Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏTürkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov BiG.AZ saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmimi müsahibəni təqdim edirik.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏTürkiyədə reytinqləri alt-üst edən "Çukur" serialında çəkilməyiniz necə baş tutdu?

Sizə lap əvvəldən danışım. Bizim Arasla tanışlığımız var idi. Bir neçə dəfə tanış kimi görüşdükdən sonra bu tanışlıq dostluğa çevrildi. O, filmlərə çəkilməyimi dəfələrlə məsləhət görüb. Deyirdi ki, yaraşıqlısan və gözlərinin rəngi yaşlıdır. Filmlərdə çəkilmək üçün kriteriyaların uyğun gəlir. Lakin mən o zaman bacarmayacağımdan qorxurdum. Aras məni bacaracağıma inandırdı. Onun köməkliyi ilə filmin çəkliş qrupu ilə tanış olub , çəklişlərə başladım. 8 ay təhsil aldım və bu işin mütəxəssislərindən aktyorluq sənətinin incəliklərinə qədər öyrəndim. Təhsil aldığım müddətdə mən həm də türk dilini mükəmməl səviyyədə mənimsədim. Mənim türk dilində bu qədər yaxşı danışmağım oradakıları bir qədər heyran da qoyub. Hazırda film çəklişləri ilə bərabər universtetdə incəsənət üzrə təhsil də alıram.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ Bu serialdan əvvəl hansı obrazları canlandırmısınız?

Mənim ilk və uğurlu işim elə "Çukur" serialı olub. Bu filmdə çəkildiyim müddətdə mən həm də "Çarpışma" serialının 4 seriyasında obraz canlandırdım. Həmin serialda Kvanç Tatlıtuğ ilə olan davamız və mənim onu döyməyim böyük marağa səbəb oldu. Ərəb saytlarında manşet oldum. Bundan əlavə Azərbaycanda da televiziya proqramlarına dəvət aldım.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏTəkcə seriallarda deyil, filmlərdə də obraz canlandırmışam. Sonuncu çəkildiyim film peşəkar alman film çəkliş qrupu ilə olub. Almaniyanın dünyada qızıl medal alan rejissorları və peşəkar çəkiliş qrupu ilə birlikdə işlədik. "Hayalet 3 yaşam" adlı filmin çəkilişləri Almaniya və İstanbulda oldu. Əsas qəhrəman Cahangir obrazını canlandıran və həm də rejissor olan Ali Hasildir. Bundan əlavə filimdə başqa tanınmış aktyorlarda rol alıb. Hələ ki, kinoteartlarda yoxdur. Fevral ayından izləyicilər gedib baxa biləcəklər.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏXarici ölkənin serialında çəkilməyin üstünlükləri və mənfi tərəfləri...

Mənfi tərəfləri yox, çətinlikləri çoxdur. Orada təksən, ailə üzvlərindən yanında heç kim yoxdur. Azərbaycan üçün çox darıxıram. Xüsusən də yeməkləri üçün. Azərbaycandan yanıma kimsə qonaq gələndə öz mətbəximizin yeməklərindən hazırlayıb gətirir. Lakin üstünlükləri çoxdur. Ölkə xaricində film və seriallarda rol almaq böyük avantajdır. Tanınmaq və uğur qazanmaq üçün böyük şansdır. Bundan əlavə çoxlu dostlar da qazanırsan.
Məlahət Abbasova mənə çox dəstək olur. Bütün çəklişlərimdən əvvəl onunla danışıb, məsləhətlər alıram. Hər səhnə üçün mənə xüsusi məlumatlar verir. Necə oynasam daha yaxşı olar, daha uğurlu alınar? Məlahət xanım türklərin dili ilə desək mənim "oyuncu koçumdur".

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏMüsbət yoxsa mənfi obrazı canlandırmaq daha rahatdır?

