Mehriban Əliyeva gənclərə tövsiyyə verdi!

Mehriban Əliyeva gənclərə tövsiyyə verdi!"Müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığa malik olanlar irəliyə aparır".

Trend-ə istinadən məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən buraxılış gecəsində məzunlara müraciətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib. Müraciəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva oxuyub.

"Sizi və sizin şəxsinizdə bütün orta məktəb məzunlarını səmimi qəlbdən salamlayır, sizə gələcək təhsilinizdə, bütün işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram.

Qarşıda sizi təkcə universitet divarları arasında deyil, həyatda da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. Siz artıq özünüzə peşə seçmək ərəfəsindəsiniz.

Hansı sahəni seçmənizdən asılı olmayaraq, peşəkar olmaq əsasdır. Arzu edirəm ki, həyat yolunuzun ilk mərhələsini müvəffəqiyyətlə başa vurduğunuz kimi, ali məktəbdə təhsil dövrünü də uğurla başa çatdıraraq xalqımız, cəmiyyətimiz, ölkəmiz üçün gərəkli mütəxəssis olasınız".

Birinci xanım deyib ki, məzunlar artıq qayğısız məktəb illəri ilə vidalaşaraq həyatlarının çox məsuliyyətli dövrünə qədəm qoyurlar:

"Sizin qarşınızda böyük vəzifələr durur: ali təhsil almaq, cəmiyyətdə istədiyiniz və layiq olduğunuz yeri tutmaq. İnanıram ki, bir çoxlarınız aldığınız mükəmməl təhsil sayəsində həm doğma respublikamızın, həm də digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarının tələbələri olacaq, dünyanın hər bir nöqtəsində vətənimizi - Azərbaycanı layiqincə təmsil edəcəksiniz.

Hazırda siz uzun və maraqlı bir yolun başlanğıcındasınız. Bu yolda müəyyən çətinliklərlə də üzləşəcəksiniz, müxtəlif maneələrə də rast gələcəksiniz. Buna baxmayaraq, sizin hər biriniz bu yolu müstəqil ölkəmizin yolu kimi qəbul etməlidir, çünki məhz siz bugünkü Azərbaycanımızın gələcəyisiniz.

Əminəm ki, siz təhsilinizi ali məktəblərdə davam etdirərək bütün dövrlərdə dövlət müstəqilliyimizin, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsinə xidmət edəcəksiniz".

mənbə: trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6723   Tarix: 29 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497