Avtomobilini nömrəsiz sürən biznesmen

Avtomobilini nömrəsiz sürən biznesmenTanınmış amerikalı biznesmen, ixtiraçı və Apple İnc. şirkətinin qurucularından olan Stiv Cobsun dünyasını dəyişməsindən bir neçə ay ötsə də, onunla bağlı xəbərlər, məlumatlar səngimir və oxunaqlılığı ilə seçilir. S.Cobsun xidmətləri, malı-mülkü, eləcə də, avtomobilləri sadə insanlar üçün kifayət qədər maraq doğurur. Bütün dünyanın tanıdığı bu milyonçu hansı avtomobilləri sevirmiş, qarajında neçə ədəd "dəmir at"ı varmış? Bu suallar Sizə də maraqlıdırsa, oxumağa davam edin.

Əvvəlcə qeyd edək ki, Stiv Cobs kifayət qədər imkanlı şəxs olmasına baxmayaraq, elə də dəbdəbəli və bahalı avtomobillər idarə etməyib.
Amma o, avtomobilləri və sürəti çox sevərdi. Stivdə avtomobil sevgisi, bəlkə də, atasından qaynaqlanıb. Çünki onun atası Stiv Pol əlavə pul qazanmaq üçün uzun illər avtomobil emalatxanasında çalışmışdı.

Stiv Cobs bir müddət Porsche avtomobilini idarə etmiş, daha sonra "təkərli"sini digər alman keyfiyyəti – Mercedes-Benz brendi ilə əvəzləmişdi. Belə ki, gümüşü rəngli Mercedes-Benz SL55 AMG amerikalı biznesmenin yol-yoldaşı olub. Apple banisinin Mercedes-Benz SL55 AMG-si 5,5 litr və 510 at gücünə malik həcmli 8 silindrli mühərriklə təchiz edilmişdi.

Stiv Cobsun sürücülüyü ilə bağlı ən maraqlı məqam isə onun avtomobili nömrəsiz sürməsi imiş. Avtomobilini nömrə nişansız sürməsini dostları belə izah edirlər: "Stiv nömrələrin yazılış tərzini, dizaynını bəyənmədiyi üçün avtomobilini nömrəsiz idarə edərdi. Hətta ona avtomobili nömrəsiz sürməsinə görə cərimələr yazılırdı və o çəkinmədən cərimələrini də ödəyirdi".

2008-ci ildə Mercedes-Benz SL55 AMG-nin istehsalı dayandırılır və 2009-cu ildə həmin modeli Mercedes-Benz SL63 AMG əvəz edir. Stiv Cobs bir avtosalonla müqavilə bağlayaraq, hər 6 aydan bir öz köhnə SL 55 AMG-ni onlara təhvil verib, yenisini götürərdi. Avtosalonun buradan qazanacağı isə Stivin sürdüyü avtomobili çox baha qiymətə sata bilmək imkanı idi.

2010-cu ilin yayında isə İnternetdə 2007-ci ilin SL55-nin Stiv Cobsa aid olması haqqında məlumatlar yerləşdirilir və avtomobil yüksək qiymətə satışa qoyulur. Stiv o avtomobili ilə 21.000 km yol qət etmişdi.

Stiv Cobs varlı insan olsa da, sadə həyat tərzi keçirir və özünü təvəzökar aparırdı. Bu onun avtomobillərindən də hiss olunardı. Varlı insan deyərkən ya avtomobilinin Mayback, ya Bentley, ya Rolls-Royce kimi bahalı markalardan ola biləcəyi düşünülsə də, o, uzun zaman Porsche avtomobilini, daha sonra Mercedes-Bezn-i idarə etmişdi. Stivi yüksək sürət və güclü avtomobil həvəskarı adlandırsaq, yəqin ki, yanılmarıq.

Dayanacaqda dayanan avtomobillər arasından Stivə məxsus maşını seçmək elə də çətin deyildi. Avtomobilini hər zaman əlil avtomobilləri üçün ayrılmış xüsusi yerdə saxlaması və ən əsası, nömrə nişanının olmadığına görə uzaqdan belə bu biznesmenin avtomobili diqqəti çəkirdi.
Onu da qeyd edək ki, Stiv Cobsun ilk avtomobili Nash Metropolitan olub.

mənbə: avtomobil.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3945   Tarix: 27 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122