On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimizBiG.AZ Kulis.az-a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir.

İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhətin "Tağı və Nağı" pyesində Nağı rolunu canlandırıb.

***

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə imtahan verir. İmtahanı ondan Adil İsgəndərov götürür. Lakin İlham böyük sənətkarı tanımır. Bunu biləndən sonra isə düşünür ki, yəqin o, imtahandan kəsilib. Çünki özünün sözlərinə görə imtahan vaxtı nə danışırmışsa, Adil müəllim deyirmiş "qada bəsdir". Lakin nəticə onun gözlədiyi kimi bədbin olmur. İlham əla qiymətlərlə universitetin dram və kino aktyoru fakültəsinə daxil olur. Oranı bitirəndən sonra isə təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göndərilib.

Bir müddət sonra o, hərbi xidmətə yola düşüb. Ordan qayıdandan sonra "Közərən ocaqlar" tamaşasındakı tacir Əli rolu ilk debütü olur. Tərəf müqabilləri isə Səməndər Rzayevlə Zərnigar Atakişiyeva olur.

***

İlham Əsgərov ömrünün sonuna kimi dram teatrında çalışıb. "İblis", "Atabəylər", "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qarabağnamə", "Hökmdar və qızı", "Kral Lir", "Mesenat", "Füzuli və Əsmər", "Qaraca qız" tamaşalarında maraqlı obrazlar yaradıb.

***

Aktyor gənclik illərində müxtəlif televiziya tamaşalarına çəkilərək insanların yaddaşında qalıb. Ona ən böyük uğuru isə İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" tamaşasındakı Valeh obrazı olub.

İlham Əsgərov gənclik illərində Yeganə adlı xanımla tanış olur. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qursalar da, onların düz on il övladı olmayıb. Yalnız on ildən sonra tanrı bu ailəyə Fidan adlı bir qız övladı bəxş edir. Aktyorun ən böyük arzusu qızının universitetə daxil olmasını görmək olub. Lakin ölüm bu arzusunu yarımçıq qoyub.

***

Aktyor qocaman həmkarı, üzün illərdir sənətdən ayrılan, teatrdan gedən Məcnun Hacıbəyovla yaxın dost olub. Hamı Məcnun müəllimi unutsa da, İlham unutmayıb. O, Məcnun Hacıbəyovun yaşadığı ucqar kəndə gedər, onun qonağı olarmış.

***

İ. Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.

Ömrünün böyük hissəsini teatra həsr edən aktyor təəssüf ki, bu sənət ocağında səbəbi məlum olmayan sarsıntılar keçirib. Hətta deyilənlərə görə onun ilk dəfə infarkt keçirib xəstəxanaya düşməsi teatrda yaşadığı stressin nəticəsində baş verib. Sənət dostu Firəngiz Mütəllimova xatırlayır:

"Səhhətindəki problemlər "Azdrama"dakı hadisələrdən başladı. Mən İlhamla "Qarabağnamə"də oynayanda ikimiz də eyni vaxtda xəstələndik, o, insult keçirdi, mən isə beyin əməliyyatı oldum. O əsəbləri, gestapo rejimini bir yerdə yaşayırdıq. Bu yaxınlarda onu gördüm, gəldim bacıma dedim ki, İlham heç xoşuma gəlmədi, fikirli idi. Hətta o vəziyyətdə belə, nə vaxt üzünə baxırdımsa, güclə də olsa, gülümsəyirdi. O, çox yaxşı insan idi. Yeri hər zaman görünəcək".

***

Əməkdar artist Sənubər İsgəndərli: "Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. O, infarkt keçirdi, biz də xəstəxanaya yanına getdik. İçəri girən kimi "ayıbdı ee, sənə... Boyu boyumdan, soyu soyumdan olan, niyə belə uzanmısan?" dedim. Güldü, dedi, zarafat edirdim, istədim yanıma gələsiniz, darıxmışdım. Təsəvvür edin, onu da zarafata çevirmişdi. Əsas narazılığı teatrdakı proseslərlə bağlı idi. Biz də hər dəfə deyirdik ki, sənin ürəyin xəstədir, bu qədər əsəbiləşmə. Deyirdi, mənə heç nə olmaz. Şikayət edən adam deyildi. Heç vaxt rolla bağlı şikayəti olmayıb, sadəcə, son illərin haqsızlığına dözmədi. O, kişi kimi insan idi. Əfsus..."

İlham Əsgərov aktyor olmaqla yanaşı həm də çox gözəl qiraət ustadı idi. Ölümündən bir az əvvəl Poeziya Teatrı yaratmaq istəyib. Bunun üçün rejissor Mərahim Fərzəlibəyovla müzakirələr edib. Lakin qəfil xəstəliyi bu arzusunun həyata keçməsinə imkan verməyib.

***

Nurəddin Mehdixanlı müsahibələrinin birində sənət dostunu belə xatırlayır:
"Tam məsuliyyətlə deyirəm və dediyimin nə olduğunu da bilirəm, İlham Əsgərov Akademik Milli Dram Teatrının yaşaması, gələcəyi üçün və şərəfinin qorunması yolunda şəhid oldu. O dünyasını dəyişmədi, sənət uğrunda şəhid getdi. Biz onu heç vaxt unutmayacağıq. Masallının Xoşçobanlı kəndindən Bakıya arzularının arxasınca gəlmişdi. Böyük hörmətlə, sevgi ilə də kəndinə aparılıb dəfn olundu. Ən böyük arzusu övladının universiteti bitirməsini və toyunu görmək idi. Amma nakam getdi".

Aktyor dindar insan olub. O, ölümündən əvvəl Kərbəla ziyarətində olmuşdur. Aktyor "Həzrət Yusif" serialının dublyajını edib. Müsahibələrinin birində o, dublyaj zamanı bəzi məqamlarda ağladığını da etiraf edib.

***

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

***

Aktyor 2015-ci il sentyabrın 6-da gecə saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ailəsinin istəyi ilə Masallının Xoşçobanlı kəndində, atasının məzarının yanında dəfn olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2055   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364