Ordumuzda mühüm dəyişikliklərə start verilir

Ordumuzda mühüm dəyişikliklərə start verilirAzərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində daha bir vacib addım atılmaqdadır. Söhbət Azərbaycanla NATO arasında razılaşdırılan Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsindən gedir. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appartuay qeyd edib ki, IPAP-ın 3-cü mərhələsi artıq icraya yönləndirilib.
Bu konekstdə isə orduda bir çox mühüm yeniliklər tətbiq olunacaq. Məsələn, NATO standartlarından Azərbaycan ordusunda tətbiq olunan vacib şərtlərdən biri də əsgərlərin hərbi xidmətdə təsərrüfat işlərindən azad olunmasıdır. Əsgərlərin təlimatla nəzərdə tutulmamış sanitar, əmək, mətbəx və sair bu kimi işlərdən azad olunaraq həmin işlərin mülki şəxslərə həvalə olunması istiqamətində artıq müəyyən addımlar atılmaqdadır. Bu, xidmət keçənlərin sağlam mənəvi-psixoloji durumuna da müsbət təsir göstərir. Bu məsələ Azərbaycan-NATO münasibətlərinin üçüncü fazasında tələb kimi gündəmə gəlib. İstisna olunmur ki, ölkənin hərbi qanunvericiliyinə bununla bağlı müəyyən dəyişikliklər zamanın tələbinə çevriləcək.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrində mülki şəxslərin sayının artırılması İPAP-ın üçüncü mərhələsindən irəli gələn addımdır. Sənəddə əksini tapan əsas istiqamətlərdən biri Müdafiə Nazirliyi sistemində həm aşağı, həm orta, həm də yüksək səviyyələrdə xidmət edən mülki heyətin artırılması ilə bağlıdır. Ekspertlər xatırladır ki, cari ilin əvvəlində qəbul olunmuş "Hərbi Vəzifə və Hərbi Xidmət" haqqında qanun orduda xeyli səviyyədə vəzifələrin mülkiləşdirilməsi istiqamətində addımlar üçün hüquqi əsas yaradır. Ümumilikdə NATO standartları tətbiq olunan ölkələrin ordularında hərbi və mülki vəzifələr ayrı-ayrılıqda göstərilir. Hərbçilər döyüş hazırlığı ilə məşğul olur, mülki vəzifəlilər isə arxa cəbhənin təminatı, döyüş hazırlığına dəstək fəaliyyəti göstərir. Bu, NATO standartlarının əsas fəlsəfəsinə daxildir.
Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə baş verən bir çox neqativ halların kökündə məhz hərbi qulluqçuların xidmətdən kənar vəzifələrə cəlb olunması durur. Yəni onların müxtəlif yardımçı vəzifələrə cəlb olunması ordudakı neqativ hallara və xüsusən də itkilərə gətirib çıxarır. 2003-2011-ci illərdə Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin təfsilatını araşdırsaq görərik ki, itkilərin bir hissəsi məhz hərbi qulluqçuların qeyri-xidmət tapşırıqlarına cəlb olunması ilə əlaqədardır.
Hərbi ekspertlər bildirir ki, təxminən 90 minlik Azərbaycan Silahlı Qüvvələrinin mühüm hissəsinin mülkiləşdirilməsi mümkündür. Hesab olunur ki, təxminən 3 ildə bu proses həyata keçirilə bilər. Bir sıra məlumatlara görə, üçüncü IPAP çərçivəsində Müdafiə Nazirliyinin şəxsi heyətinin ilkin dövr üçün 10-12 faizinin mülki heyətlə əvəzlənəcəyi gözlənir. Xatırladaq ki, 2003-cü ildə səslənmiş rəsmi rəqəmlərə görə, MN sistemində 4 min nəfərdən artıq mülki heyət xidmət edir. Onların sayının yaxın illərdə ən azı 2,5-3 dəfə artırılması gözlənir. Bəzi məlumatlara görə, proses müdafiə nazirinin mülki şəxslə əvəzlənməsi ilə başa çatacaq. Bu zaman Baş Qərargahın funksiyaları artırılacaq.
Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə mülkiləşdirmə prosesinin həyata keçirilməsi bir sıra əhəmiyyətli məqamların üzə çıxmasına təsir göstərəcək. İlk növbədə, müdafiə xərclərinin həcmi azalacaq. Məlumdur ki, bu gün hərbi heyətin saxlanması mülki heyətlə müqayisədə 2-3 dəfə baha başa gəlir. Beləliklə, bir sıra vəzifələrdə çalışan hərbi qulluqçuların mülki şəxslərlə əvəzlənməsi ümumilikdə orduda sosial təminatın yaxşılaşdırılmasına imkan yaradacaq. Mülkiləşdirilmə prosesi hərbi bölmələrin tam şəkildə komplektləşdirilməsinə imkan yaradacaq.
Bütün bunlar məhz İPAP çərçivəsində reallaşır. Xatırladaq ki, Azərbaycan İPAP-ın icrasına 2005-ci ilin aprel aylarında başlayıb. İPAP-ın birinci mərhələsi 2005-ci ilin aprel ayından 2008-ci il yanvarın 1-dək, ikinci mərhələsi isə həmin tarixdən 2010-cu il yanvarın 1-dək olan dövrü əhatə edib. Ekspertlərin fikrincə, Azərbaycan NATO qarşısında götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirsə, 2013-15-ci illər arasında onun NATO-ya üzvlüyünə münbit şərait yarana bilər.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7112   Tarix: 09 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 140
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 598
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148