. Daxili Turlar Azərbaycanın ən görməli yerlərinə təşkil olunur. Nəqliyat

11.03.2022 1405