Çin ordunu müharibəyə hazırlaşmağa çağırdı

Çin ordunu müharibəyə hazırlaşmağa çağırdıÇin Xalq Respublikasının sədri Si Cinpin hərbi qulluqçulara müharibəyə hazırlıqla bağlı çağırış edib. O, diqqəti hərbi əməliyyatlara hazırlığa yönəltməyi tapşırıb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin lideri Pekində milli müdafiə və hərbi islahatlara həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.

O vurğulayıb ki, son illər ölkə ordusu ciddi dəyişikliklərə məruz qalıb. Bildirilib ki, Çin ordusunun indi yeni sistemi, strukturu və hərbi geyim forması var.

"Uğurlu islahat təcrübəsini vicdanla yerinə yetirmək və tətbiq etmək, yeni situasiyaya yiyələnmək və tapşırıqların tələblərini başa düşmək, diqqəti müharibələrə hazırlaşmağa yönəltmək, həmçinin araşdırma və yeniliklər etmək üçün cəsarətə sahib olmaq lazımdır" – deyə Si Cinpin deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Çinin Asiya-Sakit Okean regionunda hərbi fəaliyyəti fonunda "Mavi Sakit okeanda tərəfdaşlar" anti-Çin qrupunun iclasını çağırıb. Tədbir 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Sakit Okean Adaları Sammitindən əvvəl baş tutacaq.

Xatırladaq ki, ABŞ və Çin arasında gərginlik Asiya-Sakit okean regionunda rəqabət fonunda son aylarda güclənib. Çin hakimiyyəti bölgədəki beynəlxalq suların əhəmiyyətli hissəsinin ÇXR-ə aid olduğunu bildirir. Söhbət Tayvan, Filippin, Vyetnam, Malayziya və digər ərazilərdə mübahisəli sulardan gedir. Çin hökuməti dünya ticarətinin keçdiyi dəniz yollarına nəzarəti artırmaq üçün addımlar atır.

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 909   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Baxmutda 20 min məhbus itirib

"Vaqner" hərbi qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min nəfər itirib. xəbər verir ki, bu barədə qruplaşmanın komandiri Yevgeni Priqojin məlumat verib. Priqojinin dediyinə görə, həlak olanların yarısı həbsxanadan azad edilərək döyüşə gedən məhbuslardır. O bildirib ki, indiyədək döyüşlər

24.05.2023 1042
.

NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüb

NASA-nın Ayın Kəşfiyyat Peyki (LRO) "özəl sektorun" maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı aşkar edilən ilk Yapon kosmik gəmisinin mümkün dağıntılarını aşkar edib. xəbər verir ki, NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edib

25.05.2023 537
.

Putin: "Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq"

"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq". xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib. O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:. "Çətin ki, Ermənistan

25.05.2023 867
.

Epidemiyalar arta, çoxlu ölümlər baş verə bilər

İki-yeddi ildən bir dövri olaraq geri qayıdan El Nino isti dalğasının bu ilin may-iyul ayları arasında inkişafı gözlənilir. Ümumdünya Meteorologiya Təşkilatının bu həftəki xəbərdarlığına əsasən xəbər verir ki, builki El Nino iqlim dəyişikliyi ilə birlikdə qlobal temperaturu rekord səviyyələrə çatdır

22.05.2023 676
.

Dəhşətli faciə: Şüşə körpü sındı, turistlər yıxıldı

İndoneziyada 10 metr hündürlüyündə şüşəli keçiddə fəlakət baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, 11 turist Geongda gəzərkən körpünün hazırlandığı material olan şüşə qəfildən çatlayıb. Çat nəticəsində iki turist yerə yıxılıb, digər turistlər isə qəfil uçma nəticəsində körpünün kənarların

30.10.2023 1564
.

"Twitter" məhkəməyə verildi

ABŞ-da işçi hüquqlarını müdafiə edən vəkil, işçilərin kütləvi ixtisara saldığına görə "Twitter"i məhkəməyə verir. BİG.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. İddia məhkəmədən "Twitter"in 60 gün müddətində xəbərdarlıq etmədən kütləvi işdən azad edilməsini

04.11.2022 513
.

Kenquru sahibini öldürdü: Həkimləri yaxına buraxmadı

Avstraliyada kenquru sahibinə hücum edib və həkimlərin ona vaxtında təcili yardım göstərməsinə mane olub. xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Avstraliyada 1936-cı ildən bəri ilkdir. Qərbi Avstraliya polisi bildirib ki, 77 yaşlı kişi vəhşi kenqurunu ev heyvanı kimi saxlayıb. Heyvan kişiy

15.09.2022 1002
.

Mark Zukerberq 3-cü dəfə ata olacaq

"Facebook"un qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla Çanın üçüncü övladı dünyaya gələcək. BİG.Az xəbər verir ki, bu barədə Zukerberq özü sosial şəbəkədə paylaşım edib. "Gələn il Maksima və Avgustanın kiçik bacısı olacaq" – deyə o, "Facebook" səhifəsində yazıb

22.09.2022 728
.

Erməni deputat: "Əskipara Azərbaycanın yurisdiksiyasına qayıdır"

"Azərbaycanın Qazax rayonunun Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri Azərbaycanın yurisdiksiyasına qayıdır". Bu açıqlama ilə Ermənistanın "Vətəndaş Sazişi" fraksiyasından olan deputat Sovinar Vardanyan çıxış edib. "Dünən Moskvada Azərbaycan və Ermənistan liderlərinin Rusiyanı

26.05.2023 738