Türkiyənin ən böyük yaxta limanı istifadəyə verildi (Video)

Türkiyənin ən böyük yaxta limanı istifadəyə verildi (Video)Bu gün "Palmali" Şirkətlər Qrupu Türkiyədə Bodrum Turizm Mərkəzində "Palmarina" adlı beynəlxalq limanı istifadəyə verib. "Palmarina" adlı beynəlxalq liman Türkiyənin ilk meqa yaxta limanı olacaq.

Qeyd edək ki, açılışla əlaqədar tədbirlər bu gecədən səhərə qədər davam edəcək.

"Palmali" Şirkətlər Qrupununun Bodrumda inşa etdiyi Türkiyənin ən böyük yaxta limanının və əyləncə adasının açılışı olub.

Möhtəşəm açılış haqqında "Palmali" Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu Bodrumdan bildirib ki, dünən yerli vaxtla saat 8-də başlayan mərasim, bu gün səhərə kimi davam edib. Onun sözlərinə görə, ilk əvvəl "Billioner klub"un, "Cipionin"in və bir sıra restoranların açılışı olub.

Bir dünya markası olan "Billioner klub"un açılışında İtaliyadan, Amerika Birləşmiş Ştatlarından, Fransa və digər ölkələrdən gələn qonaqları dünyaca məşhur model Eva Hersiqova qarşıladı. Qonaqlar üçün Embi orkestrinin pulsuz konserti də təşkil olunmuşdu.

Türkiyə mətbuatında "Oldsiti ada"sının və "Palmarina" yaxta limanının açılışı böyük əks-sədaya səbəb olub. Mətbuat nümayəndələri belə müasir infrastrukturlu ada və limanın Bodrum istirahət mərkəzində olmasının Bodrumun dünyada tanıdılmasına xidmət edəcəyini, eləcə də azərbaycanlı iş adamının Türkiyədə iş yerləri açmasından məmnunluğunu ifadə edir.

"Palmarina" limanının özəlliyi limanın ən böyük ölçülü yaxtaları qəbul edə bilməsidir. Liman eyni zamanda uzunluğu 80 metrə qədər olan 26 böyük yaxtanı qəbul edə biləcək. Limana 400 motorlu və yelkənli və meqa yaxta yan ala biləcək.

"Palmarina" - əslində bənzərsiz bir istirahət və əyləncə adasıdır. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov adaya "İçəri şəhər"in şərəfinə "Oldsiti" adı verib. Adadaki azərbaycanlılara "Oldsiti"nin gerbi də tanış gələcək. Doğma Bakının gerbi.

Adada 15 metr hündürlüyündə "Qız qalası" da var. Adadaki kiçik "Qız qalası bütün Bodrumun simvoluna çevrilməklə Azərbaycanın paytaxtını yerli və xarici turistlərə tanıtmış olacaq. Kiçik "Qız qala"sı da qalanın əsli kimi dənizin sahilində yerləşir.

Bir neçə saatdan sonra isə "Oldsiti ada"sında Tarkanın konserti başlayacaq.

Sabahdan etibarən isə "Oldsiti ada"sındakı restoran, əyləncə və alış-veriş mərkəzləri normal iş ritmi ilə fəaliyyətə başlayacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6383   Tarix: 24 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 289
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 665
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 293
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 59
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 419
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 202
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 349
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 577