56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTOMarkaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməyə başladı. Bu gün yaşından və ya cinsindən asılı olmayaraq istənilən insan sosial şəbəkələrin, o cümlədən moda reklamlarının qəhrəmanı ola bilər.

Publika.az oxucuları instaqramın 56 yaşlı dəb ulduzu Qres Qanemlə tanış edib. O, öz timsalında hər gün göstərir ki, üslubun yaşı olmur və gənc görünmək üçün ağarmış saçları rəngləməyə ehtiyac yoxdur.

Qresin sözlərinə görə, dəb dünyasının ilhamverici pərisi olmaq onun planlarına daxil deyildi. Livanda dünyaya gələn Qres ixtisasca mikrobioloq olsa da, Kanadaya köçdükdən sonra idmanla məşğul olmağa qərar verir. Zövq duyumunun formalaşmasında Qresin anası ilə nənəsinin böyük rolu olub, amma geyim sənayesindəki bugünkü uğurunu o, onu öz bloqunu yaratmağa həvəsləndirən qızına borcludur.

"Qızımdan xahiş etdim ki, instaqram ulduzlarının səhifələrini mənə göstərsin. O, məni özüm olmağa və təbiiliyi qoruyub saxlamağa çağırdı. Dəb cərəyanlarını təqib etmir və zamanın sınağına dözə biləcək geyimlərə üstünlük verirəm. Buna görə də, estetikası ani dəyişikliklərə az məruz qalan Fibi Faylonun və "Botega Veneta"nın dizayneri Daniela Linin imzasına daha çox üstünlük verirəm" , - Qres moda jurnallaırna açıqlamasında bildirib.

56 yaşlı moda qadını necə olmalıdır?

Qəribədir ki, Qresin bu suala cavabı yoxdur. Dediyinə görə, indi də 20 il əvvəlki kimi geyinir, etiraf edir ki, hələ də çox qısa şortlar və mini paltarlar geyinməkdən qorxmur. Ədalətli olmaq lazımdırsa, deməliyik ki, bədəni də ən cəlbedici fasonları sınaqdan keçirməyə icazə verir. Eyni zamanda, bütün rənglərin ən uğurlu harmoniyasını yarada bilən mahir bir ustadır. Ən parlaq rənglərə üstünlük verən 56 yaşlı qəhrəmanımız müxtəlif naxışları da bir-biriylə birləşməyi çox sevir. Gəlin onun obrazıları tanış olaq...

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2086   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001