Vasif Talıbov deputat mandatından məhrum edilə bilərmi?

Vasif Talıbov deputat mandatından məhrum edilə bilərmi?Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edən Vasif Talıbov hazırda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvüdür. V.Talıbovun deputatlıq mandatının taleyinin necə olacağı barədə suallar yaranıb. Qeyd edək ki, Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.

Bəs deputat mandatı hansı hallarda ləğv edilir?

İctimai-siyasi xadim, hüquq müdafiəçisi Sahib Məmmədov BiG.AZ-a açıqlamasında bu barədə fikirlərini bölüşüb:

"Azərbaycan Respublikası Milli Məclisinin deputatının mandatdan məhrum edilməsi, əlindən alınması, yaxud Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərini itirməsi Konstitusiyanın 89-cu maddəsi ilə müəyyən olunur. Orada göstərilən hallar baş verdikdə Azərbaycan Respublikası Milli Məclisinin deputat mandatından məhrum etmə, yaxud da deputat səlahiyyətlərinin itirilməsi baş verə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib ki, deputat mandatının ləğvi seçkilər zamanı səslərin düzgün hesablanmadığı sonradan aşkar olunduqda, deputat Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, yaxud başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, dövlət orqanlarında vəzifə tutduqda, dini xadim olduqda, elmi, pedaqoji faəliyyət istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlərlə məşğul olduqda, özü deputat mandatından imtina etdikdə baş verir.

Bir də Konstitusiyanın 93-cü maddəsində göstərilib ki, deputat səsvermə hüququndan bilavasitə özü istifadə etməlidir. Əks halda deputat mandatını itirə bilər. Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydaları kobud sürətdə pozulduqda da mandatdan məhrum edilmə baş verir. Pozulma halı olduqda işə Milli Məclisin İntizam Kommissiyası baxır və bundan sonra təqdimat verilir. Bu proses Azərbaycan Respublikasının Milli Məclisinin deputat mandatından məhrum etmə haqqında qərarla müəyyən olunub. Həmçinin, Milli Məclisin deputatı öz səlahiyyətlərini bu və ya digər səbəbdən icra edə bilmədikdə, qanunda nəzərdə tutulmuş digər hallarda səlahiyyətlərini itirir. Tutaq ki, uzun müddət Milli Məclisin iclaslarında iştirak edə bilmir və s. Bu, mandatdan məhrumetmə halına, yaxud onun səlahiyyətlərininə xitam verilməsinə gətirib çıxarır".

Hüquqşünas bildirib ki, deputatın toxunulmazlığının götürülməsi onun deputat mandatına xitam verilməsi demək deyil.

"Bununla yanaşı, deputatın toxunulmazlığının götürülməsi məsələsi də var. Toxunulmazlıq hüququnun götürülməsi hələ onun deputat mandatını itirməsi demək deyil. Deputat toxunulmazlığının götürülməsi də Konstitusiyanın 90-cı maddəsi ilə müəyyənləşdirilir. Yəni səlahiyyət müddəti ərzində Milli Məclisin deputatının toxunulmazlığı təmin olunur. Bu, həm Konstitusiyada əks olunub, həm də "Mili Məclisin deputatlarının statusu haqqında" qanun ilə onların toxunulmazlığı göstərilir. Yəni burada hansı hallarda onların toxunulmaz olduğu bildirilir. Onların mənzil toxunulmazlığı, yazışmalarına müdaxilə etməklə bağlı məhdudiyyət var. Onlar cinayət başında bilavasitə tutulmadıqları halda cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Cinayət məsuliyyətinə cəlb olunması üçün gərək toxunulmazlığın götürülməsi ilə bağlı Baş Prokurorluğun təqdimatı olsun. Toxunulmazlığın götürülməsi hələ onun deputat mandatına xitam verilməsi demək deyil".

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 241
.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

15:37 174
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 151
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 548
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

16:20 160
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18:20 149
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

17:40 142
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18:10 111
.

Fransa ordusu Ukrayna üçün "supergizli" kəşfiyyatçılar hazırlayır

Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır. Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub. "Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmə

16:50 105