Mənə görə mənfi obrazı canlandırmaq daha rahatdır. Mənfi obrazlar hər zaman yaddaşlarda qalır.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏYerli seriallardan təklif olubmu sizə? Yaxu da təklif oluna çəkilərsinizmi?

Rəsmi olaraq heç bir təklif olmayıb. Düzünə qalsa, serialda çəkilmək istəmərəm. Lakin maraqlı hekayəyə məxsus bir film olsa çəkilməyi düşünərdim. Yəni, təklif olunsa, ssenarisinə baxaram və özümü orada görsəm, əlbəttə ki, çəkilərəm.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏHansı aktyorla eyni səhnəni bölüşmək istərdiniz?

Türkiyədə arzusunda olduğum bir çox aktyorlarla eyni səhnəni bölüşmüşəm və bu mənim üçün həqiqi uğurdur. İstər aktyorluğu, istərsə də insanlığı, xarakteri ilə məni özünə heyran qoyan Halit Ergenç ilə eyni səhnəni bölüşməyi çox istərdim.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ Hər zaman deyirlər ki, azərbaycanlılar türk serialında ya dayə, ya da xadimə obrazlarında çəkilirlər. Bununla bağlı nə deyə bilərsiniz? Orada azərbaycanlı aktyorlara münasibət necədir?

Yox məncə bu doğru fikir deyil. Orada bizi- azərbaycanlıları çox sevirlər. Eyni zamanda çox dəyər verirlər. Bizim aktyorlarımızdan orada çəkilən çoxdur. Obrazlarını da yetərincə uğurla canlandırırlar.

Futbolla da məşğul olmusunuz. Bu barədə də danışaq...

Bəli, mən "Qarabağ" futbol klubunda böyümüşəm . Daha sonra 17 yaşım olarkən milli komandanın üzvü oldum. Türkiyəyə getdim və işimi orada davam etdirməyə başladım. Oyun üçün Azərbaycana da gəlirdim. Səhhətimdə yaranan narahatçılığa görə futboldan uzaqlaşmalı oldum. Lakin oradakı dostlarım məni Türkiyəyə çağırırdılar. Elə işə görə Türkiyəyə üz tutdum və daha sonra yolum filmlərə qədər gedib çıxdı.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏTürkiyəyə getməyiniz ailənizi narahat etmədi? Sizə qarşı çıxmadılar?

Əlbəttə, ilk vaxtlar ora gedəndə bir az narahat idilər. Xüsusən də nənəm. Ağlayırdı və getməyimi istəmirdi. Lakin, artıq 8 ildir ki, orada yaşayıram. Bu müddət ərzində çox şey dəyişdi. Uğurlar əldə etdim. İndi bura gələndə və məzuniyyəti uzatmaq istəyəndə özləri mənə deyir ki, yox tez get. Səni orada film çəklişləri gözləyir.

Bir çox gənclər orada aktyor kimi fəaliyyət göstərmək istəyirlər. Bunun üçün nə etməlidirlər?

Bilirsiniz, bununla bağlı mənim özümə də müraciət edən çox olub. Elə bilirlər ki, Türkiyəyə getmək və orada filimə çəkilmək, aktyor olmaq asan işdir. Amma elə deyil axı. Aktyor olmaq üçün təhsilinin olması bəs etmir. Ən əsası bacarıqdır. Bundan sonra təhsil və dil bilikləri mühüm rol oynayır. Biz adi, qısa bir səhnəni çəkmək üçün bəzən günlərlə yatmır, sırf o səhnənin üzərində çalışırıq.

Uğurlarınıza görə kimə borclusunuz?

Bütün uğurlarıma görə anama borcluyam. O, hər zaman mənim arxamda olub. Mənə həm atalıq, həm də analıq edib. Bu gün əldə etdiyim bütün uğurlarıma görə onun varlığına şükür edirəm və daim yanımda olmasını arzulayıram.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏKıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏKıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏKıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏKıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏKıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 7116   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757