Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləriMəşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır.

O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır.

BiG.AZ Publika.az-a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir.

Anri Şeno

Anri Şeno dünya şöhrətli alimdir. Zəngin və məşhur müştərilər ona aid olan "Palace Merano" və "Chenot Palace" sağlamlaşdırma mərkəzlərinin boş qalmasına vermir. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi – təbabət) ilə məşğul olan Anri Şeno bir neçə kitabın müəllifidir. İnsan orqanizmində baş verən dəyişiklikləri və bioloji prosesləri kitablarında geniş izah edən alim müxtəlif ölkə və şəhərlərdə mütəmadi olaraq mühazirələrlə çıxış edir. Şenonun əsas tövsiyələri belədir: daha az qəhvə (xüsusilə səhər yeməyində heç bir halda içmək olmaz), səhər yeməyində meyvələrə və yaşıl çaya üstünlük verin, naharda salat və şirniyyat, axşam isə yüngül şorba.

Poll Breqq

Breqq qidalanma ilə bağlı inanclarını dinə, eyni zamanda böyük gəlirlərlə güclü korporasiyaya çevirib. Onun "Oruc möcüzəsi" adlı kitabı bütün dünyada inanılmaz tirajlarla satılırdı, tərəfdarlarının sayı isə milyonlarladır.

Bəziləri onu fırıldaqçı, hiyləgər və dələduz biznesmen adlandıraraq yanaşmasını tənqid edir. Hər halda onun tövsiyələri günümüz üçün hələ də aktual olaraq qalır. Bəs Poll Breqq nə deyirdi? O, kimyəvi tərkibli məhsullardan imtina etməyi, faydalı və orqanik yetişən bitki və tərəvəzlərə üstünlük verməyi, həm də oruc tutmağı məsləhət görürdü. Diet-qurunun sözlərinə görə, ayda heç olmasa bir dəfə 24 saat ac qalmaq orqanizmi bütün şlak və toksinlərdən təmizləyir.

Pyer Dükan

Fransız dietoloqun "Arıqlaya bilmirəm" adlı kitabı dünyada 10 milyon tirajla satılıb. Heyrətamizdir, elə deyilmi? Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alaraq yanlışlıqları rədd edib, doğruları isə qəbul edib. Bütün nəzəri biliklərini təcrübədə tətbiq edərək uğurlu nəticələr qazanan həkim Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal pəhriz üsulunu təklif edir. Onun yalnız bir şərti var – təklif olunan rejimə dəqiqliklə riayət etmək. Dükan ərzaq məhsullarını necə, nə vaxt və hansı kombinasiyalarda qəbul etməyin sistemini qurub.

Dükan pəhrizi dörd mərhələdən ibarətdir. Birinci həftə üç kiloqrama qədər arıqlayırsınız, ikinci mərhələ zülal məhsulları və tərəvəzlər optimal çəkiyə gətirir, üçüncü həftə - hətta meyvə, pendir və çörək istifadə etsəniz də, yenidən kökəlmirsiniz, dördüncüsü müəyyən şərtlər altında hər şeyə icazə verilir.

Mişel Montikyak

Mişel Montikyak daha bir məşhur fransız dietoloqudur. O, arıqlamağa dair bir çox elmi əsərlərin və populyar kitabların müəllifidir. Onun "Mən yeyirəm, deməli, arıqlayıram" kitabı dünyanın 40-dan çox ölkəsində 40 milyon nüsxədən çox satılıb.

O, tibb mütəxəssisi deyildi. Dietoloq siyasi elmlər sahəsi üzrə ali təhsil alıb, ancaq əczaçılıq şirkətində klerk işləyən oğlan dietologiya ilə yaxından maraqlanırdı. Bu həvəsin səbəbləri şəxsi maraqlar idi. Belə ki, gələcək bestsellerin müəllifi özü uşaqlıqdan artıq çəkidən əziyyət çəkir və onlardan xilas olmağı arzulayırdı. İri əczaçılıq şirkətində tədqiqatlar aparan Montinyak metodlarını öz üzərində sınaqdan keçirib. Uğurlu tədqiqatlar nəticəsində o, bir neçə aya 15 kiloqram arıqlamağa müvəffəq olub.

İnkişaf edilən pəhrizin mahiyyəti nədir? Qlisemik indeksin nəzarəti.

İki mərhələ nəzərdə tutulur. Birincisi, Montinyak hesab edirdi ki, karbohidratları rasiondan çıxarmaq lazımdır, çünki onlar qanda şəkərin miqdarını artırır. Montinyakın metoduna görə, tərkibində lipidlər (yağ turşuları) olan məhsulları da məhdudlaşdırmaq lazımdır.

İkinci mərhələdə çəkini stabil vəziyyətə gətirmək lazım idi. Bu pəhriz çərçivəsində rasiona: göbələk, soya, tərəvəzlər, qoz-fındıq, ədviyyat və dəniz məhsullar kimi aşağı qlikemik indeksli qidalar daxil edilir. Yeri gəlmişkən, bu müddət ərzində tünd və acı şokolad istisna olmaqla şirniyyatdan istifadə qadağandır. Gündə 4-5 dəfə az-az qidalanın, çay və qəhvəni minimuma endirin, bütün məhsullar orqanik olmalıdır. Sözsüz ki, gündə 2 litr su içməyi unutmaq olmaz.

Robert Atkins

Amerikada geniş yayılmış Atkins pəhrizi nədir? Adından da göründüyü kimi, Atkins pəhrizi amerikalı kardioloq Robert Atkins tərəfindən hazırlanıb. "Atkins həkimin pəhriz inqilabı" seriyasının müəllifi karbohidratları şər hesab edir və onu zülallarla əvəz etməyi məsləhət görürdü. Onun pəhrizi aşağı kalorili məhsullara əsaslanmır, odur ki, bu, çoxlarının ürəyincə idi. Atkins pəhrizinin əsas qaydası – karbohidratların istifadəsinin məhdudiyyətidir. Amma zülalların və piylərin miqdarı adət edilmiş miqdarda qoymağa cürət etmək olar. Bu iddia çox mübahisəli olsa da, pəhriz bir çox hallarda müsbət nəticələr vermiş və son on ildə çox populyar olmuşdu.

Atkinsin kitabları da çox yaxşı satılırdı, onun Nyu-Yorkda yerləşən tibbi mərkəzinin gəliri 90-cı illərin sonlarında yüz milyon dollara çatırdı. Bəzi həkimlər Atkins pəhrizinə şübhə ilə yanaşır, hesab edirlər ki, yüksək xolesterin ürək problemlərinə nəticələnə bilər. Lakin bu amil Bred Oitt və Rene Zellveqer kimi məşhurlara Nyu-York diyetoloqu tərəfindən hazırlanmış qaydalara əməl etməyə mane olmurdu.

Jan Klod Udre

Karl Lagerfeld inanılmaz dəyişimini Udreyə borcludur. "Chanel" moda evinin kreativ direkotru onun pəhrizi sayəsində 42 kq-a qədər çəki itirməyə nail olub. Udre konsepsiyasına "Qaşıq metodu" deyilir. O, aclıq hissini bloklamaq üçün zülal pəhrizinin və xüsusi həblərin köməyi ilə qida vərdişlərinin yenidən tərbiyə edilməsini təklif edir.

Dietoloq stress hormonu - kortizol səviyyəsini nəzarətdə saxlayaraq yüksəlməsinə mane olmağı, həmçinin əti balıq və toyuqla əvəz etməyi tövsiyə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1329   Tarix: 20 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101